Baku State University (BSU) (Azerbaijani: Bakı Dövlət Universiteti (BDU)) is a public university located in Baku, Azerbaijan. Established in 1919 by the Parliament of Azerbaijan Democratic Republic, the university started with faculties of history and philology, physics and mathematics, and law and medicine, with an initial enrollment of 1094.[1] The first rector of BSU was V.I.Razumovsky, a former professor of surgery at Kazan University.
In 1930, the government ordered the university shut down in accordance with a reorganization of higher education, and the university was replaced with the Supreme Pedagogical Institute. However, in 1934 the university was reestablished again and continued to work through the difficult years of World War II experiencing a shortage of faculty members.
By its 40th anniversary in 1959, the university already had 13 faculties. The Azerbaijan Medical University and Azerbaijan State Economic University were both spun-offs of the original respective faculties at BSU.
Among the graduates of BSU were two former presidents of Azerbaijan, Abulfaz Elchibey and Heydar Aliyev. The former graduated from the Faculty of Arabic Language and Literature, while the latter, who dominated Azerbaijan's political life for over 30 years, from the Faculty of History. Nobel Prize-winning physicist Lev Landau studied at BSU between 1922 and 1924.
BSU is the only university from Azerbaijan ranked by international ranking organizations, such as University Ranking by Academic Performance and currently ranks at 1872 in the University Ranking by Academic Performance.[2]
Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır.
1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi.
1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi.
1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Azərbaycan Tibb Universiteti - minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradılmışdır. Bu baxımdan, BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə az qala 100 illik bir tarixi ehtiva edir.
Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır.
ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası vardır. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası və "Təbib" nəşriyyatı yerləşir.
Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 4 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır.
Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir.
Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-ın, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər.
Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzidir;
Tədris prosesi və kadr hazırlığı Amerika və Avropa təhsil sisteminə uyğundur;
İxtisaslar bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə
azərbaycan, ingilis, rus və türk dillərində tədris edilir;
Auditoriyada mərkəz nöqtəsi tələbədir;
Tələbə universiteti iki və daha çox ixtisasla (dual major) bitirə bilər;
Tələbələrin müxtəlif mübadilə proqramlarında iştirak etmək imkanı vardır;
Universitetdə 10 fakültə və 17 kafedra fəaliyyət göstərir;
403 professor və dosent çalışır.
Filial azərbaycanlıların sıx yaşadığı Dərbənd şəhərində soydaşlarımızın ali təhsil almasına kömək məqsədi ilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb.
Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. Muasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir.
Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-сi il tarixli 2220 saylı əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib. 2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilib. Qəbul Qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli 142 saylı qərarı ilə təsdiq edilib.
2016-cı il noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub.
Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır.
Əyani təhsil formsı üzrə tədris rus dilində, əyani-qiyabi və qiyabi təhsil formaları üzrə isə rus və azərbaycan dillərində aparılır
Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir.
Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə idi.
Kitabxananın fəaliyyətinin əsas istiqamətləri - Kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası (AMK) Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. Hazırda Milli Kitabxanada (MK) 25 şöbə və 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. 2001-ci ildə kitabxanada Tədris Mərkəzi yaradılıb.
2005-ci ildə Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına (AMKKBT) üzvlüyə qəbul edilib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tabeliyindədir. Kitabxana 1965-ci il yanvarın 1-də Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılıb. Hazırda kitabxananın 214 568 kitab fondu, 7428 qəzet və jurnal fondu var. Kitabxananın 8 şöbəsi, 4 bölməsi və 2 oxu zalı var. 4 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tabeliyindədir. Kitabxana 1928-ci ildən fəaliyyətə başlayıb. Kitabxananin 8 söbəsi vardir.
Azərbaycan Respublikası Mili Məclisinin kitabxanası 1997-ci ildə yaradılıb.
Gözdən Əlillər üçün Respublika Kitabxanası 1 iyun 1981-ci ildə yaradılıb.
