0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı Şəhəri, Sabunçu rayonu, S.Ə.Şirvani 18 ünvanında yerləşən 81 № li tam orta məktəb 1920 – ci il tarixdən fəaliyyət göstərir. Məktəb 650 tutumludur, 2 növbəli, 6 günlükdür, tədris həm Azərbaycan, həm də Rus bölmələri üzrə aparılır. Məktəbdə 1181 şagirdin təlim – tərbiyəsi ilə 83 müəllim məşğul olur. Məktəb “Yüksək keyfiyyət uğrunda” devizi altında ibtidai (I – IV siniflər), ümumi orta (V – VII siniflər) 5 günlük, tam orta (VIII – XI siniflər) 6 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi ingilis və rus dilləri tədris olunur. 81 № li tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən interaktiv, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbin bir çox müəllimləri yuxarıda qeyd olunanları həyata keçirmək üçün Təhsil Nazirliyi bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş treninq və kurslarda iştirak edirlər. 81 № li tam orta məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə də geniş yer verir. Yüksək peşəkarlıq səviyyəsində keçən bu tədbirlərin nəticəsidir ki, son 5 ildə xeyli sayda ictimai birliklər, fondlar məktəb haqqında müsbət mülahizə və rəylər irəli sürmüşdür. Məktəbimiz şagirdlərini vətənpərvərlik ruhunda tərbiyə edir. Məktəbin zəngin kitabxanası var. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.

Haqqında

82 nömrəli tam orta məktəb dövlət orta ümumtəhsil müəssisəsi olub, Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşir. Nizamnaməyə uyğun olaraq müəssisənin tam adı: 82 № li tam orta məktəb. Məktəb 1966-ci ildən fəaliyyət göstərir. Məktəbin binası 4 mərtəbəli əsas və üçmərtəbəli əlavə korpusdan ibarətdir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Məktəb 5 günlük və iki növbəli iş rejimində çalışır. Gündəlik dərslərin miqdarı 5-8 saatdır. Bir dərs saatı 45 dəqiqədir. Məktəbdə həyata keçirilən təhsil proqramları aşağıdakı kimidir: 1.I pillə - əyani formada həyata keçirilən dördillik ibtidai təhsil 2.II pillə - əyani formada həyata keçirilən beşillik ümumi orta təhsil 3.III pillə - əyani formada həyata keçirilən ikillik tam orta təhsil. Məktəbdə şagirdlər yaşayış yerinə görə Bakı şəhərinin müxtəlif regionlarını əhatə edirlər. Hazırda məktəbdə 1593 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 101 nəfər yüksək ixtisaslı müəllim məşğul olur. Müəllimlərimizdən 1 nəfər "Əməkdar müəllim" və 1 nəfər "Tərəqqi medalı"na layıq görülmüş müəllim vardır. Məktəb 2011-ci ildə “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 82 nömrəli tam orta məktəb fəaliyyət göstərdiyi gündən keyfiyyətli təhsil prosesi və uğurları ilə daim seçilmişdir. Ali məktəblərə qəbulun göstəricilərinə görə də 82 nömrəli tam orta məktəb ön sıralardadır.

Haqqında

Aslan Muradov adına 84 nömrəli tam orta məktəb Suraxanı rayonunda yerləşir. 84 №li tam orta məktəb keçən əsrin 20-ci illərindən fəaliyyətə başlayıb. Buna kimi məktəb hərbi qospital olaraq fəaliyyət göstərmişdir. Məktəb öz fəaliyyətinə ilk dəfə 9-illik orta məktəb kimi başlayıb. Sonradan 1995-ci ildən məktəb 11 illik olub. Məktəb şəhid Aslan Kərim oğlu Muradov adını daşıyır. Köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-cü ildə 960 nəfərlik yeni məktəb binası tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 sentyabr 2014-cü il tarixdə məktəbin yeni inşa edilmiş binasının açılışı mərasimində iştirak etmiş və məktəbdə yaradılmış şəraitlə tanış olmuşdur. Hal-hazırda 84 nömrəli tam orta məktəbdə 954 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 40 nəfər müəllim məşğul olur. Müəllimlərdən 35 nəfər ali təhsilli, 5 nəfər isə orta ixtisas təhsillidir. 2013-2014-cü ilin məzunu Talıbova Ləman Vüqar qızı qızıl medala layiq görülüb. 2017/2018-ci tədris ilinin II yarımilində məktəb Təhsil Nazirliyinin həyata keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi olub.

