Kateqoria: | Riyaziyyat |
Dil: | Azərbaycan |
Müəllif: | |
Nəşriyyat: | |
Nəşr yeri: | |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Həndəsə - həndəsi fiqurların xassələri haqqında elmdir . Planimetriya bütün nöqtələri eyni bir müstəvi üzərində yerləşən həndəsi fiqurların xassələrini öyrənir , stereometriya isə fəza fiqurlarının xassələrini öyrənir . Nöqtə , düz xətt və müstəvi həndəsənin ilk anlayışları olduqları üçün tərif olunmurlar . Müstəvi üzərində əsas həndəsi fiqurlar nöqtə və düz xətdir . Nöqtə əsasən bir hərflə işarə olunur . Məsələn : (.) A nöqtəsi . Müstəvi üzərində olan A nöqtəsi verilmiş a düz xətti üzərində olarsa , bu fakt A ∈ a kimi , B nöqtəsi həmin düz xətt üzərində deyilsə , bu fakt B ∉ a və ya C ∉ a kimi işarə olunur . Düz xətt adətən bir kiçik hərflə və ya həmin düz xətt üzərində olan iki nöqtə ilə verilir . Məsələn a düz xətti və ya AB düz xətti .