8-ci mikrorayon kütləvi kitabxana 1 oktyabr 1972-ci ildə yaradılıb.
Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin binası1897-ci ildə inşa edilmiş və II özəl Bakı Qızlar Gimnaziyası bu binada yerləşmişdir. Bu gimnaziya 1917-ci ilə kimi fəaliyyət göstərmişdir. Məktəb 15 dekabr 1921-ci ildə rəsmi olaraq ilk Azərbaycan Hərbi Gimnaziya məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır.1924-cü ildə isə gimnaziya yeni adla Zaqafqaziya Hərbi Hazırlıq məktəbi kimi fəaliyyət göstərmişdir. 1941-1945 ci illərdə isə məktəbin binasında hərbi hospital kimi fəaliyyət göstərmişdir. 1953-cü ildən bu günə kimi orta məktəb olaraq fəaliyyət göstərir.1960-cı illərin axırlarında məktəbə Böyük Vətən müharibəsi illərində həlak olmuş, məktəbin zabiti olan Namiq Axundovun adı verilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur. Hal-hazırda 30 sinif otağı, 3 laboratoriya, 2 informatika kabineti və əlamətdar günlərin qeyd edilməsi, ədəbi-bədii gecələrin təşkili üçün nəzərdə tutulmuş böyük, geniş akt zalı mövcuddur. Məktəbin pedaqoji kollektivi 75 nəfərdən ibarətdir. Onlardan 73-ü ali təhsilli, 2-si orta ixtisas təhsilli müəllimlərdir. Məktəbdə 30 sinif üzrə 800 şagird təhsil alır. Məktəbdə tədris Azərbaycan və rus dillərində birnövbəli sistemlə aparılır və 5 günlük iş rejimi üzrə fəaliyyət göstərir.
1887-ci ildən fəaliyyət göstərən "H.Mahmudbəyovun məktəbi" adı ilə tanınan 2 nömrəli TH liseyi Bakıda ən qocaman məktəblərdən biridir. Lisey Bakıda fəaliyyətə başlayanda rus-tatar məktəbi adı ilə tanınaraq şöhrət qazanıb. Təhsil ocağı minlərlə istedadlı məzunları ilə Respublikamızın adını dünya ölkələrinə tanıdan şagirdlər yetişdirmişdir. Liseyin məzunları - tanınmış ədəbi şəxsiyyətlər,siyasi və ictimai xadimlər, müəllim, idmançılar ölkəmizdə və ölkəmizdən kənarda öz işləri ilə yüksək fəaliyyət göstərirlər. Liseyin binası B.Sərdarov 24A ünvanında yerləşir. Hal-hazırda liseydə 27 sinif otağı, idman zalı, zəngin kitabxana, akt zalı və yeməkxana şagirdlərin istifadəsindədir. Liseydə 505 şagird təhsil alır. İnformatika, riyaziyyat, fizika,ədəbiyyat, coğrafiya, biologiya kabinetləri mövcuddur. Liseydə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan 62 nəfər pedaqoji müəllim heyəti öz dərin bilik və bacarıqlarını şagirdlərdən əsirgəmir. Liseyimiz respublikamızda keçirilən fənn olimpiadalarında müxtəlif bilik müsabiqəsində, idman yarışlarında fəal iştirak edərək həmişə əvvəlinci yerləri tutmuşdur. 128 illik fəaliyyəti dövründə bu təhsil ocağı bu gündə əzmlə fəaliyyət göstərərək müstəqil dövlətimizin çiçəklənməsindən fəal iştirak edir.2011-ci il Liseyi qızıl medal ilə bitirmiş Əsgərli Zeynəb, 2012-ci il Hacı Eynar, 2011-ci il 696 ballı Əsgərli Aygün, 2013-cü il prezident təqaüdçüsü Vəlişova Günel və bu məzunları kimi daha yüzlərlə şagirdləri ilə fəxr edir.Liseyimizi qızıl medalla bitirmiş və qəbul imtahanlarında ən yüksək bal toplayaraq Prezident təqaüdü məzunları ilə liseyin adını ucaldır.
Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir. Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atıb. 2009-cu və 2015-ci illər məktəbimiz üçün xüsusilə uğurlu il hesab etmək olar. Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ən yaxşı ümum təhsil məktəbi” müsabiqəsinin qalibi olub. R.Əliyev adına 3 nömrəli tam orta məktəb 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2014-2015-ci tədris ilinin "Ən yaxşı ümum təhsil məktəbi" müəssisəsi adına layiq görülmüşdür.İkinci dəfə bu adın qazanılması bizə böyük sevinc bəxş etməklə yanaşı daha məsuliyyətlə,əzmlə işləməyə sövq etmişdir. Hazırda məktəbimizdə təhsil alan şagirdlərin sayı artıq 1286 nəfərə çatıb.
Təhsil ocağımızda müasir tələblərə cavab verən kimya və fizika fənləri üzrə laboratoriyalar, müasir tələblərə cavab verən idman zalı və hərbi kabinet, 3 informatika və 2 linqofon otağı, “Sağlam təhsil-sağlam millət” layihəsi əsasında hazırlanmış xüsusi sinif otağı, İKT avadanlığı ilə təmin olunmuş akt zalı, kitabxana, həkim otağı ilə yanaşı ulu öndər Heydər Əliyevin və şəhid R.Əliyevin həyat və fəaliyətini əks etdirən guşələr də fəaliyyət göstərir.Təhsildə yeni uğurlar qazanmaq məqsədi ilə dövlətimizin təhsil müəssisələrinə diqqəti yüksək səviyyədə özünü göstərməkdədir. Beləki, məktəbimizdə İKT avadanlıqları ilə təchiz olunmuş otaqlar, 13 ağıllı lövhə, 43 kompüter, 15 proyektor mövcuddur. Beləki, 2 günüuzadılmış və 4 məktəbə hazırlıq qrupları fəaliyyət göstərir. Pilot layihə əsasında I-IX siniflərdə rus dili intensiv tədris edilir. Məktəbimiz 2015- 2016-cı ildə birinci siniflərdə “Sağlam təhsil - sağlam millət”, I-IX siniflərdə rus dili üzrə intensiv tədris,”Təhsilin təmayüllər üzrə təşkili ”, Məktəb İcma Qurumlarının məktəblərdə təşkili layihələrinə qoşulub. Hazırda şagirdlərin təhsili və təlim-tərbiyəsi ilə böyük potensiala malik 139 nəfərdən ibarət müəllim kollektivi məşğul olur. Kollektivin 92%-i ali təhsillidirlər. Həsənova Sevinc Mirzağa qızı fizika üzrə fəlsəfə doktoru, Möhbalıyeva Aidə Mehman qızı Respublikanın əməkdar müəllimi, Abbasov Ziyafət Sabir oğlu Təhsil Problemləri İnstitutunun dissertantıdır. İki müəllimimiz - coğrafiya müəllimi İsgəndərova Şahsənəm Veysəl qızı və biologiya müəllimi Elyazova Məhsəti Cəfər qızı TQDK-nın ekspert qrupunun üzvüdür. Ş.İsgəndərova,İ.Nəbiyeva kurikulum islahatının həyata keçirilməsi istiqamətində birbaşa mentorluq fəaliyyəti ilə yanaşı eyni zamanda dərsliklərin hazırlanmasında rəyçidir. İki nəfər Hüseynova Mayisə Ağababa qızı və Əliyeva Afət Nəriman qızı “ İlin ən yaxşı ” müəllimi adına layiq görülmüşlər.
