0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəb 1977-ci ildə tikilmiş və istifadəyə verilmişdir. Məktəb istifadəyə verilərkən 1047 şagird üçün nəzərdə tutulmuş, 3 mərtəbəli, 40 dərs otağı, idman zalı, akt zalı və yeməkxanası olan tipik bir məktəb binası idi. 2006-cı ildə 3 mərtəbəli, 35 sinif otaqlı yeni bina tikilərək istifadəyə verilmişdir. Məktəb hazırda 5 gün 2 növbəli rejimdə işləyir. Məktəbdə 6-sı “Sağlam təhsil” sinfi olmaqla 39 ibtidai sinif, 49 əsas və orta təhsil sinfi, həmçinin 4 məktəbəhazırlıq qrupu var. Məktəbdə 2492 şagird təhsil alır, onlardan 41 nəfəri evdə fərdi təhsilə cəlb olunmuş şagirdlərdir. Məktəb şəhid Ayaz Məhərrəmovun adını daşıyır. Məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Aslanlı Elvin Əvəzağa oğludur. Məktəbdə 12 metodbirləşmə və MB sədri, “Sağlam Təhsil” layihəsi, Rus dili intensiv, "Rəqəmsal bacarıqlar" və "STEAM" layihəsi, “Asan” xidmət və Təhsil Naziliyinin birgə layihəsi olan “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir. Hər iki binada kompüter otaqları vardır. Məktəb 2009-2010-cu illərdə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Şagirdlər öz nailliyyəti ilə bizi sevindirir. Beləki, X və XI rus dili və ədəbiyyatı olimpiadasında iki şagird qalib olaraq I yerə layiq görülmüşdür. Məktəbin pedaqoji heyəti arasında 2 dəfə “İlin müəllimi” fəxri adına layiq görülən müəllim var. Orta hesabla hər il məzunların 70-75%-i ali məktəblərə qəbul olunur. Şagirdlərin idman sahəsində də uğurları vardır. Məktəb kollektivi və şagirdlər bu nailiyyətlərlə kifayətlənmir, daim yeni-yeni uğurlara imza atırlar.

Haqqında

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəb 1970-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 960 nəfər şagird tutumu üçün tikilib. Hazırda məktəbin 37 sinif komplektində 902 nəfər şagird təhsil alır. Məktəbdə dərslər Azərbaycan dilində tədris olunur. Dərslər 1 növbədə 5 günlük tədris həftəsi üzrə keçirilir. 96 nömrəli tam orta məktəb 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli Sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Məktəb 2012-ci ildə "Bakı və Qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən təmir edilmişdir. Məktəbdə 73 nəfər pedaqoji işçi çalışır. Son üç ildə məktəbin məzunlarının uğurları inkişafa doğru irəliləmişdir. Belə ki, 2018-2019-cu tədris ilində məktəbi bitirmiş 45 məzundan 34 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olub. Onlardan 3 nəfəri 600-dən, 6 nəfəri isə 500-dən yuxarı bal toplayıb. 2019-2020-ci tədris ilində məktəbi bitirmiş 50 məzundan 32 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olub. Onlardan 1 nəfəri 600-dən , 3 nəfəri isə 500-dən yuxarı bal toplayıb. 2020-2021-ci tədris ilində məktəbi bitirmiş 55 məzundan 34 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olub. Onlardan 1 nəfəri 600-dən, 5 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məktəbin müəllimləri Təranə Möhsünova Eyublu, Sevda Əsgərli, psixoloq Sevinc Abdullayeva Qrand müsabiqə qalibləridir. Riyaziyyat müəllimi İsmət Həmzəyeva qabaqcıl təhsil işçisi, fizika müəllimi Sevda Əsgərli Əməkdar müəllim adı ilə təltif ediliblər. Əsgərli Sevda müəllimənin dərs dediyi şagirdlər fizika fənni üzrə hər il respublika olimpiadasında iştirak edir və qalib olurlar. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı zamanı şagirdlərimiz yüksək bilik nümayiş etdirdiyindən, eləcə də məzunların ali məktəblərə qəbulu faizi qənaətbəxş olduğundan məktəbimiz uğurları ilə fərqlənən təhsil müəssisələri sırasına daxil edilib. Buna görə də məktəbin, müəllimlərin peşəkarlıq səviyyəsi, uğurları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Haqqında

