0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

https://bakimektƏfqan Əliyev adına 125 nömrəli tam orta məktəb 1939- cu ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ildə yeni tikilmiş tədris binasına köçürülmüşdür. Binanın açılışında Azərbaycan Respublikasının Prezidenti iştirak etmişdir.Bina 2 korpusdan ibarətdir. 125 nömrəli tam orta məktəb öz dəsti-xətti, xüsusi ənənələri ilə fərqlənən və birincilər sırasında olan təhsil ocaqlarından biridir. Bu illər ərzində məktəb 2 akademik,5 professor, 40 elmlər namizədi,40 qızıl, gümüş tərifnamələr və fərqlənmə attestatları ilə təhsili başa vuran məzunlar yetirmişdir. Məktəbdə 2 əməkdar müəllim fəaliyyət göstərmişdir ki, hər ikisi ədəbiyyat müəllimi Heydər Eyvazov da, ibtidai sinif müəllimi Tamara Aslanova da məktəbin məzunları olmuşlar. Bu ənənə hal-hazırda da davam edir. Məktəb kollektivinin 80%-i məktəbin məzunlarıdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixi,997 nömrəli Sərəncamı ilə Bakı şəhəri 125 nömrəli tam orta məktəbi 2009-2010-cu tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.ebleri.edu.az/125/

Haqqında

126 nömrəli tam orta məktəb 1967-ci ildə istifadəyə verilib. Məktəb şəhid Tərlan Heybətovun adını daşıyır. Məktəbin binası birtipli layihə əsasında inşa olunub. 1060 yerlikdir. Məktəbdə sinif otağı, biologiya, fizika, kimya, GÇQH kabinetləri və 2 İnformatika sinfi vardır. Məktəbin 120 yerlik akt zalı, 2 idman zalı var. 30 oturacaq yerlik bufet şagirdlərə xidmət göstərir. Məktəb 2012-ci ildə əsaslı təmir edilmişdir. Məktəbdə 493 nəfər şagirdin təlim-tərbiyəsi ilə 52 nəfər müəllim məşğul olur. Müəllimlərdən 47 nəfər daimi ştatda, 4 nəfər əvəzçiliklə işləyir. Daimi ştatda olan müəllimlərin 49 nəfəri ali təhsilli, 3 nəfəri isə orta ixtisas təhsillidir. 1 nəfər pedaqogika üzrə fəlsəfə doktorudur. İki nəfər ilin "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. Hazırda məktəbdə 493 nəfər şagird 23 sinifdə komplektləşdirilib. V-IX siniflərin sayı 17, X-XI siniflərin sayı 6-dir. Tədris iki dildə- Azərbaycan və rus dillərində aparılır. Rus bölməsində 7 sinif fəaliyyət göstərir. Məktəbdə müəllim şagird nisbəti 1:9,3-dür. Məktəb 2010-cu ildə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olmuşdur.

Haqqında

Məktəb 1978-ci ildə tikilib istifadəyə verilib. Birtiplidir. 1176 şagird yerlikdir. Dərslər 2 növbədə tədris edilir. 2012-ci ildə əsaslı təmir olunub. Hazırda məktəbdə 1312 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 65 nəfərlik pedaqoji heyyət məşğul olur. Bu il də məktəbdə 5 yaşlılardan ibarət 3 məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Təhsil ödənişsizdir.Həmin qruplarda dərsləri xüsusi təlimdən keçmiş müəllimlər aparır.

Haqqında

Məktəb 1896-cı ildən fəaliyyət göstərir.Bu məktəb Sabunçu qəza dairəsində Maştağa qəsəbəsində ilk məktəb kimi fəaliyyətə başlamışdır.1973-cü ildə məktəb yeni binaya köçürülüb.Yaxın buraxılış illərinin məzunlarından Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə,Qəzənfər Məmmədov kimi yetirmələrin nümunə göstərə bilərik.

2018-2019-cu təsdirs ili üçün I-IV siniflər üzrə 31,V-XI siniflər üzrə 27 sinif komplektləşdirilib.2018-ci il oktyabrın 1-nə məktəbdə I-XI siniflər 1783 şagird,5 məktəbə hazırlıq qrupunda 140 5 yaşlı təhsil alır.Məktəbdə 58 sinif var.Pedaqoji heyəti 83 nəfərdən ibarətdir.Məktəbdə dərslər 2(iki) növbəli keçirilir.

Məktəb 2012-ci ildə əsaslı təmir olunub. 2014-2015-ci ildə pedaqoji kollektiv Azərbaycan Respublikasının Təhsil Qanunu əsas götürərək məktəbin ,təhsilin inkişafında rolunu müəyyənləşdirmiş və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etmişdir.