Son illər ərzində məktəbimizi bitirən istedadlı məzunların ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələr daha ürəkaçandır. Məktəbin məzunları Azərbaycan Respublikası ilə yanaşı Kanadanın, Böyük Britaniya və Şimali İrlandiya Krallığının, Rusiyanın, Polşanın, Türkiyənin, Koreyanın, Litvanın və digər dövlətlərin nüfuzlu universitetlərində təhsil alıblar. 2019-2020-cü tədris illərində məktəbimizi bitirən 43 məzundan 29 nəfəri tələbə adına layiq görülmüşlər ki, onlardan da 11 nəfəri 500-700 bal toplamışlar.Müəllimlərimiz şagirdlərin hərtərəfli inkişafına da qayğı ilə yanaşırlar. Bədən tərbiyəsi və fiziki hazırlığın möhkəmləndirilməsi, həmçinin yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində görülən işlərimiz də öz bəhrəsini verib. Dünyada və Respublika miqyasında keçirilən bir sıra yarışlarda şagirdlərimiz fəxri kürsünün pillələrində yer alıblar.
Məktəbbdə "Əyləncəli riyaziyyat", "Doğma yurdu gəzə gəzə", "Diyarşünaslıq", "Qarabağın tarixi", "Azərbaycan tarixi", "Musiqi sevənlər" dərnəkləri vardır. Sabahın alimləri kiçik EA , 2021-ci ildən STEAM fəaliyyət göstərir.
C. Cahangirov adına 4 nömrəli tam orta məktəb Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Məktəb binasının I mərtəbəsi 1914- cü, II mərtəbəsi 1927-ci ildə tikilmişdir. 1914-1927-ci illərdə bina qızlar məktəbi, uşaq bağçası, peşə məktəbi kimi fəaliyyət göstərmişdir. 1927-ci ildən etibarən isə bina ümumtəhsil məktəbi kimi fəaliyyət göstərir. 1994-cü ildə məktəbə Balaxanı qəsəbəsində anadan olmuş dahi bəstəkar Cahangir Cahangirovun adı verilmişdir. Bu illər ərzində məktəbi bitirən məzunlar respublikanın müxtəlif ali və orta ixtisas təhsil ocaqlarına daxil olmuşlar. Hal-hazırda məktəb məzunlarından 4 nəfəri təhsil ocağında müəllim kimi gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbdə 1075 şagird təhsil alır. 66 nəfərdən ibarət pedaqojı kollektiv təlim keyfiyyətlərinin yüksəldilməsini, fənlərin inteqrasiyasını, biliklərin yeni meyarlarla üzə çıxarılıb qiymətləndirilməsini, istedadlı şagirdlərlə işin qüvvətləndirilməsini,yeni təlim metodlarından geniş istifadə edilməsini başlıca vəzifələrdən biri hesab edir. 2013-2014-cü tədris ilində məktəb binası dövlətimizin qayğısı nəticəsində yüksək səviyyədə təmir olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar əyani və texniki vəsaitlərlə təmin olunmuşdur.
Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması tələbinə uyğun olaraq, Bakı şəhəri 5 və 292 nömrəli tam orta məktəbləri birləşdirilməklə yenidən təşkil edilmiş və onlar müvafiq olaraq 5 nömrəli məktəb adlandırılmışdır. Məktəbin məzunu olmuş Milli qəhrəman S.Hacıyevin adını daşıyan, bütün avadanlıqlarla təchiz olunmuş bu məktəbdə 2022-2023-cü tədris ilində 2102 şagird təhsil alır və onların təhsili ilə 135 müəllim məşğul olur. Məktəb “Məktəbin innovasiya fəaliyyəti təhsilin keyfiyyətinin əsas şərtidir! “ devizi altında ibtidai (1-4 siniflər), ümumi-orta (5-9 siniflər) və tam orta ( 10-11 siniflər) təhsil səviyyələrini əhatə etməklə 1 növbəli, 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi şagirdlərə ingilis və rus dilləri və 2-ci sinifdən başlayaraq şahmat fənni tədris olunur. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Pedoqoji kollektivin 99% ali təhsilli müəllimlərdən ibarət olub, onlar içərisində “Əməkdar müəllim”, “Elmlər namizədi”, “Fəlsəfə doktoru”,”Tərəqqi medalı”na layiq görülmüş, “Qabaqcıl təhsil işçisi”ləri, “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibləri yer tutur. Ötən tədris ilində ümumi orta təhsil kursu üzrə şagirdlərin buraxılş imtahanlarının nəticələri də ürəkaçan olmuş və nəticələrə görə Bakı şəhəri üzrə reytinq cədvəlində 68-ci yerdə məskunlaşmışdır. 5 №-li tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. 5 N-li tam orta məktəb ötən tədris ilində məktəbin bir çox müəllimləri yuxarıda qeyd olunanları həyata keçirmək üçün Təhsil Nazirliyi, bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş treninq və kursların iştirakçıları olmuş və müxtəlif innovativ layihələrlə bağlı sertifikatlara layiq görülmüşlər. Məktəb demokratik prinsiplər əsaslanan, şagirdlərdə liderlik qabiliyyətini inkişaf etdirən “ Uşaq parlamenti”, “Şagird elmi akademiyası” və bir sıra nazirliklər və cəmiyyətlər fəaliyyət göstərir. 5 №-li orta məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə də geniş yer verir. Yüksək peşəkarlıq səviyyəsində keçən bu tədbirlərin nəticəsidir ki, son 3 ildə xeyli sayda ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökümət təşkilatları məktəb haqqında müsbət mülahizə və rəylər irəli sürmüşdür. Məktəbin zəngin kitabxanası mövcuddur. Kitabxanın ümumi fondu 51275ədəddir. Bakı şəhəri 5 N-li tam orta məktəb şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə kitabxananın illik iş planına uyğun olaraq mütəmadi şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar,kütləvi kitabxanalara ekskursiyalar təşkil edir. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.
Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb dünya üzrə 44 məktəbdən biridir ki, o 2009 -cu ildə " Novator Məktəblər Proqramında " iştirak üçün seçilmişdir.Bu da məktəbin qabaqcıl təlim texnologiyalarının səmərəli tətbiqinin önündə olması deməkdir. Bu sözlər " Microsoft Novator Məktəblər Proqramının Dəyərləndirmə Hesabatı" ndan götürülmüşdür ( 2010-cu il, iyun) M.Rahim adına 7 nömrəli tam orta məktəb 2009- cu ildə Microsoft Azərbaycan tərəfindən " Novator Məktəblər Proqramı "na təqdim olunmuş məktəblər içərisindən seçilmişdir. " Dünya İnnovativ Məktəblər " şəbəkəsinə qoşulmuş və dünyanın bir sıra məktəblərinin qabaqcıl təcrübələrini öyrənir. M.Rahim adına 7 nömrəli tam orta məktəb zəngin tarixi olan və bu gün müasirliyin önündə gedən qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin əvvələrində, yəni 1928-ci ildə ibtidai - orta məktəb ( I-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Dərslər rus dilində keçirilib. 