0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri 58 nömrəli tam orta məktəb 1926-cı ildə fəaliyyətə başlamışdır. Məktəb 2011/2012-ci tədris ilində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib elan olunmuşdur. 2014/2015-ci dərs ilində məktəbin binası əsaslı təmir olunmuş və əlavə olaraq yeni tədris korpusu tikilmişdir. 2016-cı ildə Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Məktəb 5 günlük iş rejimi ilə, bir növbədə işləyir. Burada 94 nəfər müəllim çalışır.Şagirdlərin sayı 1235 nəfərdir.

2014-cü ildə keçirilən "Ekoerudit" Məktəblilərin Respublika Ekoloji Breyn-Rinq bilik yarışında məktəbin komandası I yerə layiq görülmüşdür.

2015/2016-cı tədris ilində IX sinflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.

2017-ci ildə "Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi müsabiqəsinin ən fəal məktəbi" diplomuna layiq görülmüşdür.

2016/2017 , 2017/2018-ci dərs illərində XI sinif şagirdlərinin buraxılış imtahan nəticələrinə əsasən "Yaxşı nəticəli məktəb" statusunu almışdır.

Bakı şəhəri üzrə 54-cü, Xətai rayonu üzrə isə 5-ci yerdə qərar tutmuşdur.

2017/2018-ci tədris ilində XI sinif məzunların 91%-i ali məktəblərə qəbul oluunmuşdur. 1 nəfər 700 bal, 4 nəfər isə 600-dən yuxarı nəticə göstərmişdir.

Haqqında

Bakı şəhəri Xətai rayonu 59 №-li tam orta məktəbin əsası 1935-ci ildə qoyulmuşdur. 5 fevral 1993-cü ildə məktəbə Milli Qəhrəman Tahir Bağırovun adı verilmişdir. 2006-cı ilə qədər 300 şagird yeri olan binada fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Səudiyyə İnkişaf fondunun hesabına məktəbin yeni korpusu inşa olunaraq 2007-ci ilin sentyabrından şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Beləliklə məktəb iki korpusdan ibarətdir. Yeni inşa olunmuş 1269 şagird yeri olan əsas korpusda avadanlıqla təchiz olunmuş 2 kompüter zalı, 1 idman zalı, fizika, kimya, biologiya kabinetləri və laboratoriyaları, yeməkxana, hovuz, kitabxana və oxu zalı, 234 yerlik akt zalı, ibtidai sinif şagirdlərinin təhsil aldığı yardımçı korpusda elektron lövhə ilə təchiz olunmuş 19 sinif otağı, 2 kompüter zalı və 1 idman zalı mövcuddur. Məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya, tarix, fizika kabinetləri müasir tələblərə uyğun tərtib edilmişdir. Təhsil Azərbaycan və rus dilində 6 günlük və ikinövbəli tədris qrafikinə uyğun aparılır. İkinci xarici dil kimi rus və alman dilləri tədris olunur. Məktəbdə 1841 şagird təhsil alır. Məktəbin pedaqoji kollektivi 156 üzvündən ibarətdir. Onlardan 2 nəfəri Elmlər namizədi və 7 nəfəri magistr dərəcəsinə malikdir. Məktəb bir çox layihələrin fəal iştirakçısıdır. 2016-2017-ci ildə məktəbdə şagird sayı 2080, sinif sayı 79 olmuşdur. 2016-2017-ci tədris ilində Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Milli Nağıl” müsabiqəsinin I yer, "Gənc şahinlər" hərbi idman oyunları yarışında II yer qalibi olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin” qaliblərindən biri də bizim məktəbimiz olmuşdur. 2016-2017-ci tədris ilində məktəbimizin 10 nəfər məzunu 600 baldan, onlardan 4 nəfəri 650 baldan yüksək nəticə göstərmişdir. 11 nəfər məzun isə 500-600 arasında bal toplayaraq ali məktəbə qəbul olunmuşdur. 2016-2017 ci tədris ilində məktəbimizin ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 4 nəfər IX sinif məzunu ümumi orta təhsil haqqında fərqlənmə attestatı, tam orta təhsili əla qiymətlərlə başa vuran 8 nəfər XI sinif məzunu tam orta təhsil haqqında fərqlənmə attestatı, təhsildə göstərdikləri nailiyətlərə görə 1 nəfər XI sinif məzunu isə xüsusi nümunəli attestat və medal ilə məktəbimizdən məzun oldu.

2017-2018-ci illərdə şagird sayı 2197, sinif sayı 78

2018-2019-cu illərdə şagird sayı 2198, sinif sayı 74

2019-2020-ci illərdə şagird sayı 2047, sinif sayı 78

2020-2021-ci illərdə şagird sayı 1966, sinif sayı 79

Məktəb bir çox lahiyələrə qoşulmuşdur.