Məktəb öz işini tənzimləmək üçün pedaqoji kollektivin fəallarından işci qrupu yaratmış və qrupun köməyi ilə özünün nizamnəməsini hazırlamışdır. Nizamnamə məktəbin 17 sentyabr 2014-ci il tarixli pedaqoji şurasında müzakirə edilmişdir .Məktəbimizin devizi belədir: “Müstəqil düşünməyi bacaran zehni və fiziki cəhətdən güclü şagirdlər yetişdirmək”.Məktəbdə son illər görülən işlər nəticəsində bir sıra uğurlar əldə olunmuşdur.2017-2018-ci ildə şagirdlərimizin ali məktəbə qəbul faizi 44%-dən 65%-ə qalxmışdır.

Ümumilikdə 12 nəfər müxtəlif universitetlərə qəbul olmuşdur,onların 1 nəfəri 600-dən ,3 nəfəri 500-dən yuxarı bal toplamışdır.

VIII sinif şagirdi Abdullayev Tural fənn olimpiadasında kimya fənni üzrə Respublikada I yerə çıxaraq qızıl medala laiq layiq görülmüşdür.Fənn müsabiqəsində VII sinif şagirdləri Bayramova Nəzrin və Zeynalova Zəkiyyə biologiya fənnindən III yer,Quliyev Əliyusif və Əliyev Kamran kimya fənnindən III yerə layiq görülmüşlər.

Məktəbimizin idmançı şagirdləri Bakı,Respublika və Beynəlxalq yarışlarda iştirak edərək məktəbin adını qazandıqları nailiyyətlərlətanıtmışdır.Belə şagirdlərdən IX sinif şagirdi Məmmədov Yasin,VIII sinif şagirdi Hacıyev Fərid,IV sinif şagirdləri Hüseynli Almaz və Əliyev Əliabbas və başqaları mükafata layiq yerlər tutub,qiymətli hədiyyələrlə və medallarla təltif olunmuşdur.

Haqqında

129 nömrəli məktəb 1979-cu ildən fəaliyyətə başlayıb. Məktəb 2014/2015-ci tədris ilində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib elan olunmuşdur. Məktəb 1176 şagirdin təhsil alması üçün nəzərdə tutulub və birtiplidir. Məktəb 3 mərtəbədən ibarətdir. Məktəbdə kitabxana, idman zalı, akt zalı, tibb otağı, yeməkxana fəaliyyət göstərir. Hazırda məktəbdə1375 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 113 nəfər pedaqoji heyət məşğul olur. Məktəb iki növbədə işləyir. Məktəbdə 57 sinif vardır. Onlardan 20 sinif I-IV, 28sinif V-IX,9 sinif X-XI siniflərdir. Məzunlarımızdan 7 nəfəri Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur. Onların xatirəsini əbədiləşdirmək üçün məktəbin qarşısında xatirə lövhəsi düzəldilmişdir.

Haqqında

Məktəb 1972- ci ildə inşa olunaraq istifadəyə verilmişdir. Məktəb üçmərtəbəli, birtipli korpusdan ibarət olub, geniş idman zalı, yeməkxana, əyani vəsaitlərlə təchiz olunmuş fizika və kimya laboratoriyası, biologiya, ədəbiyyat, rus dili kabinetləri, akt zalı, geniş və işıqlı sinif otaqları olan tədris müəssisəsidir. İlk məktəb natamam orta məktəb olmuşdur. 1974-ci ildə ilk 17 məzun tam orta təhsil alaraq məktəbi bitirmişlər. Məktəbin ilk direktoru tarix müəllimi Mustafayev Mustafa müəllim olmuşdur. Həmin dövürdə Nardaran kənd sakinləri olan Süleymanov Süleyman, Həsənova Seyidxanim, Zeynalova Balacaxanım, Əliyeva Xatirə, Əliyeva Zərifə də digər müəllimlərlə yanaşı gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşlar.

Hal – hazırda 1974–cu ilin məzunlarından (ilk məzunlar) Qədirova Sədaqət Həsən qızı öz doğma məktəbində ingilis dilini sevə-sevə tədris etməkdədir. Cari ildə 800 şagird məktəbdə təhsil alır. 72 nəfərlik işçi heyəti şagirdlərin kamil təhsil alması üçün əllərindən gələni əsirgəmədən çalışırlar. 49 nəfərlik müəllim kollektivi müasir təhsil metodlarını tam tətbiq edərək ciddi cəhdlə çalışırlar. Məktəb 2013-cü ildə əsaslı təmir olunaraq lazım olan bütün müasir əyani vəsaitlərlə, o cümlədən kompüter avadanlıqları və internetə qoşulmuş elektron lövhələrlə təmin olunmuşdur. Fizika və kimya kabinet və laboratoriyaları müasir standartlara tam cavab verir. Hər il məzunlarımız ali təhsil ocaqlarına qəbul olub, təhsillərini davam etdirirlər.