0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri, Sabunçu rayonu 255 nömrəli tam orta məktəbin binası 1892-ci ildə tikilib,1896-cı ildə istifadəyə verilmişdir. Məktəb istifadəyə verilərkən 400 şagird üçün nəzərdə tutulmuş,14 sinifdən ibarət olmuşdur. 2004-cü ildə əsas binaya əlavə olaraq 120 şagird üçün nəzərdə tutulmuş, 6 sinifdən ibarət yardımçı bina tikilmişdir. 2011-ci ildə isə köhnə bina tamamilə sökülərək yerində, 3 mərtəbəli, 42 sinifdən ibarət yeni bina tikilərək istifadəyə verilmişdir. Məktəb hal-hazırda 2 növbəli rejimdə 5 gün işləyir. Məktəbdə 1468 şagird təhsil alır.Məktəb direktor Məmmədova Mətanət Məmmədsadıq qızının səmərəli fəaliyyəti nəticəsində bir çox uğurlara imza atmışdır. 2016-cı tədris ilində Ali məktəbə qəbulun nəticələrinə görə məktəb rayon üzrə ilk beşliyə düşən məktəblər sırasında olmuşdur. “35 məktəb" layihəsi çərçivəsində IX siniflərin uğurlu nəticələr qazanmasına nail olmaq sahəsində məktəb ən yüksək nəticə göstərərək böyük irəliləyişə nail olmuşdur. "Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası" üzrə məktəbin şagirdi Əhmədov Əziz Emin oğlu bürünc medalla təltif olunmuşdur.

Haqqında

Bakı şəhəri, Xəzər rayonu,Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbin əsası 1973-cü il sentyabrda qoyulub. 2006-cı ilin dekabrında isə Heydər Əliyev fondu tərəfindən tikilən yeni binanın açılışı olub. Məktəbdə 16 sinif otağı, 1 kitabxana, 1 akt zalı, 1 kompüter otağı, idman meydançası var. Məktəb 300 nəfərlikdir. Hazırda məktəbdə 22 sinifdə 504 nəfər şagird təhsil alır.

Haqqında

Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ildən fəaliyyət göstərir.Məktəbimiz iki dəfə “İlin məktəbi” adını almışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən məktəbimiz 2010 və 2015-ci ildə " Ən yaxşı ümumi təhsil müəssisəsi " müsabiqəsinin qalibi olmuşdur

Təhsil Nazirliyi və SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyasının birgə razılığı ilə 2011-ci ildən məktəbdə valideyn himayəsindən məhrum, həm də maddi çətinlikləri olan şagirdlər üçün nəzərdə tutulmuş “Təhsilə dəstək” layihələri tətbiq edilmişdir. Həmin layihələr hazırda məktəbdə uğurla həyata keçirilir.

Məktəb 2013-2014-cü dərs ilində yüksək səviyyədə əsaslı təmir edilmişdir. 2017-ci iluin avqust ayında məktəbimizin yeni tikilən korpusunun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Məktəbdə bütün lazımi avadanlıqlarla təchiz edilmiş fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları, akt və idman zalları var. Məktəbdə 160 nəfər pedaqoji işçi təqribən 2200 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəb hər il olimpiadaların Respublika turunda qalibləri ilə seçilir. 2015-ci , 2016-cı və 2018-ci ildə məktəbimizin məzunları arasında qızıl medala layiq görülənlər olmuşdur.

Hərbi vətənpərvərlik tərbiyəsi işinin düzgün qurulmasının nəticəsidir ki, məktəbin “Cəsurlar” və “Şahinlər” komandaları hərbi idman oyunlarının yekun mərhələsinin qalibi olaraq, altı dəfə Respublika çempionu olmuşdur. Bu uğurlara görə məktəb iki dəfə “Gənclər” mükafatına layiq görülmüşdür. Qazanılmış uğurlara görə məktəb dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin fəxri diplomlarına layiq görülmüşdür.

