0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri 153 №-li tam orta məktəb 1962-ci ildən fəaliyyət göstərir. Məktəb 3 binadan ibarətdir. Bina 1962-ci ildə, digər binalar 1990-cı ildə tikilmişdir. Məktəb ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş Milli Qəhrəman M. İbrahimovun adını daşıyır. Məktəbdə 1500 şagirdi təhsil ala biləcəyi bütün sinif otaqları, ayrı-ayrı fənnlər üzrə kabinetləri, 70 sinif otağı, iki idman zalı, geniş akt zalı, kitabxana, yeməkxana, tibb məntəqəsi müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Məktəbdə hal-hazırda 1163 şagird təhsil alır. Şagirdlər 45 sinifdə komplektləşdirilmişdir. Məktəbdə 93 müəllim fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 07 oktyabr 2013-cü il tarixində məktəbdə əsaslı təmir işlərinə start verilmişdir. 01 sentyabr 2014-cü il tarixədək təmir işləri başa çatmışdır. Bu müddət ərzində məktəbin dam örtüyü, istilik sistemi, işıqlanma su kanalizasiyası və sistemləri əsaslı təmir olunmuşdur. Bütün sinif otaqları yeni lazımı avadanlıq və ləvazimatlarla təchiz edilmişdir. Məktəbin həyətyanı sahəsinin asfalt örtüyü yenilənmiş, hasar çəkilmişdir. Hal-hazırda məktəb müasir standartlara cavab verir və yeni tədris ilinə tam hazırdır. Bütün görülən işlərə görə möhtərəm Prezident İlham Əliyev cənablarına dərin təşəkkürümüzü bildiririk.

Haqqında

Əsası 1936-ci ildə qoyulmuş milli qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli tam orta məktəbin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır. Məktəb 3 korpusdan ibarətdir, 960 şagird yerlikdir. 30 sinifdə 858 şagird təhsil alır və onların tərbiyəsi ilə 54 müəllim məşğul olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilində əsaslı təmir olunmuş məktəbin yeni binasının açılışında iştirak edib.
Məktəbdə müasir təlabata tam uyğun olan sinif otaqları, fənn kabinetləri, idman zalı, stadion, akt zalı, tibb otağı və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq da məşğul olur. Onların sağlamlığına həkim nəzarət edir. Məktəbəqədər və məktəb təhsili proqramlarında məntiqi bağlılıq və varislik gözlənilir. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir evdir. Məktəbin əsas üstünlüklərindən biri də burada yüksək ixtisaslı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır. Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar şəklində aparılır. Günün ikinci yarısında uşaqlar müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər. Tez-tez Bakının görməli və maraqlı yerlərinə (zooparka, botanika bağına, muzeylərə,teatrlara və s.) tanışlıq ekskursiyaları təşkil olunur. Məktəbdə mehriban, həmrəy şagird kollektivi vardır. Bu mehribanlıq, səmimi münasibət məzunlarla da əlaqəmizi möhkəmləndirir. Hər il bizim məktəbimizə yeni-yeni şagirdlər qəbul edilir.

Haqqında

Məktəb 5 günlük iş həftəsi ilə 2 növbədə fəaliyyət göstərir. Təhsil ocağı 26 yanvar 1996–cı ildən məktəbin şəhid məzunu Cəlal Cavad oğlu Məmmədyarovun adını daşıyır.

Məktəbin ikinci korpusu 2013 - cü ildə istifadəyə verilmişdir. Məktəbdə təhsil alan 899 şagirdin təlim - tərbiyəsi ilə 61 nəfər əsas, 1 nəfər əvəzçi pedaqoji işçi məşğul olur. Vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşüncəyə malik, milli-mənəvi keyfiyyətləri dəyərləndirməyi bacaran, hərtərəfli inkişaf etmiş bir vətəndaş, bir şəxsiyyət yetişdirmək məktəb kollektivinin prioritet istiqamətlərindəndir.

Məktəb tədris keyfiyyətinin yüksəldilməsi, məktəblilərin bilik, bacarıq qabiliyyətlərinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili , mənəvi və fiziki tərbiyələrinin, dünyagörüşlərinin , mədəni davranışlarının, kreativ düşüncə tərzlərinin formalaşması məqsədilə bir sıra pedaqoji, mədəni-kütləvi tədbirlər həyata keçirir.

