Xəzər rayonunun Binə qəsəbəsindəki 326 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunub. Məktəbin tikintisinə 2010-cu ildə başlanılıb və 2012-ci ilin sentyabrında tikinti başa çatıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 2012-ci il sentyabrın 14-də məktəbin açılışında iştirak edib. Məktəbin binası 660 şagird yerlikdir. Məktəbdə 44 sinif otağı, bundan əlavə fənn kabinetləri və laboratoriyalar, kompyuter otağı, kitabxana, idman zalı, yeməkxana, 200 yerlik akt zalı vardır. Üçüncü mərtəbədəki ibtidai hərbi hazırlıq, məktəbdənkənar tərbiyə otağı, laboratoriyalar və əmək kabinetləri şagirdlərin hərtərəfli biliklərə və vərdişlərə yiyələnmələri üçün yaradılıb. Məktəbdə Azərbaycanda ilk dəfə olaraq elektron məlumat lövhəsi quraşdırılıb. Digər özəlliklərdən biri də ibtidai və yuxarı sinif şagirdlərinin məktəbdə fərqli korpuslarda təhsil almalarıdır. Şagirdlərin düzgün və vaxtında qidalanmaları üçün 60 yerlik yeməkxana vardır. Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılıb. Burada həmçinin futbol, voleybol, basketbol meydançaları da tikilib. Hazırda məktəbdə 1862 şagird təhsil alır. 2017-ci ildə məktəbi bitirən 23 məzundan 7 nəfəri Respublikada ali məktəbə, 2 nəfəri Türkiyə Respublikasında ali məktəbə, 3 nəfər isə orta ixtisas məktəbinə qəbul olunmuşdur.
327 nömrəli tam orta məktəb 2012-ci ildə " Heydər Əliyev Fondu" tərəfindən inşa edilmişdir.Bina kitab formasında tikilib,3 korpusdan ibarətdir.Azərbaycan bölməsi üçün 640 şagird üçün nəzərdə tutulmuşdur.Hal-hazırda məktəbdə 635 şagird təhsil alır və 49 müəllim heyəti fəaliyyət göztərir. Məktəbdə 32 sinif otağı,informatika,kimya,biologiya,fizika,əmək və gənclərin çağrışa qədər hazırlıq fənn kabinetləri yaradılmışdır.Məktəb daxili simsiz internet xidməti ilə təmin olunmuşdur.MDB məkanında ilk dəfə olaraq məhz bizim məktəbdə " Smart Sinif " açılmışdır. Məktəbimizin 2 min 640 kvadratmetr sahəsi olan yaşıl örtüklü idman meydançası və idman avadanlığının qurulduğu gənclərin hərbi hazırlığı üçün meydança vardır.
Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli orta məktəbin yeni binası 14 sentyabr, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Dördmərtəbəli təhsil ocağının ümumi ərazisi 5370 kvadrat metrdirdir. Məktəbin binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunub. Məktəbdə tədris və sinifdən xaric məşğələlərin keçirilməsi üçün, eləcə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait var. Məktəbdə 33 sinif otağı, fənn kabinetləri, kitabxana var. Şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün məktəbdə 2 komputer sinfi yaradılıb. Müxtəlif tədbirlərin keçirildiyi akt zalı və bufet də şagirdlərin istifadəsindədir. Bundan əlavə, məktəbdə yeni innovasiya metodları ilə işləyən kabinetlər, müasir qurğularla təmin edilən idman zalı, mini futbol meydançası, ibtidai hərbi hazırlıq kabineti də vardır. Təhsil ocağında biologiya, fizika, kimya fənninin səmərəli öyrənilməsi məqsədilə laboratoriyalar, şagirdlərin əmək tərbiyısinin səmərəli təşkili üçün isə əmək otaqları var. Məktəbin psixoloqu daim şagirdlərlə söhbət aparır, onların üzləşdikləri çətinliklər zamanı psixoloji yardım göstərir və profilaktik tədbilər keçirir. Məktəbdə fəaliyyət göstərən tibb işçiləri şagirdlərin sağlamlığına nəzarət edirlər. Hazırda məktəbimizdə 954 şagird təhsil alır.