Şagirdlərimiz müxtəlif rəsm və idman müsabiqələrində qalibiyyətlər əldə edirlər.

Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən məktəbimizin biologiya müəllimi Seyidova İradə Dursun qızı Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Qeyd edək ki, 2016-2017-ci tədris ilində İradə müəllimə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

2017-2018-ci tədris ilində məktəbimizdə SOS Uşaq Kəndi ilə birgə olan layihələrdən biri olan STEM layihəsi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə fəaliyyət göstərmişdir.

10 dekabr 2017- ci il tarixində keçirilən Fənn müsabiqələrinin yekun mərhələsinin nəticələrinə görə müsabiqədə fəallıqla iştirak edən şagirdimizdən ikisi müvəffəq nəticə göstərmişdir: biologiya fənni üzrə 7 A sinif şagirdi Rzayev Rəsul Kamal oğlu 2-ci yerə, informatika fənni üzrə 7 C sinif şagirdi Rəcəbov Ülvi Aydın oğlu isə 1-ci yerə layiq görülmüşlər.

Haqqında

Nərimanov rayonu Arif Vəliyev adına 258 nömrəli tam orta məktəb 1974-cü ildən fəaliyyət göstərir. Məktəb 2011-ci ildə əsaslı təmir olunmuş, 2012-ci ildə 632 nəfərlik əlavə tədris korpusu tikilmişdir. Məktəb birnövbəli, 5 günlük iş rejimi ilə işləyir. Məktəbimiz 2010 və 2015-ci illərdə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 148 nəfər pedoqoji işçi fəaliyyət göstərir. Məktəbimizdə fəaliyyət göstərən müəllimlərdən ikisi "Əməkdar müəllim" adına layiq görülmüş, üç nəfər elmlər namizədi adını almış, üç nəfər isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə eyni zamanda iki nəfər "Tərəqqi" medalı ilə təltif olunmuş müəllim fəaliyyət göstərir. 2016-2017-ci tədris ilində 2107 şagird 72 sinifdə komplektləşdirilmişdir. Məktəbin əsas məqsəd və vəzifələri ibtidai təhsil pilləsindən başlayaraq şagirdlərin keyfiyyətli orta təhsil almalarını təmin etməkdir.Son üç ildə bir nəfər 700 ,21 nəfər 600- dən yuxari,62 nəfər 500-dən yuxarı bal toplamışdır.Məzunlarımızdan 6-sı ADA-da,12 nəfər xaricdə təhsil alır.Şagirdlərə əsaslı bilik verilməklə yanaşı, onların yüksək mənəviyyatlı və milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına xüsusi diqqət yetiririk. Məktəbimizdə iki Azərbaycan bölməsi və bir rus bölməsi üzrə "Sağlam təhsil" sinifləri fəaliyyət göstərir. Müəllim, şagird, valideyn münasibətlərinin daha da möhkəmlənməsi, birgə əməkdaşlıq məqsədi ilə “Məktəb icması“ layihəyəsinə qoşularaq bir çox uğur və yeni biliklər əldə etmişik.Bilik və bacarıqlarının formalaşması,dünyagörüşlərinin artması məqsədi ilə"Təhsili dəyərə çevirək" adlı layihəsində şagirdlərimizin fəal iştirakına nail olmuşuq.

2017-2018-ci tədris ilində 74 sinif fəaliyyət göstərir.Ali məktəblərə qəbul üzrə verilən statistik məlumata görə 7 nəfər 600-dən yuxarı bal,19 nəfər 500-dən yuxarı bal toplamışdır.Dörd nəfər şagirdimiz isə beynəlxalq proqramlara uyğun olaraq yüksək balla bir çox xarici ölkələrin müxtəlif universitetlərinə qəbul olunublar.IX sinif şagirdlərinin buraxılış imtahanının nəticəsinə görə ötən ilə nisbətən məktəb 8 pillə irəliləmişdir.XI sinifin buraxılış imtahanlarının nəticəsinə görə qabaqçıl məktəblər sırasında öz yerini tutmuşdur.

