Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Məktəbdə 57 sinifdə 1454 şagird təhsil alır. Məktəbimiz 1 növbəlidir. 2012-ci ildə məktəb əsaslı təmir edilmiş və “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 58 otaq vardır. Məktəbdə texnologiya kabinetləri, idman zalı, idman meydançası, kitabxana, akt zalı, tədris və təcrübə otaqları, tibb otağı, şahmat və komputer otaqları vardır. Məktəbimizin Azərbaycan bölməsində “Rus dilinin intensiv tədrisi” pilot layihəsi həyata keçirilir. Məktəbdə müxtəlif dərnəklər fəaliyyət göstərir.
Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib. 2014-cü ildə əsaslı təmir edilib. Məktəbdə 72 sinif otağı, idman və akt zalı, bufet günün tələblərinə cavab verir. 2014-cü ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəb əsaslı surətdə təmir edildikdən sonra təşkil edilən açılışda iştirak edib.
Məktəbdə 1400-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 91 müəllim məşğul olur. Müəllimlərdən 2 nəfəri elmlər namizədi və fəlsəfə doktorudur. 1 nəfər müəllimimiz "Əməkdar müəllim" adına layiq görülmüş, 1 nəfər müəllimimiz isə "İlin müəllimi" müsabiqəsinin qalibi olmuşdur. Son beş ildə məktəbin 36 məzunu 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olmuş, 4 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür. Məktəb iki dəfə-2007-2008 və 2012-2013-cü illərdə "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
Məktəbdə təlim dili Azərbaycan və rus dilidir. Rus bölməsinin nəzdində Yəhudi mənşəli uşaqlardan ibarət komplektləşdirilmiş siniflərdə İbri dili tədris olunur. Hər tədris ili məzunların respublikanın ali məktəblərinə qəbul göstəricisi 57-63% təşkil edir.
Məktəbin devizi: "Bu günün yüksək təhsili, sabahın parlaq gələcəyi, inkişafın qarantıdır".
Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəb şəhərin qabaqcıl məktəblərindən biri kimi tanınır.1953-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı bütün dövrlərdə rayonun inkişafda olan, irəliyə gedən təhsil müəssisələri sırasında olub.Məktəb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin məktəbi" müsabiqəsinin qalibi olmuşdur.Məktəbdə çalışan pedaqoqların hər biri tədris ocağının bu şərəfli adını daim uca tutmağa çalışır, bir müəllim kimi hər vaxt məharətlə işləyirlər. Məktəb iki dildə Azərbaycan və rus dilində fəaliyyət göstərir.İki bölmədə ümümilikdə 1637 nəfər şagird təhsil alır.Məktəb ikinövbəlidir.Məktəbdə 133 nəfər müəllim işləyir. Pedaqoji kollektivin səyləri nəticəsində məktəbin uğurları ildən ilə artmaqda davam edir.Məktəb öz fəaliyyətini 5 illik dövr üçün nəzərdə tutulmuş “İnkişaf proqramı” əsasında qurur 2014-cü ildə məktəb Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunmuşdur.Məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.Məktəbdə yeni kabinetlər, laboratoriyalar yaradılmışdır.Şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün mütəmadi olaraq işlər görülür.Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş,təhsil prosesinin şagirdlərin meyl və maraqlarına görə qurulması,fənlərarası inteqrasiya və inteqrativləşməyə keçilməsi vasitəsilə əsas hədəfin təhsil verənə və təhsil alana yönəldilməsi,istedadı reallaşdırmaqda hamıya bərabər şərait yaradılması üzrə vəzifələrin həll edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Məktəbin rəhbərliyi ,pedaqoji kollektivi bundan sonra da idarəetmədə bu və ya digər səviyyədə iştirak etmək hüququ olan təhsil prosesi iştirakçılarının hamılıqla təlimin keyfiyyəti və şagirdlərin müvəffəqiyyətinin təmin edilməsi işinə cəlb olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirmək əzmindədir.
Bakı şəhəri 48 saylı tam orta məktəb 1976- ci ildə tikilib müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Binanin Ümumi sahəsi 5221 kv.metirdir. Təhsil azərbaycan və rus dillərində aparılır.Məktəbdə ayrı-ayrı fənlər üzrə 64 müəllim 748 şagirdin təlim -tərbiyəsi ilə məşğul olur. Tədris keyfiyyətinin daha da artırılması məqsədilə bütün müəllimlər kurikulum və İKT təlim kurslarından keçərək peşəkarlıq səviyyələrini artırmaqdadırlar. Məktəbdə fizika,kimya,biologiya kabinetləri fəaliyyət göstərir . Məktəb əsaslı təmirdən sonra daha , da inkişaf etdi və bu gün hər bir tədris otağı internetlə təmin olunub. Məktəbimizin coğrafiya müəllimi Yolçuyeva Simuzər Oruc qizi "İlin Müəllimi ","İlin kabineti" müsabiqəsinin qalibi, Həydər Əliyev "Döş nişanı" əlaçısı və başqa diplomlarla təltif olunmuşdur. Məktəb 2020/2021-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsinə qoşulmuşdur. 2021/2022 -ci tədris ilində "STEAM" layihəsinə qoşulur. 2020/2021 ci tədris ilində 2 nəfər şagirdimiz 600- dən yuxarı (686 və 614)bal toplamışdır. Məzun olan 22 şagirddən 15 i tələbə adına qazanmışdır.
50 nömrəli məktəb 1936-ci ildən fəaliyyət göstərir. 2012-ci ildən məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin sərəncamı əsasında əsaslı təmir olunub şagirdlərin və pedaqoji kollektivin ixtiyarına verilmişdir. Təlim-tərbiyənin keyfiyyətinin müəllim və şagirdlərin məsuliyyətinin artırılması nəticəsində son illər məktəb bir sira uğurlar qazanmışdır. İstedadlı şagirdlərin aşkara çıxarılması və onlarla aparılan işlərin nəticəsində məktəbin şagirdləri ”Bilik yarışı”nın rayon, şəhər və respublika turlarında uğurlar əldə etmişlər.
51 nömrəli tam orta məktəb 02.11.1898-ci ildən fəaliyyətə başlamışdır.
1905-1907-ci illərdə dahi bəstəkarımız Üzeyir Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra burada müəllim işləmiş, rus dili, riyaziyyat, musiqi və təbiət fənlərindən dərs demişdir.
2007-ci ildə "Dövlət Proqramı" xətti ilə məktəb üçün 880 yerlik korpus tikilərək istifadəyə verilmişdir.
Məktəbin informatika, fizika, kimya və biologiya kabinetləri, laboratoriyalar lazımi avadanlıq və tədris vəsaitləri ilə təmin olunmuşdur.
Müəllimlərin əməyi ilə ana dili, riyaziyyat, tarix, coğrafiya, rus dili, ingilis dili, əmək kabinetləri təşkil edilmişdir.
2010-2011-ci tədris ilinin yekunlarına görə məktəbimiz Cənab Prezident İlham Əliyevin fərmanı ilə “İlin Ən Yaxşı Məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Məktəbdə Heydər Əliyev adına lektoriya və kitabxana, oxu zalı, 2 akt zalı, idman zalı və açıq stadion şagirdlərin istifadəsindədir.
Hazırda məktəbdə 1491 şagirddən ibarət 5 məktəbə qədər hazırlıq, 2 fərdi və 60 sinif komplekti təşkil edilmişdir.