0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 saylı tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib.

Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.

Məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı 34 sinif otağı, emalatxana, hərbi otaq, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Məktəbin 4 giriş qapısı, 92 daxili taxta qapısı dəyişdirilmiş, pilləkənlər və pilləkən qəfəsləri bütünlüklə bərpa olunaraq əsaslı təmir edilmiş, 146 ədəd pəncərələr yenisi ilə əvəzlənmişdir. Mövcüd olan 4 sanitar qovşaqları əsaslı təmir edilmiş, 1 sanitar qovşağı yenidən tikilmişdir. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.

Haqqında

9 nömrəli məktəb 1965 -ci ildən fəaliyyətə başlayıb. Məktəb 1994-cü ildən etibarən Namiq Məmmədovun adını daşıyır. Namiq Məmmədov

1992-ci il yanvarın 31-dən fevralın 1-nə keçən gecə Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda qüvvələrin qeyri-bərabər olduğu döyüşdə qəhrəmancasına həlak olub.Şəhidlər Xiyabanında dəfn edilib. Namiq Məmmədov evli idi. Bir qız övladı var.

Məktəb üç mərtəbəli iki korpusdan ibarətdir. Məktəbdə həm Azərbaycan, həm də rus bölməsi var. Məktəbin məqsədi hər bir şagirdi yüksək keyfiyyətli təhsillə təmin etməkdir. Hal-hazırda məktəb üzrə 42 sinifdə 1023 şagird təhsil alır. Məktəbdə 72 müəllim, şagirdin təhsil və tərbiyəsi ilə məşğul olur. Məktəb 5 günlük iş rejimi ilə bir növbədə fəaliyyət göstərir. 2014-cü ildə məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Məktəbdə zəngin maddi-texniki baza ilə təchiz olunmuş biologiya, fizika, informatika kabinetləri fəaliyyət göstərir. Məktəbdə sinifdən xaric işlərə geniş yer verilir. Öz istedadı və bacarığı ilə seçilən uşaqlar müxtəlif dərnəklərə cəlb edilirlər. Məktəbin bir çox şagirdləri yüksək göstəricilərlə ali məktəblərə qəbul olunmuşlar. Yeni kurikulumların öyrənilməsi və yeniliklərin müəllimlərə çatdırılması istiqamətində mütəmadi olaraq elmi metodiki yeniliklərlə, qabaqcıl təcrübələrlə müəllimləri tanış etmək məqsədi ilə hər ayın sonunda fənn birləşmə iclasları keçirilir. 2016-cı ildə yaradılmış " Kiçik Akademiya '' AMEA-nın '' Gənc Alim və Mütəxəssislər Şurası '' nın dəstəyi ilə şagirdlərin potensial istedadının aşkara çıxarılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlər nəticəsində bir sıra uğurlara imza atmışdır.

Haqqında

Bakı şəhəri Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəb 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi 5745.00 kv.m-dir. 43 sinif otağı ilə yanaşı ədəbiyyat, biologiya, kimya, fizika, komputer, GÇH fənn kabinetləri də vardır. Məktəbdə idman zalı, akt zalı, böyük kitabxana və bufet şagirdlərin ixtiyarına verilib. Məktəbin həyətyanı sahəsində böyük idman meydançası var. Məktəb fəaliyyətə başladığı gündən 876 nəfər şagird üçün nəzərdə tutulub. Hazırda məktəbdə 1318 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 95 nəfər müəllim məşğul olur. Təhsil sahəsindəki fəaliyyətlərinə görə “Tərəqqi medalı”, ”Ən yaxsi müəllim” fəxri adlarına layiq görülən müəllimlər var. Pedaqoji kollektivin valideynlərlə müntəzəm şəkildə birgə işi nəticəsində məktəbdə yüksək nizam-intizam yaradılmışdır. Məktəbdə bütün tarixi günlərin təntənəli şəkildə qeyd edilməsi artıq məktəbin ənənəsinə çevrilmişdir. Şagirdlər dəfələrlə fənn olimpiadalarının qalibi olmuş, idman yarışlarında sambo üzrə Bakı və Azərbaycan çempionu, yeniyetmələr arasında cüdo üzrə Azərərbaycan çempionu, inşa müsabiqələrində həm şəhər, həm də respublika üzrə önəmli yerlər tutmuşlar. Təsadüfi deyil ki, qəbul imtahanlarında ilk 700 bal toplayan abituriyentlərdən biri də məhz bizim məktəbin şagirdi olmuşdur.

