0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəb 1927-ci ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1971-ci ildə tikilib istifadəyə verilmişdir. Məktəb 850 yerlikdir. 2008-ci ildə məktəbin həyətində 300 yerlik yardımçı bina tikilmişdir. Hər iki korpus birlikdə 1150 yerlikdir. Hazırda məktəbdə 2500-dən yuxarı şagird təhsil alır. Məktəbdə tədris iki növbəli və altı günlük sistemdə aparılır. Məktəb Hüseynbala Ağaverdiyev adını daşıyır. H.Ağaverdiyev 1927-1929-cu illərdə Azərbaycan SSR XTŞ-nin sədri, 1929-1934-cü illərdə Azneft Birliyi rəisinin müavini,1935-ci ildən Azərbaycan SSR XKS-nin sədr müavini, eyni zamanda Xalq yerli Sənaye komissarı vəzifəsində çalışıb. İkinci Dünya müharibəsindən əvvəl və sonralar da məktəbin məzunları Azərbaycan dövlətinin adını dünya ölkələrində tanıtmış, onun fəxri olmuşlar. Birinci Qarabağ müharibəsində məktəbimizin 9 nəfər məzunu şəhid olmuşdur. Onların xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin həyətində " And yeri " abidəsi ucalır. İkinci Qarabağ müharibəsində məktəbin yetirmələri döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciətlər etmiş və igidliklə vuruşmuşlar. Məktəbin yetirmələri: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident. X.Yusifzadə, şərqşünas-alim, professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş V.Məmmədəliyev, Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının xalq artisti (2018).V. Məmmədəliyev

113 nömrəli tam orta məktəb öz məzunları ilə hər zaman fəxr edib.

Haqqında

114 nömrəli tam orta məktəb 1966 - cı ildən istifadəyə verilmişdir. Məktəb 1 əsas,.2 yardımçı binadan ibarətdir. 2006-cı ildə 300 yerlik 3 mərtəbəli 15 sinif otağı, 2010-ci ildə 800 nəfərlik 3 mərtəbəli 40 sinif otağından ibarət yardımçı binalar tikilib istifadəyə verilmişdir. Məktəbin əsas binası və yardımçı binalardan biri 2021- ci ilin fevral ayından cari təmir olunmağa başlamışdır. Hal - hazırda təmir və bərpa işləri davam edir.

Məktəbimiz I - ci Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan məzun şəhid Abil Səfərovun adını daşıyır.

2009 - 2010 - cu tədris ilində məktəbimiz "50 Yaxşı ümumi təhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Məktəbin pedaqoji kollektivi 148 müəllimdən ibarətdir. Qeyd etmək lazımdır ki, fəaliyyət göstərən müəllimlər arasında məktəbin məzunları da kifayət qədərdir. Hal-hazırda məktəbdə 2234 şagird təhsil alır. Bu şagirdlər 90 sinifdə komplekləşmişdir. Məktəb şagird sıxlığına görə 2 növbədə fəaliyyət göstərir. Məktəbdə 7 məktəbə hazırlıq qrupu və 1 günüuzadılmış qrup fəaliyyət göstərir. Məktəbdə ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən zəngin "Lektoriya Zalı" fəaliyyət göstərir.bMəktəblilər arasında keçirilən ən yaxşı bilik yarışları, Heydər Əliyevin irsini özündə əks etdirən nümunəvi dərslər məhz bu zalda keçirilir. Şagirdlər bu otaqda keçirilən dərslərdən zövq alırlar.

Məktəbdə 1 idman zalı, kimya, fizika, biologiya, texnologiya, linqafon və kompyuter kabinetləri vardır.

2014 - 2015 ci tədris ilində Bakı şəhəri üzrə "Sağlam Təhsil - Sağlam Millət" layihəsinə qoşulan 5 məktəbdən biri bizim məktəb olmuşdur. Layihədə fəaliyyət göstərən müəllimlər "ustad müəllim" adını almışlar. Hal - hazırda məktəbdə "Sağlam Təhsil - Sağlam Millət" layihəsinə qoşulan 12 sinif vardır.

