0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

RASİM İBRAHİMOV ADINA 131№Lİ TAM ORTA MƏKTƏB BAKI ŞƏHƏRİ PİRALLAHI RAYONU ÇİLOV ADASINDA YERLƏŞİR.MƏKTƏB 1951-Cİ İLDƏN FƏALİYYƏT GÖSTƏRİR.200 NƏFƏRLİK ŞAGİRD TUTUMU OLAN MƏKTƏBDƏ HAL-HAZIRDA 11 SİNİF OLMAQLA 71 NƏFƏR ŞAGİRD TƏHSİL ALIR.MƏKTƏBDƏ YALNIZ AZƏRBAYCAN BÖLMƏSİ FƏALİYYƏT GÖSTƏRİR.MƏKTƏBƏHAZIRLIQ YOXDUR.MƏKTƏBİN İŞ REJİMİ İKİ NÖVBƏLİDİR.ÜMUMİ SAYI 33 NƏFƏR OLAN İŞÇİLƏRİN 20 NƏFƏRİNİ PEDAQOJİ, 13 NƏFƏRİNİ İSƏ TEXNİKİ İŞÇİLƏR TƏŞKİL EDİR.MƏKTƏBİN BİNASI AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN " 28 MAY" ADINA NQÇİ-NİN BALANSINDADIR.MƏKTƏBİN BİNASI 2007-Cİ İLDƏ AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ TƏRƏFİNDƏN ƏSASLI TƏMİR OLUNMUŞ VƏ MƏKTƏBƏ LAZIM OLAN AVADANLIQLAR VERİLMİŞDİR.

Haqqında

Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəb Binəqədi rayonunda yerləşir. Təhsil müəssisəsi 1970-ci ildən fəaliyyət göstərir. Məktəb 2013-cü ildə əsaslı təmir olunmuş və Respublika Prezidenti cənab İlham Əliyev açılışda iştirak etmişdir.Məktəb 1 növbəli, 5 günlük fəaliyyət göstərir.Yalnız Azərbaycan bölməsindən ibarətdir. Məktəb fəaliyyət göstərdiyi ilk gündən öz ənənələri ilə fərqlənən bir təhsil ocağıdır. Şagirdlər qızıl-gümüş medalla məktəbi qurtarmış, hal-hazırda Respublikamızın müxtəlif bölgələrində məsul vəzifələrdə çalışırlar. Azərbaycandan kənarda da vətənimizin mənafeyini qoruyan çoxlu məzunlar bu gün də öz işlərini məsuliyyətlə davam etdirirlər. Məktəb general Əliağa Şıxlinskinin adını daşıyır. Əliağa Şıxlinskinin həyat və hərbi fəaliyyəti şagirdlərə bir örnəkdir. Bu gün fəxrlə deyə bilərik ki, I Qarabağ müharibəsində şəhid olmuş İsmayılov Rafiq Seyfəddin oğlu, II Qarabağ müharibəsində şəhid olmuş Şərifov Turan Vidadi oğlu, Heydərov Əli Vaqif oğlu, Mustafayev Elnur Nəcəf oğlu məktəbin məzunu olmuşdur. İdman və musiqi sahəsində də fəaliyyət göstərən şagirdlər çoxdur. Hazırda məktəbdə 669 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 47 müəllim məşğul olur. Onlardan 1 nəfəri Respublikamızın Əməkdar müəllimidir. Hər il məzunlar ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edirlər. 600-dən çox bal toplayan şagirdlərin sayı ildən-ilə artır.

Haqqında

Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəb 1973-cü ildən fəaliyyət göstərir. Məktəb 1994 – cü ildən Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş 136 nömrəli tam orta məktəbin məzunu Milli Qəhraman Rasim Mayıl oğlu Sadıqovun adını daşıyır. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tikinti İdarəsi tərəfindən məktəb təmir olunmuş, 2007-ci ildə isə 640 şagird üçün ikinci yeni tədris korpusu inşa edilmişdir. 1 binadan və 1 yeni tədris korpusundan ibarətdir. Məktəbimiz 5 günlük iş rejimi ilə işləyir. Hal-hazırda məktəbdə 94 sinif otağında 2608 şagird təhsil alır ki, bunun 196 nəfəri , məktəbə hazırlıq sinifində təhsil alır. Dərslər Azərbaycan dilində tədris olunur.

Haqqında

Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137№li tam orta məktəb 1971 -ci ildən fəaliyyət göstərir.1971-2007-ci illərdə əsas,2007-2008-ci tədris ilindən bu günə kimi tam orta məktəb kimi fəaliyyət göstərir.Yeni məktəb 2007-ci ildə Təhsil Nazirliyinin xətti ilə tikilmişdir.Məktəbdə yer tutumu 840 nəfərlikdir və hal -hazırda 1498 nəfər şagird təhsil alır.Bu tədris ocağında 80 daimi işləyən müəllim var.Məktəb 2 növbədə 5 günlük fəaliyyət göstərir.

2020-2021– ci tədris ili IX b və XI a, b, c, ç sinifini bitirmiş adları aşağıda qeyd olunan şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarında iştirak etmiş IX və XI sinif məzunlarına ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatı verilmişdir.