1940-1946 - cı illərdə məktəbin binasından hərbi hosbital kimi istifadə olunub . 1950-ci ildən başlayaraq 7 nömrəli məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977- ci ildə xalq şairi M.Rahimin 70 illik yubileyində məktəbə onun adı verilib. Məktəb " 2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən " Elektron məktəb " pilot layihəsinə daxil edilmişdir. Layihənin həyata keçirildiyi müddətdə tədris prosesinin təşkili və idarəolunmasında bir sıra müsbət dəyişikliklər baş vermişdir. Elektron jurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsi, şagird nailiyyətlərinin valideynlər tərəfindən əldə edilməsi asanlaşmışdır. SMS vasitəsilə şagirdlərin qiymətləri haqqında valideynlərin məlumatlandırılması , elektron tədris resurslarının istifadəsi mövcuddur. Məktəbdə 2008-2012- ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində " 1 şagird : 1 kompüter " layihəsi tətbiq olunur. Təhsil Nazirliyinin və İntel Korporasiyasının birgə təşəbbüsü olan bu layihə məktəblilərə həm dərsdə, həm də evdə istifadəsi üçün netbuklar verilmişdir. 2008-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyi və " British Council Azerbaijan" tərəfindən həyata keçirilən " İngilis dilinin intensiv tədrisi " layihəsi çərçivəsində məktəb bir sıra uğurlara imza atmışdır. Həmin layihə məktəbin bütün siniflərini əhatə edir. Müəllimlərimiz elmi-metodik bilik və vərdişlərini gücləndirmək məqsədilə treninqlərdə iştirak edir, şagirdlər beynəlxalq layihələrdə iştirak edirlər. 2010-cu il 19 may , BŞTİ tərəfindən həyata keçirilən " TƏHSİL , ZAMAN VƏ BİZ" adlı layihəsində 7 nömrəli məktəb " İnnovativ məktəb" kimi təmsil olunmuşdur. Bu layihədə iştirakın əsas məqsədi təhsildə innovativ layihələri nümayiş etdirmək idi. Məktəb 7 ildir ki, " Partners in Learning Network"-Dünya innovativ məktəblər şəbəkəsinə üzvdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi ilə qalib olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib.
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.
Məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı 34 sinif otağı, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Məktəbin 4 giriş qapısı, 92 daxili taxta qapısı dəyişdirilmiş, pilləkənlər və pilləkən qəfəsləri bütünlüklə bərpa olunaraq əsaslı təmir edilmiş, 146 ədəd pəncərələr yenisi ilə əvəzlənmişdir. Mövcüd olan 4 sanitar qovşaqları əsaslı təmir edilmiş, 1 sanitar qovşağı yenidən tikilmişdir. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.
Pzt: | 10:00-20:00 |
---|---|
edəcək: | 10:00-20:00 |
çar: | 10:00-20:00 |
başına: | 10:00-20:00 |
Necə: | 10:00-20:00 |
Cmt: | 10:00-20:00 |
Sülh: | 10:00-20:00 |
"BookZone" Azərbaycanda kitabxanaçılığa, savadlanmaya , maariflənməyə yeni nəfəs gətirən Kitab evidir. Əsas məqsədimiz
* Azərbaycanda "kitabxanaçılığa" yeni nəfəs vermək
* Azərbaycan ziyalıları ilə oxucular , dinləyicilər arasında görüşlər keçirmək
* Gənc yazarlara, şairlərə dəstək olmaqdır
Kitabxanaya üzvlük haqqları belədir:
1 il - 40Azn (ödənişi 4dəfə etmək olar 4*10)
6 ay - 25 Azn (ödənişi 3 dəfə etmək olar 10+10+5)
3 ay - 16 Azn (ödənişi 2 dəfə etmək olar 10+6)
* Sizlər üzv olaraq YÜZLƏRLƏ seçilmiş klassik və müasir bestseller əsərləri girov qoymadan rahatlıqla evinizə aparıb oxuya bilərsiniz.
Evə yalnız bir kitab verilir ( mak 14gün) səbəb isə sui-istifadə eliyənlərin qarşısını almaqdır.
* Üzvlər həmçinin üzvlük müddətində kitab alışlarında 20% endirimlərdən yararlanacaqlar. Ən sərfəli qiymətlə Türkiyədən , Amerikadan kitab sifariş edə bilərlər.
* Tərəfimizdən keçirilən bütün tədbirlərdə pulsuz iştirak edə bilərlər.
“BookZone” Kitab evin digər xidmətləri isə belədir.