Cari tədris ilində məktəbdə tam orta təhsil səviyyəsində 5 təmayül sinif fəaliyyət göstərir. (10 A, 10 B,10 C, 11 A, 11 B)

2017 -ci ildən məktəbimizdə informatika fənni üzrə "Alqoritmika" layihəsi, 2018 - ci ildən isə “Rəqəmsal bacarıqlar”, “STEAM” layihələri uğurla həyata keçirilir və bu layihələr çərçivəsində şagirdlərimiz yerli və Beynəlxalq müsabiqələrə qatılaraq qaliblər arasında yer alırlar. 2019 - cu ildən məktəbimizdə "Məktəbin dostu" layihəsi fəaliyyətə başlayıb.

Məktəbimizin şagirdləri rayon, şəhər tədbirlərində, fənn olimpiadalarında məktəbin şərəfini ləyaqətlə qoruyurlar. Hər il məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri ürəkaçan olur, məzunlarımız arasında xaricdə təhsil alan, 600-dən yüksək bal toplayanların sayı ilbəil artır.

2019 - 2020 - ci tədris ilində məktəbin məzunu Əliyev Həsənbala Fuad oğlu 4 - cü qrup üzrə qəbul imtahanında tam nəticə göstərərək, 400 bal toplayaraq respublika üzrə 5 məzundan biri olmuşdur. Ümumilikdə 691 bal toplayaraq məktəbimizə daha bir uğur qazandırmışdır. Prezident təqaüdünə layiq görülən məzunlarımızın sayı ilbəil artmaqdadır. “2019 - 2020 - ci tədris ilində məktəbin 3 məzunu Allahverdiyev Nüsrət Ramil oğlu, Əlyev Həsənbala Fuad oğlu və Orucov Əlövsət Əli oğlu Prezident təqaüdünə layiq görülmüşdür.

Məktəbin məzunu Allhverdiyev Nüsrət Ramil oğlu 2019 - 2020 - ci tədris ilində tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl nişanla təltif olunmuşdur.

2020 - 2021 - ci tədris ilində tam orta təhsili başa vurub, ali məktəbə sənəd verən 11 "A" sinfinin 31 şagirdindən hamısı ali məktəbə qəbul olmuşdur. Onlardan 30 - u 1 - ci ,1 nəfər isə 2 - ci mərhələdə tələbə adı qazanmışdır.

Son illər məktəb kollektivinin inkişafyönümlü layihələrdə iştirak etməsi ənənə halını almışdır.

2018 - ci ildə məktəbin direktoru Novrucova Ceyran pedaqoji kollektivin təstəyi ilə "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Grand müsabiqə" sində "Düzgün peşə seçiminin cəmiyyətə və şəxsiyyətə təsiri" mövzusunda qalib olmuşdur.

2021 - ci ildə məktəbin fransız dili müəllimi İsmayılova Ülkərin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Grand müsabiqə" sinə fərdi kateqoriya üzrə təqdim etdiyi "Fransız dilinin tədrisində faydalı onlayn qiymətləndirmə vasitələri" layihəsi qalıb olmuşdur.

Məktəbdə kollektiv üzvləri sırasından: Novruzova Ceyran Kamal qızı - "Əməkdar müəllim" fəxri ada, Cəfərova İradə Mövsüm qızı - "Fəlsəfə elmləri üzrə namizəd" elmi dərəcəyə, Heydərova İlahə “Tərəqqi” medalına layiq görülmüşdür.