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsi 1 ünvanında yerləşən 97 nömrəli tam orta məktəb 1937-ci ildə, əlavə korpusu isə 2008-ci ildə müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəb 1995-ci ildə Tərtər uğrunda gedən döyüşlərdə şəhid olmuş Salamov Nail Nəsrəddin oğlunun adını daşıyır. Məktəbin ümumi sahəsi 3656 kv.m, inzibati binanın sahəsi isə 1370 kv.m-dir. Məktəb birnövbəli iş rejimində, həftənin 5 günü işləyir. Məktəbin əsas korpusu yenidən qurularaq 2021-ci ilin yanvar ayının 22-də müəllim və şagirdlərin istifadəsinə verildi. Məktəbin 38 nəfər pedaqoji, 13 nəfər texniki heyəti var. Otaqların sayı 21-dir. Məktəbin cari şagirdlərinin sayı isə 424 nəfərdir.

Haqqında

Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəb 1978- ci ildə tikilib müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə ayrı-ayrı fənlər üzrə 46 müəllim 588 şagirdin təlim -tərbiyəsi ilə məşğul olur.Müəllimlərin 43nəfəri qadın,3 nəfəri isə kişidir. Tədris keyfiyyətinin daha da artırılması məqsədilə bütün müəllimlər kurikulum və İKT təlim kurslarından keçərək peşəkarlıq səviyyələrini artırmışdır. Məktəbdə fizika,kimya,biologiya kabinetləri fəaliyyət göstərir . Məktəbdə fəaliyyət göstərən geniş kitabxanası müəllim və şagirdlərin istifadəsindədir. Şagirdlər arasında sağlam mühit formalaşdırmaq məqsədilə məktəbdə psixoloq fəaliyyət göstərir.Məktəbimiz bir neçə nailiyyətə imza atmışdır. Məktəb 2013-2014-cü tədris ilində keçirilmiş " Ən yaxşı ümumitəhsil məktəbi" müsabiqəsinə qoşularaq müsabiqə qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə on min manat pul mükafatı ayrılmışdır . Ayrılmış vəsaitlə məktəbin dəhliz və sinif otaqlarına kamera quraşdirılmışdır. Həmin ildə məzunlarımızdan Müslümov Osman Məmmədhüseyn oğlu Ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə 700 bal toplayaraq Prezident Təqaüdünə layiq görülmüşdür. 2014-2015-ci tədris ilində Müslümov Azər Məmmədhüseyin oğlu 695 bal toplayaraq Prezident Təqaüdçüləri siyahısına düşmüşdür . Hər ildə olduğu kimi ali məktəblərə qəbulun nəticələrinə görə 2018-2019- cu dərs ili də uğurlu olmuşdur. Məzunlardan 2 nəfər 600-dən yuxarı ,6 nəfər isə 500 -dən yuxarı bal toplamışdır. Ötən tədris ilində ali məktəblərə qəbul üçün sənəd vermiş məzunların 87%-i ölkəmizin ayrı-ayrı ali təhsil müəssisələrinə daxil olmuşdur.Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2018-2019-cu tədris ili üzrə IX sinif buraxılış imtahanı göstəricilərinin təhlilinə əsasən məktəbimiz BŞTİ məktəbləri arasında 43-cü,tam orta məktəblər arasında isə 28- ci yerdə qərarlaşmışdır.

2019-2020-ci tədris ilində ali məktəblərə sənəd verən məzunlarımızın 70%-i ali məktəblərə qəbul olmuşlar.2020-2021-ci tədris ilində məktəbimizdə 41 şagird məzun olub,3 nəfər şagird fərqlənmə attestatı almışdır.2021-ci il buraxılış imtahanlarında məzunlarımızdan 26 şagird Respublikanın ali məktəblərinə qəbul olunub.3 şagird isə xarici universitetlərə daxil olub.Məzunlarımızdan 3 nəfər şagird 600-dən çox bal toplayıb.Onlardan 1 nəfəri Abdullayev Zahid Azər oğlu 671,5 bal toplamışdır.Bir nəfər şagird isə 500-dən yuxarı bal toplamışdır.Xarici universitetlərə qəbul olan məzunlarımızdan Rəsulzadə Rüfət Elnur oğlu 97.5/100 balla Türkiyə Respublikası "Süleyman Demirel Universitesi"nə qəbul olunmuşdur.