2018-2019-cu tədris ilində 75 sinif fəaliyyət göstərir. 98 nəfər müxtəlif ali məktəblərin tələbəsi adını qazanmışdır. Onlardan 5 nəfəri 600-dən çox bal toplamışdır. 6 məzunumuz Beynəlxalq proqramla dünyanın tanınmış universitetlərinə yüksək balla qəbul olunmuşdur. 3 nəfər yüksək balla həm respulikamızın, həm də xarici ölkələrin tibb universitetlərinə daxil olmuşdurlar. Hal-hazırda məktəbin 11-ci sinif şagirdi Şərifli Tənzilə artıq yüksək balla ADA-ya daxil olmuşdur.

İdmançıların uğurları ildən-ilə artır. Məktəbin 11-ci sinif şagirdi Fətəli İsmayılov Uşu-Sanda idman növü üzrə 4 qat Dünya çempionu adını qazanmış, dəfələrlə Azərbaycan bayrağını dünyanın bir çox ölkəsində yüksələrə qaldırmışdır.

Haqqında

Bakının Balaxanı qəsəbəsində ucaldılmış Mirzə Ələkbər Sabir adına 259 №li tam orta məktəb tədris müəssisəsi kimi 1976-cı ildən fəliyyətə başlamışdır. Məktəbin pedaqoji kollektivi təhsilin sivil inkişaf qanunları və bu sahədə həyata keçirilən islahatlara əsaslanaraq qarşısına pedaqoji prosesin keyfiyyətini yüksəltmək, səmərəliliyi artırmaq və nəticə etibarilə zəmanəmizə layiqli vətəndaşlar yetişdirmək məqsədini qoymuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin “Əminəm ki, təhsil sistemində aparılan islahatlar, müasir təlim metodlarının geniş tətbiqi və mərhələli istifadəsi nəticəsində yeni nəslin yetişdirilməsi sahəsində mühüm nailiyyətlər əldə ediləcəkdir”- fikirləri də məktəbin pedaqoji heyətinə stimul verir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur. Müəllimlər arasında üzərinə düşən məsuliyyəti dərindən dərk edən - təcrübəli, peşəkar, öz fənnini dərindən bilən, bilik və bacarıqları ilə fərqlənənlər az deyil. Məktəbin şagirdləri Beynəlxalq idman, musiqi , rəsm yarışlarında iştirak edir və uğur qazanırlar. Məktəb pedaqoji kollektivinin əsas fəaliyyət qayəsi şagirdlərə əsaslı bilik vermək, onların mənəvi tərbiyəsini, fiziki hazırlığını inkişaf etdirməkdir.

Haqqında

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 2012-ci ildə əsaslı təmir olunub. 700 nəfərlik şagird tutumuna malik olan məktəbimiz 4 mərtəbəli olmaqla 1 akt zalı, 1 idman zalı, 1 kitabxana, 1 tibb otağı, 1 bufet, 3 laboratoriya və sinif otaqlarından ibarətdir. Məktəb beş günlük iş rejimində, bir növbədə işləyir.

2016-2017-ci tədris ilindən etibarən məktəbimizdə məktəbəhazırlıq qrupları, 2017/2018-ci tədris ilindən etibarən isə təmayül siniflər fəaliyyət göstərir.

2019-2020-cu tədris ilində ali təhsil müəssisələrinə qəbul göstəricisi məktəb üzrə 70 %-dən yuxarı olub. XI sinfi bitirən 42 məzundən 5 məzun 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanıblar.

Cari tədris ilində məktəbdə 668 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 52 pedaqoji işçi məşğul olur. Məktəbimizdə bütün fənləri ixtisaslı müəllimlər aparır.