140 nömrəli tam orta məktəb 1972-ci ildə təhvil verilmişdir. 750 nəfər şagird yerlidir. Sinif otaqlarının sayı 27, 1-4 siniflərin sayı 4, 5-9 siniflərin sayı 5, 10-11 siniflərin sayı 2 -dir. Cəmi 11 sinif var. Şagirdlərin ümumi sayı 247 nəfərdir. Pedoqoji heyətin ümumi sayı 29, texniki işçilərin ümumi sayı 11 nəfərdir. Məktəbdə 3 fənn kabineti, informatika otağı fəaliyyət göstərir. Ümumiyyətlə işlək vəziyyətdə 27 kompüter, 7 notebook, 5 proyektor, 2 elektron lövhə, 4 mimio lövhə var. Məktəb 2014-cü ildə əsaslı təmir olunmuşdur. 2021-ci ildə məktəb cari təmir olunmuşdur
Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəb 1935-ci ildə təsis olunmuşdur. 2006-cı ildə məktəbdə yardımçı korpus inşa edilmişdir. Məktəb 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş və əlavə 10 sinif otağı tikilib istifadəyə verilmişdir. Məktəbdə kimya, fizika, informatika kabinetləri, 2 emalatxana var. Məktəbdə azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məktəbdə 65 sinifdə 2179 şagird təhsil alır. Onlardan azərbaycan bölməsinin 31 sinifində 923 şagird, rus bölməsinin 34 sinfində 1152 şagird təhsil alır. Məktəbin 2 fərdi və 4 m/ haz. sinfi də var. Məktəbə hazırlıq Az. bölməsində 52 şagird, rus bölməsində 52 şagird var. Azərbaycan bölməsində - 923+52=975 şagird, Rus bölməsində - 1152+52=1204 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Müəllim şagird nisbəti 1/16 dır. Məktəbdə "Elektron layihə" həyata keçirilmişdir. Bütün ibtidai siniflər və əksər yuxarı siniflər proyektorlar və elektron lövhələrlə təchiz olunmuşdur.Məktəbin güclü pedaqoji kadr potensialı var. Hər il qəbul imtahanlarına yüksək bal toplayaraq, ali məktəblərə qəbul olan məzunlar var. Məktəbin fiziki tərbiyə sahəsində çox böyük uğurları var. Rayon və şəhər turunda keçirilən və beynəlxalq yarışlarda məktəbin komandaları qalib gələrək hər zaman I-III yerləri tutmuş, fəxri fərman və diplomlarla təltif olunmuşlar.
Sabunçu rayonu 142 nömrəli tam orta məktəb 1978 - ci ildə əvvəllər mövcud olan 129 saylı 8 illik məktəbin əsasında yaradılmışdır.1995 - ci ildən şəhid Telman İsgəndərovun adını daşıyır. 2010 - cu ildə "İlin məktəbi" layihəsində iştirak etmişdir. 2012 - ci ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbin binası 1174 yerlikdir. Məktəbdə dərslər 2 növbədə keçirilir. Məktəbdə 70 nəfər müəllim gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. 2014- 2015 - ci dərs ilində məktəbdə 1093 şagird təhsil alır. Sabunçu rayonu 142 saylı tam orta məktəb fəaliyyət göstərdiyi illərdə məktəb şagirdlərinin təlim tərbiyəsində bir sıra uğurlara imza atıb. Hər il məktəbin şagirdləri respublikanın nüfuzlu ali məktəblərinə daxil olurlar. Çoxlu sayda məzunlarımız orta ixtisas məktəblərinə daxil olurlar. Məktəbimizin şagirdləri müxtəlif illərdə fənn olimpiadalarının respublika turunda uğurlu nəticələr əldə edərək fəxri fərmanlarla təltif olunmuşlar. Məktəbdə şagird özünüidarə orqanları və "Maraq və məntiq" klubu fəaliyyət göstərir.
Bakı şəhəri 143 nömrəli tam orta məktəb 1937 – ci ildə inşa edilmiş və həmin ildən də fəaliyyət göstərir. 2014 – cü ildə əlavə olaraq 2 – ci korpus istifadəyə verilmişdir. Məktəb 2 korpusdan, 3 mərtəbədən ibarət və 820 yerlik şagird üçün nəzərdə tutulmuşdur. Məktəb ikinövbəli və 5 günlük iş rejimində fəaliyyət göstərir. Məktəbdə tədris azərbaycan və rus dillərində aparılır. Məktəbin pedaqoji kollektivi 80 nəfərdən ibarətdir. 2022 -2023– cu tədris ilində məktəbdə 1379 şagird 50 sinifdə və 4 məktəbəhazırlıq qrupunda komplektləşdirilmişdir.
2010 – cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə qatılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2010 – cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi" adını qazanmışdır.
