0702133333

0702133333

Tural Alıoğlu Sofuyev

HÖRMƏTLİ

Bələdçi İnformatika  Məktəbinin

Rəsmi saytının qonaqlarıI!

Sizi Bələdçi İnformatika Məktəbinin  rəsmi saytında salamlamağıma şadam. Ölkənin ilk fəaliyyətə başlayan elektron təhsil məktəblərindən  biri olan bu ali təhsil müəsisəsi İnformatika Texnologiyaları üzrə  kadrlar hazırlayan ən böyük, aparıcı elm və təhsil mərkəzidir. Ümid edirəm ki, www.Bim.edu.az saytının resurslarına istinad edərək siz məktəbin strukturu, uğurları və nəticələri, elmi-tədqiqat layihələri, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat əldə edəcəksiniz. Biz çalışdıq ki, abituriyent və Miq ixtisas seçimi, qəbul qaydaları, təhsil almaq imkanları haqqında məlumatı geniş işıqlandıraq. Həmçinin, ümidvaram ki, saytımız rahat və faydalı naviqator rolunu oynayaraq, məktəbimizin  xidmətlərinə müraciət edən  bütün namizədlərə əhəmiyyətli dərəcədə köməklik göstərəcək.
 

Bələdçi İnformatika Məktəbinin rəhbəri
  T.A.Sofuyev.

 

Bələdçi İnformatika Məktəbi

İllərdir ki,  Ali məktəblərə hazırlıq,  Dövlət Qulluğu,Müəllimlərin İşə Qəbulu, Magistraturaya hazırlıq və digər sahələr üzrə böyük uğurlara nail olmuş “Bələdçi İnformatika Məktəb” -inin təşəbbüsü və təşkilatçılığı ilə Ali məktəblərin Magistratura pilləsinə,Dövlət Qulluğuna və Müəllimlərin işə qəbuluna  hazırlaşan Namizədlər üçün nəzərdə tutulmuş “Bim.edu.az" online hazırlıq saytı vasitəsi ilə tələbələr İnformatika fənni üzrə nəzəri biliklərə mükəmməl səviyyədə yiyələnməklə yanaşı, biliklərini daha da möhkəmləndirmək məqsədilə kitabda verilmiş test tapşırıqlarından da istifadə edə biləcəklər. Sayt  Dövlət İmtahan Mərkəzinin (DİM) və Təhsil Nazirliyininin(TN)  qəbul proqramına tam uyğun olaraq hazırlanmışdır. Saytdan  həmçinin orta məktəb müəllimləri, dövlət qulluğuna hazırlaşanlar və yuxarı sinif şagirdləri də istifadə edə bilər.Online Sınaqda  DİM-in və Təhsil Nazirliyinin qəbul proqramına uyğun olaraq nəzəri test sualları ilə bərabər, Windows 10 əməliyyat sisteminə və MS Office 2010 paketinə daxil olan proqramlara aid praktik test suallarına da geniş yer verilmişdir.

Allahverdiyeva(Sabirli)Şəhanə Sabir

Mən Allahverdiyeva(Sabirli)Şəhanə Sabir qızı 1995 -ci il fevral ayının 13-ü  Füzuli rayonu Böyük Bəhmənli Kəndində anadan olmuşam.2001-ci Füzuli rayon  Allahyar Əliyev adına Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə getmişəm.2012-ci idə 11-ci sinfi bitirmişəm.2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinə qəbul olmuşam.2018-ci ildə Universiteti bitirmişəm.Həmin il Horadiz şəhər Şahin Zalov adına 3 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi fəaliyyətə başlamışam.2019-cu ildə Əhmədbəyli kənd tam orta məktəbdə işləmişəm.2020-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək,maximum 60 baldan 50 bal toplayaraq Qazaxlar kənd N.Alışov adına tam orta məktəbdə işləməyə başlamışam.2021-ci ildə Müəllimlərin yerdəyişmə imtahanında uğur qazanaraq Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəbə qəbul olmuşam.Hal-hazırda həmin məktəbdə informatika fənnini tədris edirəm.

Əfsanə Cənnətəliyeva Nizami

Əfsanə Cənnətəliyeva Nizami qızı 15.09.1995-ci ildə Füzuli rayonu Dilağarda kəndində anadan olmuşam. 2002-ci ildə orta məktəbə başlayıb 2013-cü ildə  Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Yoxarı mollu kənd tam orta məktəbi bitirmişdir, sonra isə Bakı Dövlət Üniversitetinin İnformatika müəllimliyi ixdisasın bitirmişdir.2017-ci ildə MİQ imtahanlarında işdirak edərək Xızı rayon Yeni yaşma kənd tam orta məktəbinə İnformatika müəllimi təyin edilmişəm.

