E.Qaranzadə adına 270 nömrəli tam orta məktəb 1984-cü ildən fəaliyyət göstərir. Faktiki şagird tutumu 1346 nəfərdir.Hal-hazırda məktəbdə 1837 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Siniflərdə şagirdlərin orta sıxlığı 25 nəfərdir. Şagird-müəllim nisbəti 17-dır.Məktəb binasının sahəsi 4521 kv.m-dir. Məktəbin sahəsi 288 kv.m olan bir idman zalı və 192,07 kv.m olan bir bufeti var. Sinif otaqlarının sahəsi 2450 kv.m-dir.Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir olunub, 19 sinif otağından ibarət 400 yerlik əlavə korpus tikilmişdir. Məktəbdə bütün əlamətdar günlər yüksək səviyyəli tədbirlərlə keçirilir. Bu tədbirlər məktəbin 158,8 kv.m-lik 180 nəfərlik Akt zalında qeyd edilir.Şagirdlərin yüksək şəraitdə təhsil almaları üçün 1 kitabxana,1 oxu zalı,6 kompyüter zalı, 1 ingilis,1 rus dili linqafon otaqları, biologiya, kimya, fizika lobaratoriyaları və 1 oxu zalı, zəngin kitabxanası vardır. Müəllim və şagirdlərimiz məktəbin və rayonun ictimai işlərində fəal iştirak edirlər. 03.05.2017-ci il tarixində "Gülüstan" sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" Respublika müsabiqəsinin qalibi şagirdimiz - 9 "D" sinif şagirdi Hüseynzadə Nigar Natiq qızı olmuşdur. Müəllimlər dərslərini günün tələbləri səviyyəsində qururlar. Məktəbin coğrafiya müəllimi İsmayılova Güllü əməkdar müəllimdir. Məktəb hər il adını daşıdığı şəhid Elçin Qaranzadənin ad gününü qeyd edir, onun ailəsi ilə sıx əlaqə saxlayır. 2016-2017-ci tədris ilində 9 şagird 500-dən yuxarı, onların 3-ü isə 600-dən yüksək bal toplayıblar. Bir şagirdimiz İsmayılova Səidə Faiq qızı 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür. Bir şagirdimiz də Rəsulzadə Kənan Rəsul oğlu Respublika üzrə fənn olimpiadasında Coğrafiya fənni üzrə I yerə layiq görülmüş və 675 balla ali məktəbə qəbul olub. 2015- ci ildə məktəbin 30 illiyi,şəhid E.Qaranzadənin isə anadan olmasının 40 illik yubileyləri qeyd edilib.2017-2018-ci tədris ilində Hüseynli Aynur Eldar qızı məktəbi qızıl medalla qurtarıb.
271№li tam orta məktəb 1985-ci ildə,1080 yerli məktəb kimi istifadəyə verilmişdir.Həmin vaxt məktəbdə yalnız rus bölməsi fəaliyyət göstərirdi.Sonralar şagirdlərin sıxlığını nəzərə alaraq 2008-ci ildə 720 nəfərlik əlavə korpus inşa edildi.Əsas binanın vəziyyəti müasir tələblərə cavab vermədiyinə görə,2012-ci ildə məktəb əsaslı təmir olundu.Hal-hazırda məktəbdə həm Azərbaycan,həm də rus bölməsi fəaliyyət göstərir.Məktəbdə beş nəfər rəhbər işçi,hər iki bölmə üzrə 169 nəfər müəllim,25 nəfər texniki işçi çalışır.76 sinifdə ümumi şagirdlərin sayı 1744 nəfərdir.Son on ildə hər il bir nəfər,2013-cü ildə isə üç nəfər şagird "Bilik yarışı" üzrə Respublika olimpiadasının qalibi olmuşdur.Bu illər ərzində qəbul imtahanlarında 600-700 bal toplayaraq Respublikamızın qabaqcıl ali məktəblərinə qəbul olan məzunlarımız var.