Haqqında

Məktəb 1977- ci ildə tikilmişdir. Layihə tutumu şagird sayına görə1176 nəfərdir. Məktəb 05.07.2010 cu il tarixində 997 nömrəli sərəncam ilə 2009/ 2010 сu tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəb 2013-cü il tarixində may ayında əsaslı təmir olunmuşdur. Açılışda Respublikanın Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Müəllimlərin sayı 95 nəfərdir. Hazırda məktəbdə 1102 şagird təhsil alır. 6.Məktəb dəfələrlə Respublika və rayon üzrə keçirilən idman, hərbi və bilik yarışlarında birincilik və bir sıra uğurlar əldə etmişdir. Məktəbdə ilk dəfə 6 ədəd elektron lövhə verilmişdir. Bu lövhələr (kompyuter, proyektor dəsti ilə təchiz olunmaqla) 6 sinif otağında quraşdırılmışdır. Bu otaq və kabinetlərdə işləyən fənn müəllimləri kursdan keçmişlər. Məktəbdə qızlar və oğlanlar üçün əmək hazırlığı otaqları yeni avadanlıqlarla təchiz edilmiş, 2014/2015 - ci dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. 2012/2013 - cü dərs ilində etibarən məktəbdə Pilot layihə olaraq "Şahmat" dəsrlərinin keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 01.08.2012-ci il tarixli 261 saylı əmri ilə bu dərslər uğurla davam etdirilir. "Gənc İcma Mikrolayihə" Füzuli rayonu 30 №li məktəbin şagirdləri ilə Bakı şəhəri 138 №li tam orta məktəbin şagirdləri yaradıb, bu işdə uğurla davam etdirilir. Məktəbdə 2 sayda kompyuter sinfinin yaradılması və kadr potensialı informatika və HT əsaslı fənninin tədrisinin şəbəkəsinin genişləndirilməsində imkan yaratmışdır. Müəllimlərin "Sınaq qiymətləndirilməsinin" nəticəsi uğurlu olmuşdur. Belə ki, rayon üzrə göstəricimiz 4 - ü, lisey olmaqla ilk yeddilikdə olmuşdur. Bu və digər uğurlarımızın nəticəsində məktəbimiz Təhsil Nazirrliyi tərəfindən yaxşı dövlət məktəbi kimi dəyərləndirilmiş, bağlanan lisey şagird valideynlərinə müraciət zamanı 138 №li tam orta məktəbə də uşaqları etibar etmələri tövsiyyə olmuşdur. 2014/2015 – ci dərs ilində üç məktəblərdən biri olmaqla Oktyabrın 15-də “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” Təhsil Nazirliyi, “British Council” və Bakcell şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən pilot layihədə iştirak etmiş fiziki tərbiyə müəllimləri Məmmədov Rövşən Kamal oğlu, Kürdiyeva Xatirə Məmməd qızı, Məmmədova Şərqiyə İsa qızı, ibtidai sinif müəllimləri Məmmədova Ülviyyə Əbdülrəhman qızı və Hacıyeva Pərvanə Tiflis qızı sertifikat almışlar. 2015/2016 – cı dərs ilində Azərbaycan Respublikası Təhsil nazirinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 18.03.2015 – ci il tarixli, 311 nömrəli əmri ilə məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmaları istiqamətində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” ilə əmr verilmişdir. Məktəbin direktoru Mirheydərli Mirfaiq Mirabbas oğlu, ibtidai sinif müəllimləri Abdullayeva Gülər İmanqulu qızı, Əliyeva Səbinə Kamandar qızı 21 avqust – 27 avqust 2015 – ci il tarixlərdə Təhsil Nazirliyində Almaniyadan gəlmiş mütəxəssislərlə treninqdən keçmişlər. 30 avqust – 05 sentyabr tarixlərdə isə Almaniyanın Düsseldorf şəhərində Beynəlxalq Menecment və Texnalogiyalar Akademiyasında treninqlərdə iştirak edərək serifikatlar almışlar. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandığına görə Xətai rayonu 138 nömrəli tam orta məktəb "Ən yaxşı ümumi təhsil müəssisəsi" seçilmiş və 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.

Haqqında

Elxan Həsənov adına 139 №-li tam orta məktəb Bakı şəhəri Lökbatan qəsəbəsi Nizami küçəsi 1 ünvanında yerləşir. Məktəb 3 korpusdan ibarətdir. Əsas korpus 1957- ci ildə tikilmişdir. 2006-cı ildə ibtidai siniflər üçün əlavə korpus tikilmiş, 2011-ci ildə isə 12 sinif otağından ibarət yeni bina inşa edilmişdir. Məktəb 960 yerlikdir. Hazırda burada 2085 şagird təhsil alır. İki növbəli, 6 günlük iş rejimində fəaliyyət göstəririk. Onlarin təlim və tərbiyəsi ilə 82 müəllim məşqul olur. Təhsil Azərbaycan rus dillərində aparılır. Rus bölməsi üzrə 21 sinif komplektində 1013 şagird təhsil alır.