Haqqında

Xəzər rayonu 156 nömrəli tam orta məktəb Şüvəlan qəsəbəsində yerləşir. 1935 – ci ildə mədrəsə adı ilə tikilmiş (Axund Zeynulla adlı şəxs tərəfindən), sonra Ruhulla Axundovun (ilk Xalq Maarif Naziri) köməyi ilə məktəb kimi fəaliyyətə 1935/36 – cı ildə başlamışdır. Məktəb binası 1941–45 –ci ildə qospitala çevrilmişdir. Həmin illərdə məktəb öz fəaliyyətini hərbi - komissarlığın binasında davam etdirmişdir. Həmin illərdə rayonda (Əzizbəyov rayonu) heç bir məktəb on illik olmadığından bütün qəsəbələrdən bu məktəbə on illik təhsil almaq üçün şagirdlər gəlmişlər. Hal-hazırda məktəbin 87 yaşı var. 2006 – cı il iyul ayında bu məktəb artıq müasir standartlara cavab verə bilmədiyi üçün Heydər Əliyev fondu tərəfindən sökülüb, yenidən tikildi. Sinif otaqları, laboratoriyalar, kitabxana, idman zalı, akt zalı, yeməkxana, 5 yaşlı uşaqlar üçün şərait müasir məktəb səviyyəsindədir.Hal – hazırda məktəbdə 1833 şagird təhsil alır, məktəb iki növbəli, 5 günlükdür. Bu şagirdlərin təhsili ilə 92 müəllim məşğul olur. Məktəbin məzunları içərisindən tanınmış, görkəmli, məsul vəzifədə çalışan, xeyirxah işlər ilə xalqın rəğbətini qazanan adamlar da az deyildir. Belə ki, Azərbaycan LKGİ Mərkəzi Komitəsində, Azərbaycan KP Əzizbəyov rayon komitəsində, Bakı şəhər Xalq Deputatlar Soveti İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmış, 7 dəfə qəsəbə xalq deputatları sovetinin deputatı seçilmiş, 3 çağırış Milli Məclisin deputatı seçilmiş, “Əməkdə fərqlənməyə görə” medalı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş, hal - hazırda Mərkəzi Seçki Komissiyasının sədr müavini vəzifəsində çalışan Şaitdin Əliyev, Azərbaycan Respublika Mülki Müdafiə Qərargahının uzun illər rəisi vəzifəsində çalışmış, hazırda istefada olan Generel Sabir Əliyev, Bakı Dövlət Universiteitnin uzun illər professoru olmuş, biologiya elmlər doktoru mərhum Tuba Abdullayeva, texnika elmlər doktoru, uzun illər Rusiyada yaşamış professor Böyükağa Quliyev, hal- hazırda Xəzər rayon YAP-ın şöbə müdiri, uzun illər Rayon Təhsil şöbəsinin müdiri işləmiş İlham Məmmədov, Dövlət əmlak komitəsinin Xəzər rayonu İdarəsinin ilk rəisi olmuş, nümunəvi işçi kimi dəfələrlə Fəxri Fərman almış Hacı Rövşən Salahov, Azərbaycanın tanınmış şairi, sonralar Türkiyədə yaşamış Almas İldırımın qardaşı oğlu xeyriyyəçi Hacıağa Almaszadə, xeyriyyəçi Hacı İntiqam Atayev, Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətov, Respublikanın əməkdar müəllimləri Afət Bakıxanova, Elmira Cabarova və digər tanınmış şəxsiyyətlər məktəbin məzunları olmuşlar. Məktəbin məzunları içərisində son illərdə təhsillərini xarici ölkələrdə davam etdirib, Vətənimizə dönənlər də kifayət qədərdir. Məktəb fəaliyyət göstərdiyi dövrdə çoxlu nailiyyətlər qazanıb. Hal-hazırda məktəbə İsmayılova Gülər Bəhram qızı rəhbərlik edir. Son dövrlərdə məktəbi qızıl medalla, Fərqlənmə attestatları ilə bitirən Respublika Fənn Olimpiadalarında qalib gələn, 500-600-dən yuxarı bal toplayan Respublikanın və dünyanın aparıcı ali məktəblərinə daxil olan, idman sahələrində böyük nailiyyətlər göstərən şagirdlərimiz də xeyli saydadır. Məktəbdə II Qarabağ Müharibəsində 27 nəfər məzunumuz böyük şücaətlər göstərmiş, bir sıra medallarla təltif olunmuşlar. Məktəbin foyesində “Zəfər Muze”yi hazırlanmışdır. Hal-hazırda məktəb rəhbərliyi təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişaf etdirilməsi, şagirdlərin meyl-marağına görə qurulması, istedadlı şagirdlərin aşkara çıxarılması üzrə müəyyən işlər görür. Bu işlər ardıcıl və məqsədyönlü şəkildə aparılır.

Haqqında

Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəb 1978-ci ildə inşa edilərək istifadəyə verilmişdir. 1978-ci ildən məktəb rus məktəbi olub, təhsil rus dilində aparılıb. Məlum hadisələrdən sonra məktəb beynəlmiləl məktəb olub. Həm Azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir. 157 nömrəli tam orta məktəbin məzunu olmuş Famil İsgəndər oğlu İsgəndərovun adını daşıyır. O, Binəqədi rayonundakı 157 nömrəli tam orta məktəbi bitirmişdir. Famil İsgəndərov Ağdərə və Tərtər bölgələrində gedən qanlı döyüşlərdə iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə İsgəndərov Famil İsgəndər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Oxuduğu 157 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.Məktəbdə hal-hazırda tədris həm azərbaycan, həm rus dilində aparılır. Məktəbdə 48 sinifdə şagirdin təlim-tərbiyəsi ilə 126 nəfər müəllim məşğul olur. Məktəb 5 günlük,2 növbəlidir. Məktəbimiz Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 nömrəli sərəncamı ilə 2011-2012 ci tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. 2014-cü ildə məktəb möhtərəm Prezidentimizin müvafiq sərəncamına əsasən əsaslı təmir edilmiş, fizika, kimya, biologiya laboratoriyaları, Mimio lövhələr, Prometan lövhələrlə təchiz edilmiş, yeni kompüterlər alınmış, istilik sistemi tamamilə dəyişilmiş, məktəb yeni avadanlıqlarla təmin edilmişdir. Dövlətimizin məktəbimizə göstərdiyi bu diqqət və qayğı müəllim və şagird kollektivi tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Məktəb ixtisaslı müəllimlərlə tam təmin edilmişdir.

