0702133333

0702133333

SSRİ-TÜRKİYƏ: SOYUQ MÜHARİBƏNİN SINAQ MEYDANI
Kateqoria: Tarix
Dil:
Müəllif: Cəmil Həsənli
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2005
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Tarix elmləri doktoru, prof. C.Həsənlinin oxuculara təqdim edilən "SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı" monoqrafiyası müəllifin Yaxın və Orta Şərqdə soyuq müharibəyə həsr edilmiş ikinci araşdırmasıdır. Monoqrafiyada 1939-1953-cü illərdə Sovet-Türkiyə münasibətlərinin keçdiyi tarixi yol, onun həlledici mərhələləri və dönüş məqamları tədqiq edilmişdir. Yeni açıqlanan arxiv sənədlərinə istinadən müəllif soyuq müharibənin Türkiyə böhranının, İ.Stalinin fitvası ilə Ermənistan və Gürcüstan Sovet respublikalarının bu prosesdə fəal iştirakının, habelə Güney Qafqaz respublikaları arasında başlanmış əsəb savaşının maraqlı tarixi mənzərəsmi yaratmışdır. Rusiya, ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistandakı məxfi sənədlərdən istifadə edərək müəllif göstərir ki, SSRİ siyasi texnologiyaları dost və sülhsevər Türkiyədən məharətlə düşmən obrazı yaradaraq onu, milyonlarla Sovet vətəndaşının beyninə yeridə bilmişdi. Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbələr və yaxın keçmişin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulur.