277 nömrəli idman təmayüllü tam orta məktəb Nizami rayonu Məhsəti 133 ünvanında yerləşir. 1986-cı ildən idman təmayüllü məktəb kimi fəaliyyət göstərir. Məktəbdə azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məktəbimizdə ibtidai sinfə qəbul yoxdur. Ona görə təhsil iki: - əsas (v – ıx),(x – xı) pillədən ibarətdir. Dərslər həftədə beş gündür. Təlim və tərbiyə işi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiqlənən ümumtəhsil məktəbləri üçün nümunəvi olan plan və proqramlar əsasında,eləcədə pedaqoji şurada və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təsdiqlənmiş saat cədvəlində qismən dəyişikliklər aparmaqla həyata keçirilir. Belə ki,dərslər saat 10:00-da başlayır. Məşqlər bir də dərsdən sonra keçirilir. Son illər ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin təhsil sistemində başladığı islahatlar nəticəsində ölkədə yeni məktəblərin inşası, məktəblərin yeni avadanlıqlarla təchiz edilməsi sahəsində xeyli iş görülmüş, sonrakı illərdə bu istiqamətdə əsaslı uğurlar qazanılmışdır. Prezident İlham Əliyev bu sahədə islahatların sürətlə həyata keçirilməsini təmin etmiş, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlamışdır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, köhnə məktəblər əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. O cümlədən 277 nömrəli idman təmayüllü tam orta məktəb 2011-ci ildə əsaslı təmir olunub müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə 36 müəllim fəaliyyət göstərir və 372 nəfər şagird təhsil alır. Məktəbin digər məktəblərdən fərqi, məhz idman təmayüllü olmasıdır. Məktəbdə idmanın müxtəlif növü ilə məşğul olan şagirdlərin maraq,qabiliyyət və istedadlarının inkişaf etdirilməsi üçün lazımı şərait və imkan yaradılmışdır. Məktəblilər arasında Dünya,Avropa və Azərbaycan çempionlarımız çoxdur. Ölkəmizin adını, bayrağımızı, himnimizi hər zaman yüksəklərə qaldırırlar. Çempionlarımızın 60 faizi imtahansız Azərbaycan Dövlət İdman Akademiyasına qəbul olunurlar. Lakin, başqa institutlara, universitetlərə qəbul olan şagirdlərimiz də çoxluq təşkil edir. prezident təqaüdünə layiq görülmüş məzunlarımız var. Bizim məqsədimiz savadlı şagirdlər, idmançılar yetişdirmək və onların hər birini vətən üçün, ölkəmiz üçün xeyirli şəxsiyyət kimi formalaşdırmaqdır.
Bakı şəhəri Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəb 1987 - ci ildən fəaliyyətə başlayıb. Məktəb 2008-ci ildə cari təmir olunub. Məktəbdə 1 907 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 136 müəllim məşğul olur. 278 nömrəli tam orta məktəb beynəlmiləl məktəbdir, burada Azərbaycan və rus bölməsi fəaliyyət göstərir. 2008-ci ildən 1-ci siniflərdə iki xarici dil: ingilis və rus dili tədris olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012- ci ildə "İlin Ən Yaxşı Məktəbi" adına layiq görülüb. Məktəbdə 4 informatika kabineti fəaliyyət göstərir. Müasir avadanlıq və cihazlarla təmin olunmuş fizika, kimya kabinetləri şagirdlərin ixtiyarına verilmişdir. Kitabxananın kitab fondu 7 219 bədii ədəbiyyat və 21 764 dərslik olmaqla cəmi 28 983 kitab təşkil edir. Şagirdlərimiz fənn olimpiadalarında iştirak edərək rayon və respublika səviyyəsində I, II və III yerlərə layiq görülmüşdür. 2015-2016-cı tədris ilində məktəbin 108 məzunundan 101 nəfər ali məktəblərə sənəd verib, onlardan 68 nəfəri qəbul olunub, 8 nəfəri isə 600-dən yuxarı bal toplayıb. 2016-2017ci tədris ilində məktəbin 86 məzunundan 62 nəfər ali məktəbə qəbul olunub, 7 nəfər 600-dən yuxarı bal toplayıb, 1 nəfər isə Əhmədova Pərvin Mətləb qızı 700 bal toplayaraq ADA Universitenin tələbəsidir. 2017-2018-ci tədris ilində 100 məzundan 87 nəfər ali məktəbə sənəd verib, onlardan 67 nəfər qəbul olunub, 6 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
2020-2021-ci tədris ilində məktəbin 86 nəfər məzunundan 63 nəfəri ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuşdur. Onlardan 4 nəfər şagird 600 -dan yuxarı bal toplamışdır.