Haqqında

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb 1966-cı ildən fəaliyyət göstərir. Məktəbdə 1260 şagird yeri vardır. Məktəb bütün ixtisas müəllimləri ilə təmin edilmişdir. Məktəbdə 2019- 2020 -cı dərs ilində 1872 şagird oxuyur. Məktəbdə 185 müəllim işləyir. Məktəb 2 növbəlidir. I növbədə 51 sinif, II növbədə 19 sinif təhsil alır. Məktəbdə şagird sıxlığı nəzərə alınaraq 2005-ci ildə Təhsil Nazirliyi tərəfindən 340 nəfərlik əlavə korpus tikilmişdir. 2014-cü ildə məktəbin hər 2 korpusu əsaslı təmir edilmişdir.

Məktəb elektron və texniki avadanlıqlarla təmin edilmişdir. Məktəbdə 3 laboratoriya (Fizika, Kimya, Biologiya) , 3 informatika kabineti, 4 fənn üzrə ( Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Tarix, Coğrafiya ) elektron kabinetləri fəaliyyət göstərir.14 ədəd " prometian " ağıllı lövhələrlə təchiz edilmiş sinif otaqları şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə mini futbol meydançası, idman zalı, GÇH kabineti, akt zalı vardır. Məktəbdə dərslər İKT-nin tətbiqi ilə keçirilir. Məktəbdə 3 kompüter kabineti təşkil edilmişdir. Dərslərdə elektron dərsliklərdən istifadə edilir. Məktəb öz məzunları ilə olimpiada ,müsabiqələr və idman yarışlarının qalibləri ilə fəxr edir.

Haqqında

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının böyük rol oynadığını gözəl bilən H.Əliyev 1969-cu ildə hakimiyyətə gələn kimi respublika ərazisində çoxlu sayda kitabxana, klub, muzey və ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi haqqında sərəncam imzaladı. 1969-cu ildə tikilib istifadəyə verilən məktəblər sırasında Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində tikilmiş 116 nömrəli tam orta məktəb də vardı. Geniş və işıqlı məktəb vətən övladlarına doğma ana dilində təlim-tərbiyə verirdi. Əvvəllər məktəb iki növbəli iş rejimində işləyirdi. 2008-ci ildə ikinci tədris korpusu tikilib istifadəyə verildikdən sonra məktəb bir növbəli iş rejiminə keçib. Məktəb çox savadlı, təcrübəli və bacarıqlı pedaqoji kollektivə malikdir. Məktəb ilk vaxtlar 116 nömrəli tam orta məktəb adlandırılsa da, hal-hazırda məktəb mərd, cəsur, bu məktəbin coğrafiya müəllimi, Qarabağ müharibəsində şəhid olmuş Murad Hacıyevin adını daşıyır.

