0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Məktəb 1980-cı ildə inşa edilmiş və 1981-ci ildən fəaliyyətə başlamışdır. Məktəb 1178 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbdə fizika, kimya, biologiya laboratoriyaları və kompyuterlə təchiz olunmuş informatika kabineti mövcuddur. Hal-hazırda məktəbdə 1283 şagird təhsil alır və bu şagirdlərin təlim-tərbiyəsi ilə 84 pedaqoji işçi məşğul olur. Məktəbin direktoru Əhmədova Şəhanə Şamil qızıdır.

Məktəbimiz son illərdə bir çox uğurlara imza atmışdır. Şagirdlərimiz rayon üzrə keçirilən “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”ndə I yerə və “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”ndə III yerə layiq görülmüşlər. “Formula I Avropa Qran Pri” yarışlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərinin rayon mərhələsində şagirdlərimizin komandası 3x3 basketbol yarışlarında III yerə layiq görülmüşdür. Müəllimlərimiz Təhsil Nazirliyinin və “Edumedia Azərbaycan” şirkətinin birgə keçirdiyi “Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsində ən yaxşı təlimçi işi nominasiyasında I yerə, biologiya fənni üzrə ən yaxşı təcrübə işi üzrə II yerə və fizika fənni üzrə ən yaxşı təcrübə işi kimi fərqləndiyi üçün diplom və hədiyyələrlə təltif olunmuşlar.

2018-2019-cu tədris ilində məktəbimizin X sinif şagirdi Təsviri Sənət Qalereyasının təşkil etdiyi “ Uşaq və Gənclərin ən yaxşı yaradıcılıq işləri” nominasiyası üzrə I yerə layiq görülmüşdür. Bununla yanaşı şagirdlərimiz müxtəlif idman növləri üzrə yarışlarda fəal iştirak edərək uğurlar qazanmışlar.

Məktəbimizdə şagirdlərimizin asudə vaxtınının səmərəli keçirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və tədris prosesinə həvəsinin artırılması üçün ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlər görülür.

Məktəbimiz bir sıra yerli və beynəlxalq layihələrdə iştirak edərək uğurlar qazanmışdır. E-Twinning beynəlxalq layihəsi üzrə məktəbimiz 3 sertifikata layiq görülmüşdür. Həmçinin 24-26 oktyabr 2019-cu il tarixində “eTwinning Plus” layihəsi çərçivəsində müəllimimiz Ramilə Almuradova Fransanın Nitsa şəhərində keçiriləcək illik konfransa dəvət almışdır.

2016-2017-ci tədris ilində ilk olaraq bizim məktəbimizin qoşulmuş olduğu informatika fənninin tədrisi üzrə pilot layihə olan "Rəqəmsal bacarıqlar" layihəsi 2018-2019-cu tədris ilində də uğurla davam etdirilir. Hal-hazırda azərbaycan və rus bölmələrinin 5,6,7-ci siniflərində bu layihə üzrə informatika dərsləri keçirilir.

2018-2019-cu tədris ilinin yekunu olaraq bir sıra məzun şagirdlərimiz uğurlu nəticələr əldə etmiş və respublikamızın ən qabaqcıl təhsil ocaqlarına daxil olmuşlar. Bu tədris ilində 2 nəfər məzunumuz 600 baldan çox bal toplayaraq ali məktəblərə qəbul olmuşdur. 2018-2019-cu tədris ilində “STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi” ilə bağlı təliminlərdə iştirak edən müəllim Aynurə Bağırova sertifikatla təltif olunmuşdur.

2019-2020-ci tədris ilində məktəbin məzunları yenə də uğurlu nəticələr əldə etmiş və ölkənin qabaqcıl ali təhsil ocaqlarına qəbul olmuşlar. Baxmayaraq ki, COVİD -19 infeksiyasının yayılması səbəbindən dərslər onlayn qaydada məsafədən keçirildi, şagirdlər və müəllim kollektivi böyük əzmlə işlərini davam etdirdilər.

Haqqında

Bakı şəhəri Xətai rayonu 25 saylı tam orta məktəbin binası 1977-ci ildə tikilib, 1978-ci ildə istifadəyə verilib. Tədris həm Azərbaycan, həm də Rus dilində aparılır. 15.09.2014-cü ildə məktəbimizin nəzdinə 88 saylı tam orta məktəbdən axşam-əyani sinifləri köçürülüb. Məktəbimiz sonuncu dəfə 2012-ci ildə yenidən təmir olunub. Təmir istənilən səviyyədə olunmuşdur. Məktəbimizdə tədris 97 müəllim tərəfindən aparılır. Hal-hazırda məktəbimizin gündüz bölməsində 732 şagird, axşam-əyani siniflərində 135 şagird təhsil alır. Məktəbin məzunlarının artıq son 10 ildə ali məktəblərə test üsulu ilə qəbul faizləri xüsusi ilə Rus bölməsində çox yüksəkdir.

Haqqında

Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəb 1969-cu ildən fəaliyyətə başlamışdır. 2006-cı ildə 600 yerlik və 2013-cü ildə isə 800 yerlik tədris binası tikilərək istifadəyə verilmişdir. Hazırda 2340 yerlik şagird tutumu olan , iki növbəli məktəbdə 136 sinifdə 3559 şagird təhsil alır. Onlardan 110 sinifdə 2732 nəfər şagird Azərbaycan bölməsində, 26 sinifdə 827 nəfər şagird isə rus bölməsində təhsil alır. Məktəbdə 192 nəfər müəllim çalışır. Onlardan 172 nəfəri ali, 20 nəfəri isə orta ixtisaslı müəllimlərdir. 3 nəfər müəllim “Tərəqqi" medalı ilə təltif olunmuş, 1 nəfər müəllim isə “Əməkdar müəllim” fəxri adını almışdır. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 nömrəli sərəncamı ilə “50 Ən yaxşı ümümtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.Pedaqoji kollektivin səyləri nəticəsində məktəbin uğurları ildən ilə artmaqda davam edir.2014-cü ildə məktəb Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunmuşdur.Məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.Məktəbdə yeni kabinetlər, laboratoriyalar yaradılmışdır.Şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün mütəmadi olaraq işlər görülür.Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş,təhsil prosesinin şagirdlərin meyl və maraqlarına görə qurulması,fənlərarası inteqrasiya və inteqrativləşməyə keçilməsi vasitəsilə əsas hədəfin təhsil verənə və təhsil alana yönəldilməsi,istedadı reallaşdırmaqda hamıya bərabər şərait yaradılması üzrə vəzifələrin həll edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Məktəbin rəhbərliyi ,pedaqoji kollektivi bundan sonra da idarəetmədə bu və ya digər səviyyədə iştirak etmək hüququ olan təhsil prosesi iştirakçılarının hamılıqla təlimin keyfiyyəti və şagirdlərin müvəffəqiyyətinin təmin edilməsi işinə cəlb olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirmək əzmindədir.

Haqqında

Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb 1959- cu ildən fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi və “ British Council Azerbaijan” tərəfindən həyata keçirilən , məktəbin bütün siniflərini əhatə edən “İngilis dilinin intensiv tədrisi” layihəsi çərçivəsində məktəb bir sıra uğurlara imza atmışdır. Müəllimlərimiz elmi- metodik bilik və vərdişlərini gücləndirmək məqsədilə müxtəlif beynəlxalq layihələrdə , təlimlərdə iştirak edir. Məktəbdə 2017-ci ildən ARTN ilə „Alqoritmika“ Beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən rəqəmsal bacarıqlar layihəsi informatika dərslərinin transformasiyası üzrə həyata keçirilir. 2019-cu ildən isə məktəbin ingilis dilini tədris edən müəllimləri „Uğur üçün tədris“- (SPEX) layihəsinin , „ eTwinning Plus”layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlərin iştirakçılarıdırlar.

Məktəbin müəllim və şagirdləri “Qardaşlaşmış şəhərlər” , “ Bizim qəhrəmanlar” , “TOPs- təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” , “Real Madrid Fondu və ARGİN, ARTN-nin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq layihəsi”nin, “Olimpia Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində həyata keçiriliən beynəlxalq layihənin fəal iştirakçıları olmuşlar.

Təhsilalanlarin təhlükəsiz və harmonik inkişafını təmin edən , təhsil mühitinin formalaşması ilə bağlı həyata keçirilən “Məktəblinin dostu“ layihəsi 2016-cı ildən təhsil ocağında həyata keçirilir.

27 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə iki dəfə- 19 avqust 2008-ci il tarixli 2007/2008-ci tədris ilində və Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli 3043 nömrəli sərəncamı ilə 2012/2013-cü dərs ilində keçirilmiş “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin pedaqoji heyətinin 2 üzvü Azərbaycan Respublikasının “Əməkdar Müəllimi” 3 üzvü fəlsəfə doktoru, 1 üzvü isə elmər namizədidir.

Məktəb iki korpusdan ibarətdir. 960 şagird tutumu olan birinci korpus 4 mərtəbəli, 2008-ci ildə inşa edilən, 380 şagird tutumu olan 2-ci korpus isə 3 mərtəbəlidir. 27 nömrəli tam orta məktəb, 2012-ci ildə Dövlət Proqramı əsasında əsaslı təmir edilmişdir. Ümumtəhsil məktəbində zəngin fənn kobinetləri, Respublika Prezidentinin Təhsil haqqında sərəncamları, Nazirlər kobinetinin qərarları, Təhsil İslahatını əhatə edən, müasir tələblərə cavab verən stendlər öyrədici mühitin yaradılması üçün zəmin yaradır. Fənlərin tədrisi innovasiyalar, yeni təlim texnologiya və fəal ( interaktiv ) təlim metodları ilə aparılır. Məktəbdə tədris azərbaycan və rus dilində keçirilir.

Hazırda təhsil ocağında 68 sinifdə 2274 nəfər şagird təhsil alır, 122 nəfər müəllim çalışır. Müəllimlərin 117 nəfəri ali təhsilli, 4 nəfəri isə orta ixtisas təhsillidir.

Məktəb 5 günlük iş rejimində , 2 növbəli işləyir.

2019-2020-ci tədris ili üzrə təhsil ocağı IX sinif şagirdlərinin buraxılış imtahanı nəticələrinə görə BŞTİ- yə tabe olan tam orta məktəblər üzrə reytinq sıralamasında 6-cı, Xətai rayonu üzrə tam orta məktəblər sırasında isə 1-ci yerdədir.

2019-2020-ci tədris ilində məktəbin XI sinfini bitirən 132 məzunlardan 98-i Azərbaycanın ən mötəbər ali təhsil ocaqlarına və ölkəmizin hüdudlarından kənarda yerləşən təhsil ocaqlarına qəbul olmuşlar.

Haqqında

25 mindən artıq əhalisi olan Sabunçu rayon Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yaşayanlar üçün tikilmiş məktəbimiz 960 nəfərlik şagird heyəti üçün nəzərdə tutulub. Məktəbimizin ümumi sahəsi 2 hektardır. Məktəbimizin özülü 1 il öncə 2017-ci ilin sentyabr ayında qoyulmuş və vaxtından əvvəl tikinti işləri başa çatmışdır. Məktəbimizdə 72 otaq var. I mərtəbədə 11 sinif otağı, 3 fizika otağı (1 təchizat, 2 laboratoriya), 1 texnologiya otağı və idman zalı var. Hər iki fizika laboratoriya otağı müasir avadanlıqlarla təmin olunmuşdur. II mərtəbədə kitabxana, 9 sinif otağı, 3 kimya otağı (1 təchizat, 2 laboratoriya), 1 GÇH kabineti var və lazımı avadanlıqlarla təmin olunmuşdur. Kitabxanamız 2 hissəlidir: kitabların yerləşdiyi otaq və oxu zalı. Hazırda məktəbdə təhsil alan 1566 şagird ilə 67 müəllim məşğul olur.

Haqqında

Məktəb 1976 –cı ildə istifadəyə verilib. 1176 şagird yeri var. Tədris korpusu, idman zalı, yeməkxanası, kitabxanası, akt zalı, kimya, fizika, biologiya laboratoriyaları, informatika kabineti, müasir tələblərə cavab verən GÇQH kabineti, akt zalı, həyətdə idman meydançaları və idman qurğuları, o cümlədən abad həyətyanı sahəsi var.Məktəb 2012-ci ildə dövlət vəsaiti hesabına əsaslı təmir edilib.Məktəb I növbə 5 günlük iş rejimi ilə işləyir.Məktəb 100% ixtisaslı kadrlarla təmin olunub.Məktəbin pedaqoji kollektivi fənn kurikulumlarının tətbiqindən sonra bir sıra kurslarda o cümlədən kompyuter kurslarında, “İntel”, “Mimio” layihələrində, kurikulumun tətbiqi ilə əlaqədar ixtisasartırma kurslarında iştirak etmişlər.Hazırda məktəbdə olan elektron dərsliklərdən müəllimlər daimi istifadə edir, özləri elektron dərslər qurur və onu uğurla tətbiq edir, məktəb şagirdləri onlara verilən ev tapşırıqlarını layihə şəklində hazırlayırlar.Məktəbdə fənn kurrikulumlarının tətbiqi və yeni qiymətlənləndirmə ilə əlaqədar tez-tez seminarlar, fikir mübadilələri təşkil edilir ki, bu da müəllimlərin bilmədiklərini bir-birindən öyrənməyə kömək edir.Məktəbdə 6-cı sinifdən başlayaraq fakültətiv və fərdi qrup məşğələləriüçün ayrılmış saatlar şagirdlərin arzusu ilə ayrı-ayrı fənnlərə 10-11-ci siniflərdə isə fənn sahələrinə verilir və bu istiqamətdə daha geniş işlər aparılır.Məktəbdə təcrübəli müəllimlərdən ibarət “Qabaqcıl təcrübə məktəbi”, “Metodiki Şura” fəaliyyət göstərir ki, onlar da öz toplantılarında gənc müəllimlərə kömək etməklə yanaşı daimi təcrübə mübadiləsi aparır, mətbuatda çıxan məqalə və yenilikləri müzakirə edir və gündəlik işlərinə tətbiq edirlər.2010-2011-ci illər ərzində məktəbin pedaqoji kollektivi 100% “İntel”, “Gələcəyə yönəlik təhsil” layihəsində kompyuter kurslarındankeçib sertifikat almışlar.2010-2011-ci ildə 30 nəfər müəllimimiz öz hesablarına “Mimio” kurslarına getmiş elektron qələm, ağıllı hövhə kimi vasitələrdən istifadə qaydalarını öyrənmişlər.Bakı şəhər PKİYH-da son 5 ildə 90% müəllimlər ixtisasartırma kurslarından keçmişlər əlavə olaraq 1-4-cü sinif və5-ci siniflərdə işləyən müəllimləri 100% kurrikulum kurslarından keçmişlər.Yuxarıda göstərilən tədbirlərdən əlavə məktəbdə hər həftə sonu mətbuatda çıxan rəsmi sənədlər və ayrı-ayrı fənn müəllimlərinin təcrübələri haqqında mətbuatdakı yazılar müzakirə edilir, üstün cəhətləri qəbul olunaraq təcrübədə tətbiq olunur.2013-cü ildə məktəb "ilin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.