Fərəcli Fərid Vidadi oğlu

Fərəcli Fərid Vidadi oğlu 1994-cü il aprel ayının 3-ü Astara şəhərində anadan olmuşam. 2000-ci ilde Cəlilabad rayon N.Alışanov adına Maşliq kənd tam orta məktəbə daxil olmuş 2009-cu ildə 9-cu sinifi bitirib Astara Pedeqoji Kollecinin İnformatika fakultəsinə daxil olmuşam. 2012-ci ildə APK-ni bitirib həmin ilin iyul ayı hərbi xidmətə yollanmişam. 2014-cu il yanvar ayı hərbi xidmətimi başa vurmuşam. 2019-cu ildə MİQ imtahaninda iştirak edib uğur qazanmişam. Daha sonra 2021-ci ildə təkrar MİQ imtahaninda iştirak edib 52 bal toplamişam. Hal hazırda Cəlilabad rayon N. Alısanov adına tam orta məktəbdə İnformatika fənnini tədris edirəm.

                                                                 Bələdçi İnformatika Məktəbinin                                                                       Cəlilabad Filialının rəhbəri
                                                                                       F.V.Fərəcli 

Musayeva Tavat (Bənövşə) Əliyusif

Mən Musayeva Tavat (Bənövşə) Əliyusif qızı 1995-ci il mart ayının 31 Bərdə rayonu Xanaağlı kəndində anadan olmuşam .2001-ci ildə Bərdə rayonun  şəhid Ələddin Dadaşov adına Xanağalı kənd tam orta məktəbin 1ci sinifinə getmişəm.2012ci ildə məktəbi bitirmişəm .Həmən il də Bakı Dövlət Sosial İqtisad Kollecinə qəbul olmuşam .2016-cı ildə kollecin məzunu olmuşam .2020 ci ildə 60ballıq sistemdən 40 bal yığıb Ağdam rayon Quzanlı Qəsəbəsində işləmişəm . 2021-ci ildə 60 ballıq sistemdən 45 bal toplayaraq Bərdə rayon Qazaxlar kənd tam orta məktəbdə işləməyə başladım.Hal hazırda həmin məktəbi informtika fənnini tədris edirəm .

Qeydiyyat davam edir!

Sizin təhsil bələdçiniz!

Sizin xəbər bələdçiniz!

Sizin təhsil bələdçiniz!

AKTUAL İSTİQAMƏTLƏR

Bələdçi yayımları

MİQ İnformatika Bələdçisi(Test toplusu)

Tural Sofuyev,

 Əziz öyrənənlər

 Müəllimlərin işə qəbulu üzrə hazırlaşan namizədlər üçün nəzərdə tutulmuş “İnformatika bələdçisi (Nəzəriyyə və Test bankı)” kitabı vasitəsi ilə namizədlər  İnformatika fənni üzrə nəzəri biliklərə mükəmməl səviyyədə yiyələnməklə yanaşı, biliklərini daha da möhkəmləndirmək məqsədilə kitabın “Test Bank”-da verilmiş test tapşırıqlarından da istifadə edə biləcəklər.

18 azn

MİQ İnformatika Bələdçisi Nəzəriyə

Tural Sofuyev

 Əziz öyrənənlər,

 “Bələdçi İnformatika Məktəbi” Tədris Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Müəllimlərin işə qəbulu üzrə hazırlaşan namizədlər üçün nəzərdə tutulmuş “İnformatika bələdçisi (Nəzəriyyə və Test bankı)” kitabı vasitəsi ilə namizədlər  İnformatika fənni üzrə nəzəri biliklərə mükəmməl səviyyədə yiyələnməklə yanaşı, biliklərini daha da möhkəmləndirmək məqsədilə kitabın “Test Bank”-da verilmiş test tapşırıqlarından da istifadə edə biləcəklər. 

15 azn

Abituriyent İnformatika Bələdçisi Test Toplusu II-hissə

Tural Sofuyev ,Səadət Məhərrəmova,Fərid Fərəcli,Gülnur Tanrıverdi

 Əziz öyrənənlər,

 Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərimizin davamıdır. Test toplusunda  qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla uyğun  müstəqil qiymətləndirmə tapşırıqları vəyekunlaşdırıcı tapşırıqlar verilib

15 azn

Abituriyyentin İnformatika Bələdçisi Test Toplusu I-hissə

Tural Sofuyev,Kamran Əsədov ,Səadət Məhərrəmova

Sizə təqdim olunan bu kitab   “Milli.info” Tədris Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Dövlət İmtahan Mərkəzinin informatika fənni üzrə qəbul proqramına əsasən, V-XI sinif ümumtəhsil müəssisələrinin sinif dərslikləri və  Kurikulumun təlim nəticələrinin tələblərinə uyğun olaraq hazırlanıb.

 

15 azn

MİQ MODEL TESTLƏR

Rəsul Mirzəyev

Əziz oxucu!    Müəllimlər üçün nəzərdə tutulmuş “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərimizin davamıdır. Test toplusunda  qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla uyğun  müstəqil qiymətləndirmə tapşırıqları və byekunlaşdırıcı tapşırıqlar verilib.  

12 azn

Abituriyent Model Sınaq Testləri

Rəsul Mirzəyev

 Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərimizin davamıdır. Test toplusunda  qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla uyğun  müstəqil qiymətləndirmə tapşırıqları və byekunlaşdırıcı tapşırıqlar verilib.

15 azn

Vətən müharibəsinin şəhidləri

Bizi deyirlər

Azərbaycan Birİncilərinin irad və təklifləri bizim üçün önəmlidir

Faydalı linklər