Bakı Şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ildə fəaliyyətə başlayıb. Məktəb birnövbəli və beşgünlük iş həftəsi ilə işləyir. 2008-ci ildə I-IV siniflər üçün əlavə üçmərtəbəli tədris korpusu istifadəyə verilmişdir. Bu korpusda 656 şagird və 195 nəfər beşyaşlı uşaqlar üçün hazırlıq qrupları fəaliyyət göstərir. Bu korpusda 35 sinif otağı var. 2014-cü ildə məktəbin əsas korpusu dövlət proqramı əsasında tam əsaslı təmir olundu və yüksək səviyyədə məktəb kollektivinin ixtiyarına verildi. Əsas korpusda V-XI sinif şagirdləri təhsil alırlar. 871 şagird 42 sinifdə komplektləşdirilmişdir. Təmirdən sonra məktəbdə müasir avadanlıqlarla təmin olunmuş kimya, fizika, biologiya laboratoriyaları, hərbi, musiqi, 4 komputer otaqları, akt zalı, lazımi avadanlıqlarla təchiz olunmuş idman zalı, kitabxana, oxu zalı, yeməkxana, tibb məntəqəsi şagirdlərin ixtiyarına verilmişdir. 16 otaqda elektron lövhələr quraşdırılmışdır. İki ədəd MİMİO proqramları üçün aparatlar, beş ədəd Promethean Aktivİnspare ağıllı lövhə də vardır. Məktəbin həyətyanı sahəsində yerləşən böyük idman meydançası da şagirdlərin ixtiyarındadır. 1722 şagirdin təlim-tərbiyəsi ilə ümumilikdə 214 nəfər müəllim çalışır. Məktəb Rus dili intensiv keçilən məktəb kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəb 2010-2011-ci tədris ilində "İlin ən yaxşı məktəbi" müsabiqəsində iştirak etmiş və "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbin riyaziyyat müəllimi Hacıyeva Almaz Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi "Döş Nişanı" ilə təltif olunmuşdur. Müxtəlif illərdə "İlin ən yaxşı müəllimi" adını almış müəllimlər də var. İdman sahəsində istər ölkəmizdə, istərsə də Respublikanın hüdudlarından kənarda şagirdlər yüksək nailiyyələr əldə etmişlər. Məktəbdə bütün tarixi günlərin təntənəli şəkildə qeyd olunması artıq ənənəvi şəkil almışdır. Digər tədbirlər də yüksək səviyyədə keçirilir. Məktəb fəaliyyətdə olduğu müddət ərzində bir çox uğurlar qazanmışdır. Məktəb fəaliyyət göstərdiyi illər ərzində 6 nəfər qızıl medala, 11 nəfər isə gümüş medala layiq görülmüşdür. Şagirdlərin içərisində xarici ölkələrdə təhsil alan, 600-700 arası bal toplayan və Prezident təqaüdünə layiq görülənlər də vardır. Son 2 ildə məktəbdə 64% abituriyent tələbə adına layiq görülmüşdür.
Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşir.Məktəb 1985-ci ildə istifadəyə verilib. Layihə tutumu 1176 yerlikdir.Hal- hazırda məktəbdə 1440 şagird təhsil alır.Şagirdlərin təlim-tərbiyəsi ilə 109 müəllim və inzibati heyət məşğul olur.Məktəb 2013-cü ildə əsaslı təmir edilmiş,müasir avadanlıqlarla təmin edilmişdir.
1985-ci ildə əhalinin təlabatı nəzərə alınaraq Müşfiqabad qəsəbəsində 4 mərtəbədən ibarət 1176 yerlik məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. 2007-ci ildə şagird sıxlığı nəzərə alınaraq dövlət proqramına salınmaqla Təhsil Nazirliyinin xətti ilə 20 sinif otağından ibarət 400 yerlik köməkçi-yardımçı bina inşa edilmişdir. Hal-hazırda 180 müəllim heyəti fəaliyyət göstərir və 3207 şagird 126 sinifdə komplektləşdirilmişdir. Müəllim-şagird sıxlığı 1:17,08 nisbətindədir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Bütün fənnlər üzrə fənn kabinetləri müasir avadanlıqlarla təmin olunmuşdur. 6 informatika kabineti, kimya, fizika və biologiya laboratoriyaları fəaliyyət göstərir. Kitabxana müasir standartlara cavab verməklə bərabər, əlavə oxu zallarından ibarətdir. Bu da şagirdlərə mütaliə üçün geniş imkanlar yaradır. İdman zalında bütün idman növləri üzrə şərait yaradılmışdır. Əmək təlimi müəllimlərinin səyi nəticəsində şagirdlərin əl işləri rayon çərçivəsində keçirilən tədbirlərdə dəfələrlə rəğbətləndirilmişdir. Nəticə etibarilə 2015-2016-cı tədris ilinin yekunu üçün ''İlin məktəbi" adına layiq görülmüşdür. Təhsilin məzmun və keyfiyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq açıq dərslər, "dəyirmi masa"lar və görüşlər təşkil edilir. Biliklərinin möhkəmləndirilməsi üçün müəllimlər kurslara cəlb edilir. Təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəllim məsuliyyətinin artırılması istiqamətində müntəzəm olaraq işlər aparılır. Əlamətdar günlər istər məktəb, istər rayon səviyyəsində yüksək qeyd edilir. Şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə əsgərlərlə mütəmadi görüşlər keçirilir.
Ə.A.Eyvazov adına 275 №-li məktəb 1986-cı ildə yaranmışdır. Məktəb birtiplidir. Tam orta ümumtəhsil məktəbidir. Otaqlarının ümumi sayı 61-dir, bunlardan 41-i sinif otağı, digərləri tədris emalatxanası,idman zalı, idman meydançası, kitabxana, akt zalı, tibb otağı, yeməkxanadır. Təhsil alanların sayı 1464, təhsil verənlərin sayı 203 nəfərdir. 3 nəfər fəxri ada layiq görülmüş müəllim işləyir. 2007/2008 – ci və 2012/2013-cü tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbimizin müəllimləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin, BŞTİ-nin müxtəlif nominasiyalar üzrə keçirdiyi müsabiqələrdə fəal iştirak etmiş və nəticədə məktəbin 40-a yaxın müəllimi I, II, III, dərəcəli diplomlara layiq görülmüş, iki dəfə isə məktəb «Yaradıcı fəaliyyəti ilə fərqlənən təlim-tərbiyə müəssəsi» müsabiqəsində I və II dərəcəli diploma layiq görülmüşdür. Məktəbin məzunlarının qəbul olma faizi orta respublika göstəricisindən çox yüksəkdir.