0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri 283 № - li tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olmaqla fəaliyyət göstərir. 2019 - 2020 - ci tədris ilində məktəbdə 1488 nəfər şagird 50 sinif olmaqla komplektləşdirilmişdir. 4 qrup Azərbaycan bölməsi üzrə 111 nəfər beşyaşlı uşaq məktəbəhazırlıq qrupunda təhsil alır. Məktəbdə 141 nəfər müəllim çalışır. Məktəb 2 növbəli, 5 günlük iş həftəsi ilə işləyir. 2009- cu ildən etibarən məktəb Rus dilinin intensiv tədrisi layihəsinə qoşulmuşdur. Bakı şəhəri 283 № - li tam orta məktəb 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə nəinki rayon miqyasında, eləcə də Respublikanın əməkdar müəllimi adını qazanan, dərslik müəllifi olan, müxtəlif treninqlərdə, layihələrdə iştirak edən müəllimlər vardır. Olimpiadanın Şəhər, Respublika turlarının qalibləri, qəbul imtahanlarında yüksək nəticələrə görə Prezident təqaüdü alan məzunlar vardır.

2015 - ci ilin sentyabr ayının 7-də əsaslı təmirdən sonra Prezident İlham Əliyev Cənabları məktəbdə olaraq görülən işlərlə yaxından tanış olmuş, müəllim kollektivinə və şagirdlərə təhsil uğurları arzulamışdır. Məktəb müasir tələblərə cavab verən təlim - tədris imkanlarına və infrastruktura malikdir.

Məktəb 2017 - 2018 - ci tədris ilindən etibarən fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsil mərkəzidir.

2019 – cu ilin məzunu Nağızadə Fərid Musa oğlu riyaziyyat fənni üzrə olimpiadanın finalçısı olmuş, bürünc medala layiq görülmüşdür. 2018 – 2019 – cu tədris ilində məktəbin X sinif şagirdi Camalova Reyhan Rauf qızı Sabahın Alimləri VIII Respublika müsabiqəsində qızıl medal qazanaraq ABŞ – da keçirilən “İNTEL və İSEF” beynəlxalq Elm və Mühəndislik sərgisində Azərbaycanı təmsil etmişdir.

2019 – cu ildə ümumi orta təhsil pilləsi üzrə təlim göstəricilərinə görə məktəb Bakı şəhərinə tabe tam orta məktəbləri üzrə 24 – cü, Binəqədi rayonu üzrə 2 – ci yerə qədər irəliləmişdir.

Ötən tədris ilində məktəbin 45 məzunundan 36 – ı nəfəri ali məktəbə qəbul olmuşdur.

Haqqında

Baki şəhəri Binəqədi rayonu Qamət Abbasov adına 284 nömrəli tam orta məktəb 1991-ci ildə tikilərək istifadəyə verilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2022-2023-ciü tədris ilində məktəbdə çalışan müəllimlərin sayı 172 nəfər, təhsil alan şagirdlərin sayı isə 3552 nəfər təşkil edir. Məktəbimizdə kimya, fizika, biologiya laboratoriyaları , 2 böyük idman zalı şagirdlərin ixtiyarına verilmişdir. Məktəbin fərdi qazanxanası mövcuddur. Həmçinin bir bufet, həkim otağı, 100 nəfərlik müasir akt zalı, tədris emalatxanaları, kitabxanası vardır. Məktəbimizdə bir günüuzaldılmış qrup,"Gənc riyaziyyatçılar", və Bədii qiraət" dərnəkləri fəaliyyət göstərir. Məktəb 2 növbəlidir. Məktəbimiz rus dilinin intensiv tədrisi layihəsi tətbiq olunan tədris ocaqlarından biridir. "Məktəblinin Dostu" layihələsinin iştirakçısıdır.

Məktəbimizin iki şəhid məzunu var.Qamət Abbasov və Ramin Hüseynov Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşlar.Məktəbin nümunəvi sinifləri Qarabağ uğrunda gedən döyüşlərin qəhramanlarının adını daşıyır.

Haqqında

Suraxanı rayonu B.Qulamoğlu adına 285 saylı tam orta məktəb 1990 - cı ildə inşa edilib. Layihə tutumu (şagird sayı) 1296 -dır. 2021-2022-ci tədris ilində məktəbdə 87 nəfər pedaqoji heyət və 22 nəfər texniki heyət üzvü çalışır. Məktəbdəki 1048 şagirddən 427 nəfəri I-IV (ibtidai sinifdə), 521 nəfəri V-IX sinifdə, 100 nəfər isə X-XI sinifdə təhsil alır. V-IX siniflər üzrə 1 şagird fərdi , 2 nəfər şagird isə sağlamlığı məhdud olduğu üçün xüsusi(evdə) təhsilini davam etdirir. Məktəbin şagirdləri dəfələrlə məktəblilərin fənn olimpiadalarında “Cəsurlar” və “Şahin” hərbi – idman oyunlarında mini futbol yarışlarında, beynəlxalq olimpiadalarda, inşa müsabiqələrində I və II yerlərə laiq görülüblər. Əvvəllər rus bölməsi olan bu məktəbdə 2009 - 2010 - cu tədris ilindən rus bölməsi ləğv edilib. Məktəbdə fizika, biologiya və kimya üzrə fənn kabinetləri, informatika fənni üzrə komputer otaqları, 2 ədəd geniş idman zalı, GÇH dərslərinin keçirilməsi üçün hərbi otaq və kitabxana fəaliyyət göstərir. Məktəbimizdə Təhsil Nazirliyi tərəfindən təşkil olunan məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.

Haqqında

Bakı şəhəri 286 №-li tam orta ümumtəhsil məktəbi 1992-ci ildən fəaliyyət göstərir. Məktəbdə 2 bölmə, Azərbaycan və Rus bölmələri fəaliyyət göstərir. 2009-cu ildə məktəb göstəricilərinə görə "İlin məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbi bitirən şagirdlərin böyük əksəriyyəti yüksək nəticə ilə Respublikanın aparıcı ali təhsil müəssisələrinə qəbul olurlar. Məktəb 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən təmir edilmişdir. 2015/2016-cı tədris ilində məktəbdə 94 sinif, 2016/2017-ci tədris ilində 96 sinif (76 Azərbaycan, 20 Rus bölməsi), 2 GUQ fəaliyyət göstərir. Məktəb üzrə şagirdlərin sayı 2351-dir. Onların təlim-tərbiyəsi ilə 284 nəfər pedaqoji işçi məşğul olur. Pedaqoji işçilərdən 5 nəfər "Elmlər namizədi", 1 nəfər isə "Əməkdar müəllim"dir.

Haqqında

Məktəb 1993 -cü il 9 yanvar tarixində ilk pedaqoji şurasını keçirmiş və bununla da fəaliyyətə başlamışdır. Az müddətdən sonra məktəb kollektivinin təşəbbüsü ilə bu böyük təhsil ocağına tanınmış Neftçi Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovun adı verilmişdir və məktəb həmin gündən Neftçi Qurbanın adını daşıyır. Məktəb birtipli inşa edilmişdir və 1296 yerlik nəzərdə tutulsa da fəaliyyətə başladığı ilk illərdə şagirdlərin sayı 3000- ə yaxın olmuşdur. Hal-hazırda məktəbdə 3009 nəfər şagird 97 sinifdə yerləşdirilmişdir. 6 günlük iş rejimi ilə fəaliyyət göstərən məktəbin 169 müəllim kollektivi və 33 nəfər texniki işçi heyyəti var. 6 nəfər laborant vəzifəsində çalışır. Məktəbdə dərslər ikinövbəlidir. Məktəb 2006-cı ildə əsaslı təmir edilmiş,növbəti illərdə yenidən təmir olunması nəzərdə tutulmuşdur. Məktəb fəaliyyətə başladığı gündən bugünədək çox böyük uğurlar qazanmışdır. Müxtəlif ölkə və Avropa Çempionatında məktəbin idmançıları layiqli yerlər tutmuşlar. Hər il tədris ilinin sonunda məzunlarımızın əksəriyyəti Respublikanın ən nüfuzlu ali məktəblərinin tələbəsi adını qazanmışlar. Son 5 ildə məktəbin məzunlarından 4 nəfər "Qızıl nişan" almışdır. 2017-2018-ci tədris ilində məktəbin şagirdi Aslanzadə Kəmalə Elşən qızı Respublika Fənn Olimpiadasının Respublika turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanmışdır. 2018-2019-cu tədris ilində şagirdimiz Ağayeva Mehri Vahid qızı Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medala, 2020-2021-ci tədris ilində məktəbin şagirdi Hüseynov Hüseynəli Surxay oğlu Respublika Fənn Olimpiadasında Biologiya fənni üzrə bürünc medala və 2021-2022-ci tədris ilində məktəbin şagirdi Gülməmmədov Elçin Kamaləddin oğlu Respublika Fənn Olimpiadasında Tarix fənni üzrə gümüş medala layiq görülmüşlər. Məktəbin pedaqoji kollektivi Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində bilik və bacarıqlarını tətbiq edərək,uğurla çalışmağı qarşılarına məqsəd qoymuşlar.

Haqqında

290 nömrəli məktəb 1994-cü ilin yanvar ayının 12-dən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin 17 sentyabr 1996-cı il tarixli 124 №-li qərarı ilə məktəb Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Səməd Kamal oğlu Abdullayevin adını daşıyır. Məktəb Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi elan edilmişdir. Məktəbdə təhsil alan 1119 şagirdin təlim-tərbiyəsi ilə 72 müəllim məşğul olur. Onların içərisində 1 "Əməkdar müəllim", 1 "Qabaqcıl təhsil işçisi", 5 "İlin müəllimi" vardır. Məktəbimiz təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi sahəsində qazandığı nailiyyətlərə, məzunlarının ali məktəblərə tələbə qəbulunda ardıcıl olaraq göstərdiyi yüksək nəticələrə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2014-2015-ci tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.