Haqqında

Bakı şəhərinin ən böyük məktəblərindən biri olan 158 №li tam orta məktəb Yasamal rayon ərazisində yerləşir. İllərdən bəri öz nümunəvi fəaliyyəti ilə fərqlənən təhsil ocaqlarından biri olan 158 № li tam orta məktəb 1961 - ci ildə eyni ünvanda inşa olunmuşdur. Məktəb hər biri 4 mərtəbədən ibarət 3 əsas və 1 yardımçı korpusdan ibarətdir. Təməli qoyulandan yüksək pedaqoji təcrübəsi olan müəllimlərin məktəbə cəlb olunmasının bariz nümunəsidir ki, inşa olunandan bu günə kimi məktəbimiz Azərbaycanda, habelə dünyada öz sözünü söyləmək gücünə malik məzunlar yola salmışdır. 2011 - 2012 - ci tədris ilində ölkə başçısının sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" olan 158 № li tam orta məktəb hal-hazırda direktor, 5 direktor müavini, psixoloq, UBTR, GÇHR, 179 müəllim və 2 kitabxanaçıdan ibarət pedaqoji kollektivə malikdir və 3022 şagirdi var. Məktəbdə təlim azərbaycan və rus dillərində aparılır. İkinci xarici dil kimi rus, ingilis, alman və italiyan dilləri tədris olunur. Məktəb 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəcamına əsasən ilk dəfə əsaslı təmir olunaraq şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Sevindirici, eyni zamanda qürurverici haldır ki, cənab Prezident və xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2013-2014-cü dərs ilinin ilk günü - 16 sentyabrda məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında şəxsən iştirak etmişlər. Məktəbimiz “Bilik Fondu”nun xətti ilə “Qardaşlaşmış məktəblər layihəsi”nə qoşularaq Qax rayonunun 1 saylı məktəb – liseyi və OSEP layihəsi çərçivəsində İtaliya səfirliyinin təşəbbüsü ilə qardaşlaşmışdır. 158 № li tam orta məktəb müxtəlif pilot layihələrin iştirakçısıdır: Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunduğu Yasamal rayonunda 3 pilot məktəbdən biridir. Məktəbimizdə ümumtəhsil məktəblərinin pilot məktəbəhazırlıq qrupları təşkil olunub. 2016-cı ilin dekabr ayından Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ölkəmizin təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəblinin dostu” pilot layihəsi də uğurla həyata keçirilir. 2016 - ci ildə "Yaz həyəti" layihəsində məktəbimiz "Nümunəvi yaz həyəti" nominasiyası üzrə Cənab nazirin imzası ilə I yerə layiq görülmüşdür. Bir çox layihələrin uğurla icra edildiyi məktəbimizdə ilboyu müxtəlif ali təhsil müəssisələrindən 500 - dən artıq tələbə təcrübə keçmək məqsədilə gəlir. Uğurlu təlim - tərbiyənin, yüksək təhsilin nəticəsidir ki, bu gün məktəbimizin şagirdləri öz sözlərini bir çox sahələrdə deməyə müvəffəq olmuşlar. Məktəb "Gənc Lütfizadələr" yetişdirməkdədir. Bunun əyani sübutudur ki, 6 - cı sinif şagirdi Məmmədov Kamran - məntiq olimpiadasında respublika üzrə 28835 nəfər arasında 83 medalistdən biri olmuşdur. Məktəbin idman sahəsində uğurları da saysızdır. Bakı - 2015 Avropa oyunlarında 21 qızıl medalçıdan 2 nəfəri - Ayxan Tağızadə və Elvin Mürsəliyev məktəbin məzunlarıdır. 2016 - cı ilin dekabr ayında məktəbin şagirdi Qasımov Hacalı sambo üzrə dünya çempionatında erməni idmançıya 6:0 hesabında qalib gələrək dünya çempionu adını qazanmışdır. Məzunlarımız ali məktəbə qəbulu üzrə göstərici daima 60-70% səviyyəsində olmuşdur. Yüksək təhsilləri zirvələri fəth etməyi qarşısına məqsəd qoyan direktor Mehriban Ələkbərova və geniş kollektiv daha geniş uğurların əldə olunması, şagirdlərin daha yaxşı şəraitdə təhsil olunması üçün əlindən gələni əsirgəmir.