Haqqında

R.Abidov adına 85 nömrəli tam orta məktəb 1902-ci ildən fəaliyyət göstərir. 2007-ci ildə məktəb üçün 360 yerlik 2 korpus tikilib istifadəyə verilmişdir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 2012-ci ildə 480 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Məktəb şagird tutumu 840 yerlikdir. Məktəbdə hal hazırda 1028 nəfər şagird təhsil alır. Onlardan 546 nəfəri oğlan, 479 nəfəri qızdır. Şagirdlərin təlim tərbiyəsi ilə 58 nəfər müəllim məşğul olur.

Haqqında

Məktəbin əsası 1972-cİ ildə qoyulmuşdur. Məktəb ərazisinin sahəsi – 5800.00 kv.m – dir. Binanın sahəsi – 3000.00 kv.m , sinif otaqlarının sahəsi – 2200.00kv.m. Otaqların ümumi sayı – 71, bunlardan 57-si sinif otağı, 5 tədris emalatxanası, 1 idman zalı, 1 idman meydançası, 1 kitabxana, 1 akt zalı, 3 tədris və təcrübə otaqları, 1 tibb otağı, 1 yeməkxana. Kabinetlər: Fizika, Biologiya, Kimya, İnformatika. Məktəb 850 şagird üçün nəzərdə tutulmuşdur. Hazırda məktəbdə 1806 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təhsili ilə 91 nəfər müəllim məşğul olur. 2012 – ci ildə Bakı şəhər icra hakimiyyəti tərəfindən təmir olunmuşdur. 2013-2014-cü illərdə məktəbin “Şahin” komandası həmin ad altında keçirilən hərbi-idman oyunlarının Rayon turunda I yerə layiq görülmüşdür. 2014/2015- cİ tədris ilində 9-cu sinif şagirdlərimiz Sabahın alimləri IV Respublika müsabiqəsində Riyaziyyat fənni üzrə 2-ci yer qazanmışdır. 2015/2016-cı tədris ilində 10-cu sinif şagirdlərimiz Məmmədova Xumar və Abdurrəhimov Əlfəddin "Gələcək Nəsillərlə Üz-Üzə" VI Ümumrespublika İnşa Müsabiqəsinə öz inşaları ilə qoşulmuşdur və nəticədə hər iki şagirdimiz III yerin qalibi olmuşdur. Aprelin 29-da Hyatt Regency otelində mükafatlandırma mərasimi keşirilmişdir. Şagirdlərimiz diplom və dəyərli mükafatlarla təltif olunmuşdur. 2016/2017-ci tədris ilinin nəticələrinə görə IX sinif şagirdlərindən 97 nəfər şəhadətnamə onlardan 1 nəfər fərqlənmə şəhadətnaməsi almışdır. İlin nəticələrinə görə XI sinfi 65 şagird bitirmiş, 50 nəfəri ali məktəblərə sənəd vermiş, 35 nəfər ali təhsil müəssisəsinə qəbul olunmuşlar. Onlardan 5 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Haqqında

87 nömrəli tam orta məktəb 1928-ci ildə yaranmışdır. Məktəb Bakı şəhəri Suraxanı rayonunda yerləşir. Əsas korpus 2022-ci ildə inşa olunub, istifadəyə verilmişdir. Əlalavə korpus 2005-ci ildə tikilib. Məktəb dördmərtəbəlidir. Layihəyə görə məktəbin tutumu 2304 şagirdlikdir. Onlardan əsas bina 2064 şagird, əlavə bina 240 şagird tutumuna malikdir. Sinif otaqlarının sayı ( 2 biologiya, 2 fizika, 2 kimya, 4 informatika, GÇH kabinetləri də daxil edilməklə) 83 otaqdır. 1-4 cü siniflər 27 otaq, 5-11 ci siniflər isə 41 sinif otağı var. Məktəb birnövbəlidir. Məktəb üzrə şagirdlər 5 günlük iş rejimi ilə təhsil alır. Məktəb üzrə şagirdlərin sayı 2016 nəfərdir. Onlardan ibtidai siniflər üzrə 836 nəfər, V-IX siniflər üzrə 943 nəfər, X-XI siniflər üzrə 227 nəfərdir. Məktəbəqədər hazırlıq siniflərində isə 133 şagird təhsil alır. Məktəbdə dərslər 2 təlim dilində Azərbaycan və rus dillərində keçirilir.