Kateqoria: | Fəlsəfə |
Dil: | Azərbaycan |
Müəllif: | Georg Wilhelm Friedrich Hegel |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2005 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
"Məntiq elmi" Hegelin "Fəlsəfə elmləri ensiklopediyası"nın birinci bölümüdür. Bu bölümdə Hegelin fəlsəfi sisteminin ümumfəlsəfi məsələləri tədqiq edilir. Müəllif "Məntiq elmi"ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdətini əsaslandırır, dialektik məntiq təlimini irəli sürür və onun formal yaxud ənənəvi məntiqə münasibətini şərh edir. Kitab varlıq haqqında, mahiyyət haqqında, anlayış haqqında təlim adlanan üç bölümdən ibarətdir. Kitabın bütün məzmunu bu üç bölümdə araşdırılan məsələlərin dialektik əlaqələrinin, məntiqi bağlarının tədqiqindən və onun nəticələrindən ibarətdir. Hegelin "Məntiq elmi" onun fəlsəfəyə və bütün bəşəriyyətə bəxş etdiyi təfəkkürün dialektik metodunun yetkin nümunəsidir. Kitab mənəvimədəni yaradıcılıqla məşğul olan bütün insanlar üçün masaüstü kitab və tələbələr üçün dərslik ola bilər.