Tam orta təhsil səviyyəsi üzrə məktəbi 4 nəfər məzun fərqlənmə attestatı ilə bitirmişdir. 2021-2022-ci tədris ilində məktəbi 112 nəfər şagird bitirmişdir. Onlardan 75 nəfəri ölkənin müxtəlif ali təhsil müəssisələrinə daxil olmuşdur. Məzunlardan 4 nəfəri 600-dan yuxarı bal toplamışdır. Orta təhsil səviyyəsi üzrə isə 2 nəfər şagird fərqlənmə attestatı almışdır. Bundan başqa müxtəlif olimpiada və müsabiqələrdə məktəbin şagirdləri uğurlar qazanmışdır.
Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagird tutumu 1170 yerlikdir. Məktəb ikinövbəlidir. Məktəbin həyətyanı sahəsində yaradılmış "Çiçək bağı"nda iyun, iyul və sentyabr ayları ərzində şagirdlərin açıq havada dərs keçmələri üçün xüsusi şərait yaradılmışdır.
Məktəb 2011- ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib olmuşdur.
2020-2021-ci tədris ili üzrə reytinq cədvəlində ölkə məktəbləri arasında 174-cü, Bakı şəhəri məktəbləri arasında 53-cü, rayon məktəbləri arasında isə 3-cü yerə layiq görülmüşdür. 2020-2021-ci tədris ilində şagirdlərdən 12 nəfər fərqlənmə attestatı - qırmızı attestat almışdır.
Məktəb 2021-2022-ci tədris ili üzrə reytinq cədvəlində Bakı şəhəri məktəbləri arasında 54-cü, Suraxanı rayon məktəbləri arasında 2-ci yerə layiq görülmüşdür. 9 nəfər fərqlənmə attestatı - qırmızı attestat almışdır.
Hazırda məktəbdə 1480 şagird təhsil alır. Həmin şagirdlərin təlim - tərbiyəsi ilə 100 nəfər müəllim məşğul olur. Məktəbdə "Sağlam Təhsil", "Rəqəmsal bacarıqlar" layihələri tətbiq olunur. Qeyd edək ki, məktəb həm də fiziki sağlamlığı məhdud olan şagirdlərin ev təhsilinə cəlb olunması üzrə kurator məktəbdir.
Məktəbdə Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş Azərbaycan igidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülmüşdür. Belə ki, "Şuşa İli"nə həsr olunmuş guşələr, həmçinin "Zəfər güşəsi" yaradılmışdır. Suraxanı rayonunun 61 şəhidinin adı məktəbin akt zalına, idman zalına, kitabxanaya və sinif otaqlarına verilərək onlar haqqında məlumat guşələri yaradılmışdır.
Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəb 1987-ci ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi -200000 kvm, şagird tutumu 1416 nəfər yerlikdir.2008 -ci ildə ibtidai korpus tikilib və 2012-ci ildə isə boyük korpus təmir olunub.2021-2022-ci tədris ilində 2671 nəfər şagird 97\6 və 6 fərdi sinifdə komplektləşdirilmişdir,onların təlim tərbiyəsi ilə 138nəfər müəllim məşğul olur. Məktəb 2 növbədə fəaliyyət göstərir.Məktəbin binası mərkəzləşdirilmiş istilik sistemi ilə təhciz olunmuşdur. 2021-2022-ci tədris ilində məktəbin XI sinfini 93 nəfər bitirmişdir.Onlardan 75 nəfər ali məktəbə sənəd vermiş, 68 nəfər tələbə adını qazanmışdır.12 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdu. Bu il isə 265 nəfər birinci sinfə qəbul olunmuşdu.Məktəbəhazırlıq qrupuna isə 131 uşaq qəbul olunmuşdur. Məktəbimizdə 2016-cı il tarixdən Gələcəyin alimləri layihəsi Kiçik Akademiya adı altında fəaliyyət göstərir. Gələcək alimlərimizin təqdim etdikləri işlər tibb,hərbi,ikt, ekologiya,məntiqi riyaziyyat elimlərini əhatə edir. Məktəbimizdə 3-4 yaşlı uşaqların "İcma əsaslı məktəbəqədər təhsil proqramı" layihəsi fəaliyyət göstərir.
