0702133333

0702133333

Siyasətnamə
Kateqoria: Tarix
Dil: Azərbaycan
Müəllif: Əbu Əli Həsən ibn Əli Xacə
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2007
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Xacə Nizamülmülk Həsən ibn Əli, səlcuq sultanlarından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olmuş, Səlcuqilər dövlətinin genişlənib möhkəmlənməsində, ölkənin iqtisadi qüdrətinin artırılmasında, ordunun qüvvətlənməsində, abadlıq işlərinin aparılmasında, elm və mədəniyyətin yüksəlməsində çox böyük işlər görmüşdür. Bu dövrlərdə, mübaliğə etmədən demək olar ki, dövləti sultanlar deyil, Nizamülmülk idarə edirdi. 

Nizamülmülk daxili dövlət işlərilə yaxından məşğul olmaqla bərabər, xarici siyasətə istiqamət verir, din-şəriət qayda-qanunlarına dəxalət edir, məzhəb və təriqətləri öyrənmək, dövlət və din xadimləri hazırlamaq məqsədilə xüsusi mədrəsələrin açılmasına təşəbbüs göstərir və böyük maddi yardım edirdi. Bu mədrəsələr Sonralar «Nizamiyyə» mədrəsələri adı altında şöhrət tapmışdı. Bunların ən məşhuru bir çox dövlət və din xadimləri, münəccimlər, filosoflar,hüquqşünaslar və şairlər hazırlamış Bağdad nizamiyyəsi sayılırdı. Bu mədrəsələr Nizamülmülkün ölümündən Sonra da öz fəaliyyətlərini davam etdirmiş və ġərq ölkələrinə böyük şəxsiyyətlər vermişdir. Sədi Şirazi kimi bir şairin məhz Bağdad nizamiyyəsi divarları arasında yetişdiyini qeyd etmək kifayətdir.