Məktəbimizin IX sinfində 54 şagird təhsil almışdır.Buraxılış imtahanlarının nəticələrinə görə 5 şagird ümumi orta təhsil haqqında fərqlənmə attestatı almışdır.

2021-2022 ci tədris ilində də işimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq .Bu tədris ilində də uğurlu nəticələr əldə edəcəyimizə əminik.

Haqqında

Məktəb 1962-ci ildə inşa edilmişdir. İki korpusdan ibarətdir. 1200 şagird tutumludur. 1609 şagird, 170 müəllim heyəti var. 2010-cu il tarixində "İlin ən yaxşı məktəbi" layihəsinin qalibi olmuşdur.Məktəbdə 1 nəfər elmlər namizədi, 1 nəfər fəlsəfə elmlər doktoru vardır. İki müəllim "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur. 2012-2013-cü tədris ilində 3 şagird 600 baldan yuxarı, 3 şagird 500 baldan yuxarı bal toplayaraq ali məktəbə daxil olmuşdur.93 şagirddən 41 nəfər şagird ali məktəbə daxil olmuşdur. Həmin ildə 1 şagird bilik yarışında III yerə layiq görülmüşdür. 2013-2014-cü tədris ilində 95 şagird ali məktəbə qəbul olmaq üçün sənəd vermiş, onlardan 52 nəfəri qəbul olmuşdur. Şagirdlərimizdən biri 600 baldan yuxarı, 4 nəfər 500 baldan yuxarı bal toplamışdır. 2014-2015-ci tədris ilində 2 nəfər 47. Beynəlxalq Kimya Olimpiadasında I-II turlarda qalib olmuşlar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi bilik yarışının şəhər mərhələsində 4 şagird I yerə layiq görülmüşdür.

Haqqında

Məktəb məzunu olmuş Namiq Fərəczadənin adını daşıyır. O, 1993-cü ildə Qarabağ uğrunda döyüşlərdə Ağdamda şəhid olmuşdur. Məktəb 1930-cu ildən fəaliyyət göstərir. Məktəbin şagird tutumu 1310 nəfərlikdir. 2014-2015-ci tədris ilində məktəbdə 55 sinifdə 1408 şagird təhsilə cəlb olunmuşdur. Hal-hazırda məktəbdə 110 müəllim işləyir. Məktəb ixtisaslı müəllimlərdə tam təmin olunmuşdur. Məktəb iki növbədə fəaliyyət göstərir, 5 günlük iş rejimi ilə işləyir. Məktəb beynəlmiləldir. 2012-ci ildə məktəbimizdə əsaslı təmir işləri görülmüşdür. 2013-cü il sentyabr ayında 400 nəfərlik yeni korpus inşa edilib istifadəyə verilmişdir. Məktəbdə istilik , su , kanalizasiya və enerji təminatı normaldır. Məktəb kompüterlərlə, elektron lövhələrlə təmin olunub, internetə çıxışı var, Müəllimlərimiz dərslərdə İKT vasitələrindən səmərəli istifadə edirlər. Bunlarla bərabər özləri də mövzulara uyğun elektron dərslər hazırlayırlar. Məktəbin kitabxanası zəngin ədəbiyyatla, dərsliklərlə tam təmin olunmuşdur. Müəllim və şagirdlərimiz kitabxanadan səmərəli istifadə edirlər. Dərslərdə müasir təlim metodlarından, İKT vasitələrindən istifadə təhsilin keyfiyyətinə, şagirdlərin idrak və təfəkkürünün inkişaf etməsinə, onların vətəndaş kimi formalaşmasına müsbət təsir edir. Dərslərdə vətənə sevgi, milli dəyərlərimizə hörmət aşılanır. Məktəbdə şagird özünü idarəetmə orqanı fəaliyyət göstərir.