Binəqədi rayonu Namiq Babayev adına 144 nömrəli tam orta məktəb 1978-ci ilin avqustun 30-dan fəaliyyətə başlayıb. Məktəb Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş məzun Namiq Babayevin adını daşıyır. Məktəb ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.İbtidai təhsil səviyyəsi üzrə siniflərin sayı – 12, ümumi orta təhsil səviyyəsi üzrə siniflərin sayı – 15, tam orta təhsil səviyyəsi üzrə siniflərin sayı – 6 olmaqla, məktəb üzrə ümumilikdə 33 sinifdə 852 şagird təhsil alır. Göründüyü kimi məktəbdə siniflərin və müvafiq olaraq şagirdlərin sayı artmaqdadır.Təhsil müəssisəsində 78 pedaqoji işçi çalışır ki, onlar da şagirdlərin maraq və potensial imkanlarını, fərdi xüsusiyyətlərini nəzərə almaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etmək üçün bilik və bacarıqlarını əsirgəmirlər. Peşəkar müəllimlərin səyi nəticəsində təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Şagirdlərin yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsi məqsədilə məktəbdə bilik yarışları, müxtəlif mövzularda müsabiqələr təşkil edilir, yüksək nəticə əldə etmiş şagirdlər dəyərləndirilirlər. Həmçinin ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti barədə təsəvvürlərin genişləndirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılması məqsədilə məktəb kitabxanasında tədbirlər keçirilir, eyni zamanda Firudunbəy Köçərli adına Mərkəzi Uşaq Kitabxanası, şəhərin diyarşünaslıq və tarix muzeyləri ilə müntəzəm əməkdaşlıq edilir. Məktəbin maddi-tədris bazasının, təlim-tərbiyə işinin möhkəmləndirilməsi məqsədilə məktəbdə müxtəlif fənn kabinetləri fəaliyyət göstərir.Şagirdlərin intellektual səviyyələrinin artırılması,həyat və təhsillərinin daha maraqlı və məzmunlu keçməsi üçün məktəbdə "Kiçik akademiya" təşkil edilmişdir. Məktəbin bufeti və idman zalı şagirdlərin xidmətindədir. Şagirdlər məktəbdə müxtəlif idman yarışları və oyunlarda iştirak edir, müsabiqə və sərgilərə qoşulurlar.
Şagirdlərin asudə vaxtlarında mütaliə ilə məşğul olmaları üçün müxtəlif ensiklopediyalar, jurnallar və kitablarla zəngin olan məktəb kitabxanası xidmət göstərir. Eyni zamanda məktəbdə geniş akt zalı mövcuddur ki, burada tədbirlərin təşkili və keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
Fəxrlə demək olar ki, məktəbin məzunlarından 500 -dən yüksək bal toplayanların sayı ilbəil artır. Qeyd etmək lazımdır ki, 2018-2019-cu tədris ilində məktəbi bitirən 21 nəfərdən 20-si, 2019-2020 və 2020-2021 -ci tədris illərində isə hər 2 sinifdən birinin bütövlükdə təhsil alan şagirdləri və digər siniflərdən əksəriyyəti müxtəlif, nüfuzlu ali məktəblərə qəbul olmuşlar.Sevindirici haldır ki, bu məzunların sorağı nəinki vətənimizin, eləcə də vətənimizin hüdudlarından çox-çox uzaqlardan gəlir.
Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqə"si və digər layihələrdə iştirak etmiş, bir neçə layihənin qalibi olmuşdur(2019-2020 ci dərs ili, İbrahimova Turanə). 2020-2021-ci tədris ilində V Qrant Müsabiqəsində yer tutmasa da "Müəllimə metodiki dəstək" layihəsi ilə ( məktəb direktoru Sultanova Qənirə) çıxış etmişdir. Cari tədris ilində məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim Abbasova Şəhla "Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinə qoşulmuşdur. Eyni zamanda Şəhla Abbasova Respublika üzrə Microsoft Sertifikatlı Təhsilçi (MCE) adını qazanan 34 müəllimdən biridir.
Bakı şəhəri 145 nömrəli tam orta məktəb 1964-cü ildə tikilib istifadəyə verilmişdir. Məktəb istifadəyə verilərkən 960 şagird üçün nəzərdə tutulmuş, 4 mərtəbəli, 32 dərs otağı, fiziki tərbiyə, akt zalı və yeməkxanası olan tipik bir məktəb binası olub. 2013-cü ildə 3 mərtəbəli, 50 sinif otaqlı yeni bina tikilərək istifadəyə verilmişdir.
Məktəb hal-hazırda 1 növbəli rejimdə 5 gün işləyir. İbtidai siniflərin sayı 35, əsas və orta təhsil siniflərin sayı 43,məktəbə hazırlıq sinifləri isə 7-dir. Məktəbdə 2900-dan artıq şagird təhsil alır. 2000-ci ildən məktəb YUNESKO məktəbidir, 18 metodbirləşmə və metodbirləşmə sədri fəaliyyət göstərir. Hər iki binada kompüter otaqları və kitabxana vardır. Məktəb 2009 və 2014-cü illərdə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür.
Məktəbin direktoru Abbasova Pərvanə Teyyub qızıdır.
TQDK-nın rəsmi statistik hesabatına görə son 15 ildə məktəb ali məktəblərə qəbula görə Nizami rayonu üzrə 1-ci yeri tutur. Orta hesabla hər il məzunların 75-85%-i ali məktəblərə qəbul olunurlar. 2012-2013-cü tədris ilində şagirdlərdən 3 nəfəri qızıl medala, 2017-ci bir şagird gümüş medala, 2018-ci il məzunu Qəhrəmanov Orxan isə qızıl medala layiq görülmüşdür.
Şagirdlərin idman sahəsində də uğurları vardır.
Məktəb Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsində iştirak edib. Bu layihə çərçivəsində məktəb Ağstafa rayonunun 1 nömrəli tam orta məktəbi ilə qardaşlaşmışdır.
Məktəblilər arasında Breyn Rinq üzrə III Azərbaycan çempionatının yarışında məktəbin komandası da iştirak edib və öz biliklərini yüksək səviyyədə nümayiş etdirərək 1-ci yerə layiq görülmüşlər.
Məktəb kollektivi, şagirdlər bu nailiyyətlərlə kifayətlənmir, daim yeni-yeni uğurlara imza atırlar.