V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət göstərir. Şagird tutumu 1776 nəfərdir. Hal-hazırda məktəbdə 3227 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 161 müəllim məşğul olur. Siniflərdə şagirdlərin orta sıxlığı 28 nəfərdir. Şagird-müəllim nisbəti 1:22,81-dir. Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir olunub, 30 sinif otağından ibarət 600 yerlik əlavə korpus tikilmişdir. Məktəbdə bütün tarixi günlərlə bağlı yüksək səviyyəli tədbirlər keçirilir. Müəllim və şagirdlərimiz məktəbin və rayonun ictimai işlərində fəal iştirak edirlər. Müəllimlər dərslərini günün tələbləri səviyyəsində qururlar. Şagirdlər dəfələrlə “Şahin”, “Cəsurlar”, hərbi-idman oyunlarının qalibi olmuşlar. Məktəbin foyesində Milli Qəhrəmanlara,Ramil Səfərova (Ramil Səfərov 2016-ci ildə məktəbdə keçirilən tədbirdə şəxsən iştirak etmişdir) aid guşələr və "Azərbaycançılıq" ideologiyasının təbliği ilə, "Qızıl nişan" alanlarla bağlı "Şərəf lövhəsi" vardır. Məktəb hər il adını daşıdığı şəhid Vaqif Mirzəliyevin ad gününü qeyd edir, onun ailəsi ilə sıx əlaqə saxlayır. Məktəbin fəaliyyəti dövründə məzunlar Ələkbərov Rəşad Akif oğlu və Babayev Azad Əbdül oğlu Prezident təqaüdünə layiq görülmüşlər. Keçən tədris ilində məktəbin XI sinif şagirdi Ömər Camalov fənn olimpiadalarının Respublika turunda riyaziyyat fənnindən III yerə layiq görülmüşdür. 2020-2021-ci tədris ilində 19 nəfər şagirdi "Fərqlənmə attestatı"na layiq görülmüşdür.
Bakı şəhəri N.A.Əliyev adına 282 №li tam orta məktəb Suraxanı rayonu ərazisində yerləşir.Məktəb 1988-ci ildən fəaliyyət göstərir. 1995-ci ildə məktəbə Azərbaycan Respublikasının Milli qəhrəmanı Nadir Alış oğlu Əliyevin adı verilmişdir. Məktəb binası 987 yerlikdir.Məktəbimiz 2014 - cü ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmişdir. Hal - hazırda məktəbdə 56 sinifdə 1420 şagird təhsil alır.Onlardan Azərbaycan bölməsi üzrə 42 sinifdə 883 şagird, rus bölməsi üzrə 11 sinifdə 196 şagird təhsil alır. Bu il məktəbdə 5 birinci sinif açılmış , həmin siniflərə 142 şagird qəbul edilmişdir. XI siniflərdə isə 76 şagird təhsil alır. Məktəb 2 növbəlidir. Dərslər Azərbaycan və rus dilində keçirilir. Məktəb bütün ixtisas müəllimləri ilə tam təmin olunub.Məktəbdə 134 nəfər müəllim çalışır.Onlardan 106 nəfəri Azərbaycan , 28 nəfəri isə rus bölməsində çalışır. 15 nəfər müəllim həm rus, həm də Azərbaycan bölməsində işləyir. Müəllimlərdən 122 nəfəri ali ,12 nəfəri isə orta ixtisas təhsillidir. Məktəbimiz ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə ön sıralarda gedir. 2021/2022-ci tədris ilində məktəbimizi 51 nəfər bitirmiş və onlardan 36 nəfəri müxtəlif ali təhsil ocaqlarına qəbul edilmişdir. Qazandığımız nailiyyətlərə görə məktəbimiz Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011- ci il tarixli 1581 №li Sərəncamı ilə “ 2010/2011-ci tədris ilində keçirilmiş “ 50 ən yaxşı ümumtəhsil məktəbi “ müsabiqəsinin qalibi olmuşdur. Məktəbin pedaqoji kollektivi öz işində təhsil alanların meyl,maraq və potensial imkanları,fərdi xüsusiyyətləri nəzərə alınmaqla , onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini,yaradıcı,milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşdırılmasını , müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməyi əsas tutur. Məktəb öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, “ Təhsil Qanunu və digər qanunvericilik aktlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmr və sərəncamları , təlimat məktubları əsasında qurmuşdur.Məktəbdə tədris prosesinin təkmilləşdirilməsi,təhsilin keyfiyyətinin yaxşılaşdırılması , müasir təlim metodları və pedaqoji texnologiyaların , “ Kurrikulum islahatı “ nın tətbiqi , peşəkarlıq səviyyəsinin artırılması,onlarda yeni pedaqoji təfəkkürün formalaşması istiqamətində bir sıra əməli , təşkilati tədbirlər həyata keçirilmişdir. Təhsilə yaradıcı münasibət və yeni düşüncə nəticəsində məktəbimizin müəllim və şagirdlərində elmə , təhsilə maraq xeyli artmış, müəllimlərin elmi pedaqoji ustalığı yüksəlmiş ,şagirdlərin dərsə davamiyyəti yaxşılaşmış , təlim göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Məktəbimizin pedaqoji kollektivi Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində fəal iştirak edir.