Kateqoria: | Tarix |
Dil: | Azərbaycan |
Müəllif: | Cəmil Həsənli |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2009 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 1 |
Yeni nəşr: | Bəli |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qərarı ilə "Azərbaycan Respublikasının diplomatiya tarixi" seriyasından hazırlanan birinci kitab Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini əhatə edir. Tarix elmləri doktoru, professor C.Həsənli tərəfindən yazılmış bu kitabda 1918-1920-ci illərdə Azərbaycan diplomatiyasının keçdiyi çətin və maraqlı yol araşdırılmışdır. Müəllif Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin çox nadir arxiv sənədlərinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin maraqlı mənzərəsini yarada bilmişdir.
Kitabda istifadə edilən sənəd və materialların bir çoxu ilk dəfə elmi dövriyyəyə gətirilmişdir. Azərbaycan Respublikasında diplomatik xidmətin yaranmasının 90 illiyi ilə bağlı hazırlanmış bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici siyasət addımları, Bakının azad edilməsi uğrunda diplomatik mübarizə, qonşu dövlətlərlə münasibətlər, Paris Sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması haqqında oxuculara geniş məlumat verilir. Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbələr və yaxın keçmişimizin diplomatiya tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulur.