0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Nərimanov rayonu 36 N-li məktəb 1930-cu ildə inşa edilmişdir. Məktəb 2 korpusdan ibarətdir, 2013-cü ildə əsaslı təmir edilmişdir sinif sayı 36, şagird sayı 978 nəfər,müəllim sayı 128 nəfərdir. Məktəbdə "Əməkdar müəllim" adına layiq görülmüş insanlar fəaliyyət göstərirlər. Müəllimlərimizdən biri "İlin ən yaxşı müəllimi" adını almış, "Tərəqqi medalı" almış, "Alternativ və didaktik" materiallar müəllifidir. Beləliklə 36 N-li məktəbdə 5 nəfər müəllim "İlin ən yaxşı yüz müəllimi" müsabiqəsinin qalibləridir. 4 nəfər müəllim "Qabaqçıl Təhsil İşçisi" layiq görülmüşdür.

Haqqında

Məzahir Məmmədov adına 37 № - li tam orta məktəb Bakı şəhər Nərimanov rayonunda yerləşir. Məktəb 1956-ci ildən fəaliyyət göstərir, 1 korpusdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhər və şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı ” əsasında 37 № li tam orta məktəb əsaslı təmir olunmuşdur. Həftənin 5 günü işləyir, iki növbəlidir. Hal-hazırda 33 sinif, 644 şagird 1-ci növbədə, 97 şagird isə 2-ci növbədə təhsil alır. 2021-2022-ci tədris ilində məktəbimizdə 61 nəfər müəllim, 3 müavin,1 psixoloq,1 kitabxana,1 UBTR, 13 nəfər texniki işçi fəaliyyət göstərir.

Haqqında

Bakı şəhəri A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəb 1977-ci ildən fəaliyyətə başlamış və Yasamal rayonu D.Bünyadzadə küçəsi 113 ünvanında yerləşir. Məktəb birtipli lahiyə əsasında tikilmiş 1176 yerlikdir. 2012-ci ildə məktəb əsaslı təmir edilmişdir. Məktəbdə 52 sinif otağı, 3 (kimya,biologiya,fizika) kabineti var. Şagirdlərin sayı 692 nəfər,27 sinif komplekti və 2 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir. Məktəb işçilərinin sayı 76 nəfər, müəllimlərin sayı isə 50 nəfərdir. Bütün müəllimlər ali ixtisas təhsillidir. Məktəb 5 günlük iş həftəsi ilə Azərbaycan dilində fəaliyyət göstərir və bir növbəlidir. Məktəb binasında 1 qaçqın : Laçın 34 nömrəli tam orta məktəblər və Laçın Rayon Təhsil şöbəsi fəaliyyət göstəriri. 2016/2017-ci tədris ilində məktəbin XI sinif ini bitirmiş və ali məktəbə qəbul üçün sənət vermiş 22 nəfər məzundan 14 nəfəri ali məktəblərə , 4 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Məktəb məzunlarından 3 nəfər 500-dən yuxarı,1 nəfər İsmixanova Fidan Teymur qızı 624 bal toplayaraq ATU-ya qəbul olmuşdur. Məktəb pedaqoji kollektivi təhsil sistemində tətbiq olunan kurikulum standartlarının reallaşdırılmasına, şəxsiyyətyönümlü, nəticəyönümlü təlimə, təhsil alanların yüksək mənəviyyata, müasir bilik və bacarıqlara , yeni texnologiyalara yiyələnməsinin təmin edilməsinə və Dövlət Strategiyasında qarşıya qoyulan məsələlərin həyata keçirilməsinə nail olmağı bir məqsəd kimi qarşıya qoymuşdur.

Haqqında

Milli Qəhrəman Rafiq Nəsrəddinovun adını daşıyan 39 nömrəli tam orta məktəb 1959-cu ildən fəaliyyət göstərir. Məktəbdə 86 nəfər müəllim çalışır. Onlardan 82 nəfər ali, 4 nəfər orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 38 sinfində 988 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 20 nəfərdir. Məktəbdə bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb beş günlük iş rejimində, 2 növbədə işləyir. Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli 3043 nömrəli sərəncamına əsasən, Bakı şəhəri R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəb 2012-2013-cü il dərs ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbimiz 14.09.2016-cı il tarixində keçirilən təhsil İşçilərinin ənənəvi sentyabr konfransında Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, yüksək nailiyyət əldə etdiyi üçün Fəxri fərmanla təltif edilibdir. 2018-2019-cu dərs ilində məktəb əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təmin olunmuşdur. 2019-2020-ci dərs ilində R.Nəsrəddinov adına 39№-li tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsində “İKT-İRS” lahiyəsi ilə qalib olmuşdur.

Haqqında

Bakı şəhəri Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəb 1930-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı dövrdə məktəb 400 yerlik şagird üçün nəzərdə tutulmuşdur.

2009-2010-cu tədris ilində Dövlət proqramına əsasən Təhsil Nazirliyinin xətti ilə məktəbin əsas korpusu əsaslı təmir edilmiş və məktəbin həyətində 2 bina inşa olunmuşdur. 2010-2011-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 42 nömrəli tam orta məktəb "Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür.

Məktəb 2012-2013-cü tədris ilində "Elektron məktəb" layihəsinə qoşulmuşdur. Müəllimlərin fəaliyyətinin artırılmasında, fənlər üzrə monitorinqlərin aparılmasında və İKT-nin dərslərdə tətbiqində yüksək nəticələr əldə olunmuşdur. Fənn kabinetləri və bütün sinif otaqları proyektorlarla təmin olunmuşdur. Təhsildə İKT-nin tətbiqi ilə əlaqədar məktəbimizin müəllimləri "İKT-nin köməyi ilə tədris prosesinin təşkili", "Mimio Notebook alətlər paneli", eləcə də Dövlət Proqramı üzrə "İntel-gələcək üçün təhsil" kurslarına cəlb olunmuşlar. Bunun nəticəsi olaraq məktəbdə keçirilmiş əksər dərslər və tədbirlər İKT-nin köməyi ilə qurulur.

Məktəb bir çox layihələrdə fəal iştirak edir. Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin olunub. Onlardan 94%-i ali təhsillidir. Müəllimlərimizin böyük əksəriyyəti müxtəlif dərəcəli fəxri fərman və diplomlara layiq görülmüşdür. Hal-hazırda məktəbin inzibati binası 3 korpus və 4 mərtəbədən ibarətdir. 46 sinifdə komplektləşən məktəbin 1192 şagirdinin təlim-tərbiyəsi ilə 138 müəllim məşğul olur. Məktəb 5 günlük, bir növbəli rejimdə fəaliyyət göstərir. Məktəbdə tədris 2 dildə - Azərbaycan və rus dillərində aparılır. Şagirdlərimiz rayon, şəhər və respublika üzrə keçirilən müsabiqələrdə fəal iştirak edir və nailiyyətlər əldə edirlər.

Haqqında

Bakı şəhəri Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəb 1923-cü ildə tikilib, 2011-ci ildə əsaslı təmir olunub. Məktəb 2000-ci ildən YUNESKO-nun üzvüdür. Məktəb 1 növbəlidir və 3 mərtəbə, 3 korpusdan ibarətdir. Məktəbdə təlim Azərbaycan dilində aparılır. Məktəbdə xarici dil kimi ingilis, rus dili və alman dili tədris olunur. Məktəbin müəllimlərinin 80%-dən çoxu ixtisasartırma və təkmilləşdirmə kurslarına cəlb olunub. Məktəbin müəllimləri diaqnostik qiymətləndirmədə yüksək nəticələr əldə ediblər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Namazova Sevda Nadir qızı 2009-cu ildə “Qabaqcıl Təhsil işçisi” Fəxri Fərmanı, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə isə “Əməkdar müəllim” adına layiq görülüb. Məktəbin müəllimləri qabaqcıl təcrübələri özündə cəmləşdirən məqalələrlə mütəmadi olaraq mətbuatda çıxışlar edirlər, onlardan bəzilərinin dərsləri müvafiq internet saytlarında nümayiş olunub. Məktəbdə dərslər tədris planına uyğun həyata keçirilir. Şagirdlərimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Bilik yarışı” nın rayon və şəhər turlarında uğurla iştirak ediblər. Məktəbdə bayram, tarixi və əlamətdar günlər, siyasi xadimlər və yaradıcı şəxslərin yubiley və yaradıcılıq gecələri müntəzəm şəkildə həyata keçirilir. Məktəbin şagirdləri hərbi-vətənpərlik yarışlarından olan “Şahinlər”-də III yerə, “Cəsurlar”-da isə şəhər üzrə II yerə layiq görülüblər.