- Yerli və əcnəbi kitabların satışı
- Amerikadan və Türkiyədən bədii, tibbi , proqramlama və digər dərs vəsaiti olan kitabların sifarişi
- Metrolara, evlərə , ofislərə və ölkəmizin bölgələrinə çatdırılma
Ətraflı məlumat və sifarişlər üçün bookzone.az saytı vəya 070 320 20 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Alinino.az saytı 10 ildən çoxdur ki, Azərbaycanda operativ satış və çatdırılma xidməti göstərən onlayn satış mağazasıdır. Sayt öz müştərilərinə Azərbaycan, Türk, Rus, İngilis, Alman və Fransız dillərində kitablarla yanaşı, sərfəli qiymətlə minlərlə oyuncaq, elektronika, keyfiyyətli kosmetika və parfümeriya, idman malları, məktəb ləvazimatları, Lego konstruktorları, dünyanın ən məşhur markalarından (Ravensburger, Clementoni, Educo, Anatolian və s.) uşaqlar və böyüklər üçün pazllar, qadın geyimləri, qida məhsulları, musiqi, ev tekstili, bağ mövsümünə dair hər şey və s. təqdim edir. Peşəkar və operativ çatdırılma xidməti sayəsində Alinino.az saytı Azərbaycanın bütün rayon və şəhərlərinə, Bakıda və dünyanın bütün ölkələrindəki bütün ünvanlara çatdırılmanı həyata keçirir. Sayt Bakı daxilində çatdırılmanı 24 saat ərzində təmin edir. Alinino.az saytı hər zaman öz müştərilərini düşünərək yüksək endirim kampaniyaları, fərqli endirim fürsətləri və müxtəlif kampaniyalar təşkil edir.
"Kitabim . az saytı müxtəlif növ kitabların onlayn satış mağazasıdır. Siz oxumaq isdediyiniz kitablarıı burada sifariş etməklə ünvanınızda əldə edə bilərsiniz."
İş Saatları :
bazar | Bağlı |
bazar ertəsi | 10:00-18:00 |
çərşənbə axşamı | 10:00-18:00 |
çərşənbə | 10:00-18:00 |
cümə axşamı | 10:00-18:00 |
cümə | 10:00-18:00 |
şənbə | 10:00-14:00 |
İpəkyolu Nəşriyyatı 2005-ci ildən fəaliyyətə başlamışdır. Fəaliyyətinin ilk günündən etibarən milli mədəniyyəti, çağdaş ədəbiyyatı, humanitar-elmi düşüncəni inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq üçün xeyli işlər görmüşdür. Nəşriyyatımızın əsas məqsədi öz dilinə, dininə, imanına, xalqına, torpağına, dövlətinə, bayrağına bağlı milli-mənəvi şüurun formalaşması istiqamətində qiymətli əsərləri oxucuya təqdim etməkdir.
Nəşriyyat olaraq inamımızdan, dinimizdən uzaqlaşmamaq və bu mənbələrimizdən istifadə edərək gələcəyimizi qurmaq istiqamətində xeyli əsərlər nəşr etmişik. İndiyə kimi 500-dən artıq kitabımız işıq üzü görüb. Xalqımıza təqdim olunan bu kitablar oxucuların böyük maraq və rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq da İPƏKYOLU nəşriyyatı hər il keçirilən kitab sərgilərində iştirak edir və onlarla mükafata layiq görülmüşdür.
Bugünə kimi nəşr etdiyimiz kitablar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin razılığı əsasında çap edilmişdir.
"İstədiyiniz kitabı, məktəbli çantalaranı və ofis ləvazimatları saytımızdan sifariş verməklə sadəcə bir neçə saat ərzində əldə edə bilərsiniz."
İş Saatları :
bazar | 08:00-22:00 |
bazar ertəsi | 08:00-22:00 |
çərşənbə axşamı | 08:00-22:00 |
çərşənbə | 08:00-22:00 |
cümə axşamı | 08:00-22:00 |
cümə | 08:00-22:00 |
şənbə | 08:00-22:00 |