0702133333

0702133333

Nadir Şah
Kateqoria: Tarix
Dil: Azərbaycan
Müəllif: Mehman Süleymanov
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2010
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətnə həsr edilmişdir. Müəllif tərəfindən Nadir şahın uşaqlıq illəri, onun sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan döyüş yolu, böyük bir imperiyanın yaradılması üçün tarixə sığmayan fatehliyi və nəhayət faciəli həyatı geniş şəkildə araşdırılmışdır.

Azərbaycanın da orta əsrlər tarixində özünəməxsus yeri olan Nadir şah Əfşarın həyatının və fəaliyyətinin araşdırılması uzun müddətdir ki, dünya tarixçilərinin diqqət mərkəzindədir. Bu da təsadüfi deyil. Çünki Nadir şah dünya hərb tarixinin yetişdirdiyi nadir istedadlı sərkərdə- lərdən və fatehlərdən biridir.Haqlı olaraq onu Asiyanın sonuncu bö- yük fatehi adlandırırlar.Hərbi texnikanın və silahların kifayət qədər inkişaf etmədiyi bir vaxtda şərqin fatehinə çevrilə bilməsi Nadir şaha olan diqqət və marağı xeyli aktuallaşdırmışdır. Hər şeydən əvvəl Nadir şahın həyat yolu çox böyük maraq doğurmaqdadır. Məlumdur ki, Nadir şah Səfəvi dövlətinin ucqarlarında, öz yurdundan sürgün edilmiş bir əfşar türkünün ailəsində doğulmuşdu. Nadir şah saray zənginliklərindən xəbəri olmayan, gündəlik zəhməti ilə dolanışığını təmin edən sadə bir ailədə göz açsa da, malik olduğu fiziki keyfiyyətləri və döyüşgənlik istedadı ilə uzaq əyalət kəndindən böyük imperiyanın şahlığına qədər zəngin bir yol keçmişdi. Başqalarına qismət olmayan bu yolun necə qət edilməsi özlüyündə Nadir şahın şəxsiyyətinə olan marağı həmişə tədqiqatçıların diqqət mərkəzində saxlamışdır. Nadir şah dünya tarixinə ilk növbədə fateh kimi daxil olmuşdur. O, şərqin tək-tək sərkərdələrinə qismət olan hərbi uğurlar əldə edə bilmişdi. Bu istiqamətdə Nadir şahın öz fəaliyyətini necə tənzimləməsi və onun səmərəliliyinə nail olması son dərəcə əhəmiyyətli bir məsə- lədir. Çünki ilk növbədə təşkilatçılıq işlərinin ən yüksək səviyyədə qurulması, ölkənin imkanlarının hərbi yürüşlərin aparılmasına səfərbər edilməsi zamanı ən əlverişli yolların tapılmasına nail olunması Nadir şahın hərbi uğurlarına yol aça bilərdi.Nadir şahın həyatının geniş öyrə- nilməsi onun bu sərkərdəlik keyfiyyətlərinin, başqalarından fərqli olan hərbi xüsusiyyətlərinin üzə çıxarılmasına kömək edə bilər.