Ümumi sahəsi 19441.5 m2 olan üçmərtəbəli binada geniş və işıqlı sinif otaqları, müxtəlif fənn kabinetləri var. Məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Məktəb 2011-ci ildə əsaslı təmir olunub. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, laboratoriyalar, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib. Təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Məktəbin 1 kimya, 1 fizika, 1 biologiya, 4 informatika (98 kompüter var) kabinetləri və laboratoriyaları müasir avadanlıqla təchiz edilib. Burada şagirdlər zəngin ədəbiyyat fondu olan kitabxanadan istifadə edirlər. Məktəbdə 2016-2017-ci tədris ilində 1000 nəfər şagird+ 46 nəfər məktəbəhazırlıq təhsil alırdısa, hal-hazırda məktəbdə 1269 nəfər şagird +84 nəfər məktəbəhazırlıq təhsil alır. 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan dili üzrə aparılır. Təhsil müəssisəsində 92 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 118 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Dərslər müasir texnologiyaya əsaslanır. Belə ki, son dövrlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblərə tətbiq olunan Rəqəmsal bacarıqlar, STEAM, Pilot dərsliklər, Təbiət elmləri layihələri məktəbimizdə icra olunur. Məktəb olaraq istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadı və hazırlığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsi məqsədilə respublika fənn olimpiadalarına, Lütfizadə adına məntiq olimpiadasına, “Sabahın alimləri” Respublika müsabiqəsinə şagirdlərin hazırlanması və iştirakını təmin etmişik. Bunun nəticəsi olaraq respublika fənn olimpiadasında məktəbin məzunu olmuş Məmmədli Qədir Ceyhun oğlu 2017-ci ildə Azərbaycan tarixi fənnindən 2-ci yerə, Məmmədov Azər Hüseyn oğlu 2018-ci ildə coğrafiya fənnindən 3-cü yerə, Hüseyn Filiz Nəbi qızı isə fənn müsabiqəsinin final mərhələsində riyaziyyat fənnindən II yerə layiq görülmüşdür. Məktəbimizin IX a sinif şagirdi Şirəliyev Riyad Oqtay oğlu Taekvondo üzrə Qəbələ şəhərində keçirilən "Koreya Səfiri kuboku" yarışmasında I yer, Yunanıstanın Afina şəhərində "Prezident kuboku" yarışmasında I yer, Bolqarıstanın Sofiya şəhərində "Açıq birinciliyi" yarışmasında I yer, Türkiyənin Antalya şəhərində "Avropa Çempionatı" yarışmasında II yer, Misirin Şarm El Şeyx şəhərində "Dünya birinciliyi" yarışmasında III yer tutmuşdur. 2019–cu ildə Koreya Səfirliyinin Taekvando üzrə Dünya Çempionluq Kupasında çıxışına görə III yerə layiq görülüb. Gürcüstanda keçirilən Kyokşin Karate üzrə Beynəlxalq Qafqaz kuboku yarışında məktəbimizin VIII sinif şagirdi Hacıyev Rüfət Səxavət oğlu erməniyə qalib gələrək birinci yerə çıxmışdır. Kubok, qızıl medal və diplomla təltif olunmuşdur. VIIIa sinfi Rüfət Hacıyev, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Kyokşin Karate üzrə 6 ölkənin iştirak etdiyi beynəlxalq turnirdə qalib olmuşdur. İran İslam Respublikasının Mazandaran şəhərində keçirilən Kyokuşin Karate üzrə Beynəlxalq Çempionat turnirində məktəbimizin VIII sinif şagirdi Hacıyev Rüfət Səxavət oğlu III yerə layiq görüldüyünə görə diplom, kubok və medalla təltif olunub. Beynəlxalq İko Matsuşima Karate Kyokşin Kaykan təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən Beynəlxalq Kyokşin Karate-do üzrə açıq yarışda I yerlə mükafatlanmışdır. IVd sinif şagirdi Lalə Mirkamal Tural qızı, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Kyokşin Karate üzrə 6 ölkənin iştirak etdiyi beynəlxalq turnirdə qalib olmuşdur. Vb sinif şagirdi Vəkilova Xədicə Namiq qızı, Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Kyokşin Karate üzrə 6 ölkənin iştirak etdiyi beynəlxalq turnirdə qalib olmuşdur..

Təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədilə Azərbaycan RespublikasıTəhsil Nazirinin 2017-ci il 4 avqust tarixli 236 nömrəli əmrinə əsasən 15 avqust – 10 sentyabr 2017-ci il tarixləri arasında Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrin həyata keçirilməsinə başlanıldı. Bizim məktəb də 23 may 2018-ci ildə təşkil olunmuş ''Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində (Keçmiş ilin məktəbi) Şagird-Mentor layihəsi” ilə iştirak etmiş və qalib olmuşdur. Layihənin məqsədi şagirdlərin daha yaxşı təhsil almaları üçün zəif nəticə göstərən şagirdlərə yardım etməkdir. Layihənin məqsədinə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr tələbələrinin iştirakı ilə təhsildə geri qalan şagirdlərin inkişafına köməklik göstərildi. Məktəbimizin Vlll sinif şagirdi Elman İsmayıl Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Kapital bankın dəstəyi ilə Vl-lX- cu sinif şagirdləri arasında keçirilən Nə? Harada? Nə zaman? oyunu üzrə rus dilində keçirilən "Bahar " onlayn turnirində "Oгни Ваку" komandasının üzvü kimi iştirak etmiş, qalib gələrək l dərəcəli diplom və medalla təltif olunmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. Məktəbimizin "Gənc Kimyaçılar" komandası müvəffəqiyyət qazanaraq III mərhələdə iştirak etmək hüququ qazanıblar. Azərbaycan dövlətinin qurucusu dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat müsabiqəsi"ndə məktəbimizi IX sinif şagirdi Qəniyeva Nastya qalib gələrək Respublika üzrə I yerə layiq görülmüş, I dərəcəli diplomla təltif edilmişdir. Təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edib, Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva məktəbə təşəkkür məktubu ünvanlamışdır. Məktəbin 2ç sinif şagirdi Kövsər Qurban Orxan qızı HKIMO (Hong Kong International Mathematic Olympiad) Hong Kong Beynəlxalq Riyaziyyat Olimpiadası /respublika üzrə heat round – “Bürünc Medal" və Beynəlxalq Finala vəsiqə qazanmışdır. (HKİMO Təşkilatının Azərbaycan düstribüturluğu) (Hong Kong - Azərbaycan).

2018-2019-cu tədris ilində məzunlarımızın 76%-i, 2019-2020-ci tədris ilində 75%-i, 2020-2021-ci tədris ilində 93%-i ali məktəbə qəbul olmuşdur. 2018-2019-cu tədris ilində 3 nəfər, 2019-2020-ci tədris ilində 2 nəfər Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında 600 - dən çox bal toplamışlar. 1989-cu ildən bəri ilk dəfə olaraq 2018-ci ildə məktəbin məzunu olmuş Məmmədli Qədir Ceyhun oğlu məktəbi qızıl medalla bitirmişdir.

Haqqında

Xəzər rayonunda yerləşən S.Abbasov adına 117 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən tikilib. Yeni məktəbin tikintisinə 2010-cu ilin dekabrında başlanılıb və 2011-ci ilin oktyabrında məktəbin tikintisi başa çatıb. 2011-ci il oktyabrın 19-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin yeni binasının açılışında iştirak edib. Üç mərtəbədən ibarət olan məktəbdə 81 sinif, 4 kompüter otağı, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanaları vardır. Otaqlarda müasir istilik sistemi quraşdırılıb. Məktəbin həyətində süni örtüklü yeni idman meydançası salınıb. Məktəb 2040 şagird yerlikdir. Təhsil müəssisəsində 180 müəllim çalışır. Hal- hazırda məktəbdə 4500 şagird təhsil alır.

Haqqında

Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəb Suraxanı rayonu Hövsan kəndində yerləşir. Məktəbin əsası 1974-cü ildə qoyulmuşdur. 2014-cü ildə məktəb əsaslı şəkildə təmir edilmiş, əlavə olaraq ikinci korpusu tikilib şagirdlərin istifadəsinə verilmişdir. Məktəb 820 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Hal-hazırda məktəbdə 1680 nəfər şagird təhsil alır, 83 müəllim, 67 sinif fəaliyyət göstərir. Məktəb əsaslı şəkildə təmir olunduqdan sonra maddi-texniki bazası daha da genişlənmişdir. Sinif otaqlarının sayı artırılmış, iki idman zalı, futbol meydançası, bufet, akt zalı, fizika, kimya və informatika laboratoriyaları şagirdlərin istifadəsinə verilmişdir. Məktəb binası mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmuşdur. 2015-ci il fevralın 27-dən məktəbin direktoru vəzifəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil İşçisi"döş nişanı ilə təltif olunmuş Nizaməddin Fərhad oglu Ağcayev təyin olunmuşdur.