Haqqında

Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə tikilib. Ulu öndər iki dəfə məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və öz tövsiyələrini verib.

Məktəb Prezident İlham Əliyevin sərancamı ilə əsaslı təmir olunub. 13.09.2014-cü il tarixində dövlət başçımızın iştirakı ilə məktəbin yenidənqurmadan sonra açılışı olub.

2016-2017-ci tədris ilində ibtidai siniflər üçün üçmərtəbəli 18 sinif otağından ibarət yeni korpus tikilib. Prezident İlham Əliyev həmin korpusun da açılışında iştirak edib.
Məktəb 5 günlük iş rejimində 1 növbədə fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində məktəbdə təhsil alan 1536 nəfər şagirdin təlim-tərbiyəsi ilə 116 nəfər müəllim məşğul olur..

Təhsil ocağında 56 sinif otağı, müasir tələblərə cavab verən fənn laboratoriyaları, fənn kabinetləri, linqafon kabineti, informatika kabinetləri, akt zalı, konfrans zalı, idman zalı, bufet, idman meydançası, tibb kabineti, arxiv otağı, inzibati heyət otaqları və hərbi kabinet mövcuddur. Məktəb lazımi avadanlıqlarla və kompüterlərlə təmin olunub.

Hər il məktəbin şagirdləri müxtəlif müsabiqələr, fənn olimpiadaları, intellektual yarışlar, hərbi-idman və idman yarışlarında iştirak edərək müxtəlif nailiyyətlər əldə edirlər.

2021-2022-ci tədris ilində məktəbin XI sinfini 79 məzun bitirib. Onlardan 41 nəfəri müxtəlif ali təhsil ocaqlarına qəbul olunub. İki məzun 600 baldan, 5 məzun isə 500 baldan yuxarı nəticə göstərib.

Məktəbdə "Məktəblinin dostu" layihəsi tətbiq olunmaqdadır. Ötən tədris ilindən etibarən VI siniflərdə STEAM dərsləri keçirilir. Həmçinin məktəb I-IX siniflərdə intensiv rus dilinin tədrisi ilə əlaqədar Bakı şəhəri üzrə pilot məktəb olaraq seçilib.

12 nömrəli tam orta məktəb iki dəfə "Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi"nin qalibi olub.