  1. “Məktəblinin dostu” layihəsi
  2. “Rəqəmsal bacarıqlar” layihəsi
  3. “İstedadların hazırlığı laboratoriyası” layihəsi
  4. “Fiziki qüsurlu istedadlı məktəblilərin I-forumu” layihəsi
  5. “Gələcəyini qur” Gəncliyə dəstək layihəsi
  6. “Valideynin məktəbdə 1 günü” layihəsi
  7. “Kitab mənim dostumdur” layihəsi
  8. “Buraxılış sinifləri üzrə yeni qiymətləndirmə materiallarının hazırlanması” layihəsi
  9. “Pilot dərsliklərin tətbiqi” layihəsi
  10. “Kiçik akademiya” layihəsi
  11. “Steam” layihəsi

Məktəbimizin məzunları arasında daim fərqlənənlər olmuşdur. Həmin məzunlar arasında

I və II Qarabağ müharibəsində canlarını qurban vermis məzunlarımız da var.

  1. Vüqar Rzaxan oğlu Yarəhmədov 1974-1997
  2. Ramaldanov Babək Meyvəddin 1992-2020
  3. Əliyev Denis Aleksandr 1989-2020
  4. Ağalarlı Toğrul Daşqın 1995-2020
  5. Umudlu Elmir Pərviz 2001-2020
  6. İsmayılov Orxan Zöhrab 1989-2020

10.27.2021-ci il tarixində məktəbin həyətində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid məzunlarının xatirə lövhəsi ucaldılıb. Hal-hazırda hər bir sinifimiz şəhidlərin adlarını daşıyır.

2021-2022 ci tədris ilində məktəbdə şagird sayı 1980 işçi heyət sayı 182 olmuşdur.

Haqqında

Məktəbin binası XX əsrin 30-cu illərində inşa edilib. Böyük Vətən müharibəsi dövründə hospital kimi fəaliyyət göstərib. Orta məktəb kimi XX əsrin 50-ci illərindən fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev fondu tərəfindən yenidən tikilib. 2012-ci ildə “İlin məktəbi” adına layiq görülüb. Hal-hazırda məktəbdə 1700-ə yaxın şagird təhsil alır.Onların tərbiyəsi ilə 96 müəlllim məşğul olur. Məktəbimizdə 1 “Əməkdar müəllim”, 1 “Tərəqqi medalı” sahibi, 4 “İlin müəllimi” adını qazanan müəllimlər fəaliyyət göstərir.

Haqqında

Bakı şəhəri Nizami rayonu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəb 1965-ci ildə inşa edilmişdir.. 2022/20223-cü dərs ilində məktəbin 49 sinifində 1184 şagird təhsil alır. Məktəb 2 növbəli 5 günlük iş həftəsi ilə işləyir. Məktəbdə təlim 2 dildə - Azərbaycan və rus dillərində aparılır. Məktəbin pedaqoji heyətində 109 nəfər çalışır. Məktəbin zəngin kitabxanası, müasir avadanlıqlarla təmin olunmuş kimya və fizika kabinetləri və laboratoriyaları, internet şəbəkəsinə qoşulmuş elektron lövhələrlə təchiz olunmuş 4 kompüter kabineti, tam təchiz edilmiş əmək kabineti və emalatxanası var. Son dövrlərdə maddi-texniki bazasını sürətlə zənginləşdirən məktəbdə şagirdlərin təlim-tərbiyəsi istiqamətində ardıcıl, davamlı, məqsədyönlü və nəticəyönümlü işlər aparılır. Şagirdlər rayon, şəhər və respublika üzrə keçirilən müxtəlif idman yarışlarının, sərgi və müsabiqələrin iştirakçısı və qalibləri olmuş, diplom və kuboklara sahib olmuşlar. Məktəbin məzunları həm ölkənin, həm də xarici dövlətlərin ali təhsil ocaqlarında təhsil alır.

Haqqında

Bakı şəhərinin Xətai rayonunda yerləşən 63 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Məktəb fəaliyyətə başladığı gündən tədris Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 2009-2010-cu dərs ilindən etibarən rus dilinin intensiv tədrisi layihəsi tətbiq edilir. 2013-2014-cü illərdə məktəb əsaslı təmir olunmuş və eyni zamanda məktəbin həyətində yeni 4 mərtəbəli 24 əlavə sinif otaqlı korpus və idman zalı tikilərək istifadəyə verilmişdir. Məktəbdə 105 nəfər müəllim pedaqoji fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1312 nəfər şagird təhsil alır.

Haqqında

Məktəbimiz 1923-cü ildə yaranıb. 1964-cü ildən yeni binası tikilib istifadəyə verilmişdir. Şagird tutumu 1320 nəfərlikdir. Onların təlilm tərbiyəsi ilə 95 pedaqoji işçi məşğul olur. Məktəbimizdə 3 komputer otağı, biologiya, kimya, fizika, Az dili və ədəbiyyat, şahmat otağı şagirdlərin istifadəsindədir. Məktəbimizdə müasir standartlara cavab verən idman zalı da vardır. Şagidlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə akt zalında mütəmadi olaraq geniş tədbirlər keçirilir. Ünvan: Xətai rayonu Əhmədli qəs.N.Mahmudov k.26 Əlaqə telefonu : (012) 374-75-02, (012) 375-03-69