Məktəbin idarəsində demokratik idarə üsulundan istifadə edirik. Müəllimlərin müntəzəm olaraq təhsilləri artırması diqqət mərkəzindədir. Hər bir müəllim, hər bir şagird, hər bir valideyin məktəbin idarə olunmasının iştirakçısıdır.
Məktəbə yeni təyin olunmuş müəllimlərə iş yoldaşları və müdiriyyət tərəfindən daim qayğı və diqqət göstərilir.
Ardıcıl üç ildir ki, Təhsil Nazirliyinin reytinq cədvəlində irəliləmişik.
Təhsil Nazirliyi və BŞTİ-nin layihə və tədbirlərində, eləcə də idman yarışlarında müntəzəm olaraq iştirak edirik.
Hədəfimiz: "Keyfiyyətli təhsil və yüksək nəticə"dir.
Səbail rayonu 329 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Səbail RİH tərəfindən inşa edilmişdir. 4 sentyabr 2012-ci il tarixdə ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdur. Məktəb 880 nəfərlik şagird tutumuna malikdir. Məktəb 1 növbədə işləyir. Tədrs Azərbaycan dilində aparılır.
Hazırda məktəbdə 2021-2022-ci tədris ili üzrə 20 sinifdə və 2 məktəbəhazırlıq qrupunda 527 şagird təhsil alır. Şagirdlərə 37 müəllim və Fəlsəfə doktoru dərs deyir. Pedaqoji kollektivin əsasını müasir təlim metodlarına üstünlük verən müəllimlər təşkil edirlər.
2016-2017-ci tədris ilində IX sinif şagirdlərinin nəticəsinə əsasən Bakı məktəbləri arasında 189-cu yerdən 150 pillə irəliləyərək 30-cu yeri qazanmışdır. 2017-2018-ci tədris ilində XI sinfi bitirən 22 şagirddən 17 şagird yüksək ballarla müxtəlif ali məktəblərə daxil olmuşlar. 2018-2019-ci tədris ilində XI sinif şagirdi Cahandar Quluzadə yüksək nəticə göstərərək 680 bal toplamışdır.
Məktəbimizdə 2019-2020-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi, 2020-2021-ci ildə isə STEM layihəsi tətbiq olunmağa başlayıb.
Məktəbin 2018-2019-cu ildə yaradılmış xoru az müddət ərzində həm rayon, həm də şəhər tədbirlərində fəal iştirak edir.
" Hər birimiz bir çiçək " layihəsinin davamı olaraq 2021-2022-ci tədris ilində Vətən müharibəsi şəhidlərinin xatirəsinə " Şəhidlərin ruhu naminə çiçəklən Azərbaycan" layihəsi başladılaraq həyətyanı sahədə və məktəbdaxilində mütəmadi olaraq ağac və gül əkmə prosesi həyata keçirilir.
Şagirdlərimiz 2021-c il " Böyük Zəfər " devizli mini-futbol üzrə Səbai rayon turnirində, 2021-ci il 2 fevral " Gənclər Gününə" həsr olunmuş Stibol üzrə Səbail rayon turnirində, 2022-ci il "Basketbol " turnirində , məktəblərarası respublika çempionatının II mərhəlsində "Voleybol" idman növü üzrə I yerə layiq görülüblər.
Məktəbimiz " Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi- praktiki konfransın rayon mərhələsinin qalibi olmuşdur.
Məktəbimiz "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində" fərdi kateqoriyada, "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində " isə ümumi təhsil kateqoriyasında qalib olmuşdur.
Məktəbin devizi yüksək təhsillə yanaşı milli dəyərlərə söykənən vətənpərvər ruhda layiqli vətəndaşlar yetişdirməkdir.