Haqqında

Müstəqil Azərbaycanın gələcək taleyi bu günün məktəbindən, təhsilindən asılıdır. Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndərimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Təhsil millətin gələcəyidir”! Təhsili olmayan millət həyatda heç bir uğura imza ata bilməz. Möhtərəm prezident İlham Əliyev cənabları təhsilimizə həmişə böyük diqqət və qayğı göstərərək öz çıxışlarında bildirir ki, “Gənc nəslimiz bilikli, savadlı olmalı, vətənpərvərlik ruhunda tərbiyə edilməlidir” “Yeniləşən Azərbaycana Yeni məktəblər” proqramının müəllifi, Azərbaycanın 1-ci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizə göstərdiyi diqqət və qayğı əvəzsiz və misilsizdir. Bu qədər diqqət və qayğının nəticəsidir ki, gündən-günə inkişaf edib, gözəlləşən məktəblərimiz çoxdur və bunların arasında 13№-li tam orta məktəbin öz yeri var. Məktəb 1965-ci ildən Bakı şəhərinin Yasamal rayonunda fəaliyyət göstərir. Məktəbin güclü pedaqoji kadr potensialı var. Hal-hazırda məktəbimizin direktoru Respublikanın Əməkdar müəllimi, “Qızıl qələm” mükafatı laureatıdır. 2019-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi " yubiley medalı ilə təltif olunmuşdur. Məktəbdə 1340 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Hal-hazırda məktəb rus dili fənni üzrə pilot məktəbi kimi fəaliyyət göstərir. Həmçinin Rəqəmsal bacarıqlar layihəsi 3,4,5,6,7,8,9-cu siniflərdə və STEAM layihəsi isə 6,7 və 8-ci siniflərdə tətbiq olunur. DİM tərəfində keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 2019-cu ildə məktəbi bitirən məzunların 80%-dən çoxu yüksək ballarla müxtəlif ali məktəblərə qəbul olmuşdur. 8 nəfər 500-dən yuxarı, 2 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Məktəbin tarixində bir ilk olaraq 11a sinfini bitirən 22 nəfər məzun 100% nəticə ilə tələbə adını qazanmışdır. Belə ki, bu il 600-dən yuxarı bal toplayan 2 nəfər məzunun hər ikisi də 11a sinfinin məzunudur. Məhərrəmova Zeynəb 634 bal ,Salmanov Tural isə 628 bal toplamışdır. 2018-ci il məzunlarından 2 nəfər 600-dən yuksək bal toplamışdır. Əliyeva Sevinc 678 bal, Ramazanova Məryəm isə 607 bal toplamışdır.2017- ci ildə qəbul imtahanlarında cari ildə XI sinfi bitirən şagirdlərimiz Orucov Şahin Çingiz oğlu 673 bal, Aysu Anar qızı isə 645 bal toplayaraq ali məktəbə qəbul olmuşdur.2016- cı ildə XI sinfi bitirən şagirdimiz Abdullayeva Fidan Hikmət qızı qəbul imtahanlarında topladığı 682 balla yüksək nəticə güstərərək Prezident təqaüdünə layiq görülmüşdur.Həmin ildə XI sinfi bitirən məzunlarımız Məmmədova Nərmin 622 bal, Hüseynova Gülnarə isə 600 bal toplayaraq tələbə adını qazanmışdır. 2015-ci ildə XI sinifi bitirən şagirdimiz Qafarlı Elnarə isə fənn olimpiadalarının respublika turunda III yerə çıxaraq Bürünc medalla təltif olunmuşdur. .Məktəbin fiziki tərbiyə sahəsində çox böyük uğurları var. Rayon və şəhər turunda keçirilən spartakiada və yarışlarda məktəbin doğma komandaları qalib gələrək hər zaman I-III yerləri tutmuş, fəxri fərman və diplomlarla təltif olunmuşlar. 2015-ci ildə 50 illiyini qeyd edən bu məktəbin yüzlərlə məzunu ali təhsil alıb respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz tövhəsini vermiş və verməkdədir. Bu gün məktəbin onlarla məzunu müstəqil respublikamızın ali təhsil ocaqlarında, elmi müəssisələrində, icra orqanlarında, sosial sferada ləyaqətlə çalışır. Məktəbi bitirən idmançılarımız doğma məktəblərinin adını uca tuturlar.1982-ci ildə məktəbə şərq klassik ədəbiyyatını mükəmməl mənimsəmiş, görkəmli pedaqoq Şəfiqə Əfəndizadənin adı verilmişdir. Heydər Əliyev fondunun prezidenti, millət vəkili, respublikanın 1-ci xanımı, təhsilimizin hamisi Mehriban Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə məktəb yenidən qurulmuş, əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təmin edilmişdir. Bu gün 13 №li tam orta məktəb XXI əsrin tələblərinə cavab verən,müasir təhsil ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.

Haqqında

Bakı şəhəri Nəsimi rayonu 14 №-li tam orta məktəb 1969-cu ildən fəaliyyətə başlmışdır. Təlim dili ilk əvvəl rus, 1990-cı ildən isə Azərbaycan və rus dili olmuşdur. Məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur. Fənn kabinetlərinin maddi-texniki bazası yenilənmişdir. Məktəbin binası 615 nəfərlik şagird üçün nəzərdə tutulsa da, hal-hazırda 1689 nəfər şagird təhsil alır. Məktəb iki növbəlidir. Məktəb ixtisasına uyğun fənn müəllimləri ilə 100% təmin olunmuşdur. Hal-hazırda məktəbimizdə 102 nəfər müəllim fəaliyyət göstərir.