0702133333

0702133333

Elektrotexnikanın və elektronikanın əsasları
Kateqoria: fizika
Dil: Azərbaycan
Müəllif: A.Ə. Hacıyev, R.Q. Məmmədov
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2005
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Dərslikdən elektrotexnikanı və elektronikanı öyrənmək istəyən tələbələr, magistrantlar və aspirantlar, həmçinin «Elektrotexnikanın və elektronikanın əsasları» fənnindən mühazirə və məşğələ dərslərini aparan müəllimlər istifadə edə bilərlər.

Elektrotexnika- elektrik hadisələrinin praktiki tətbiqi ilə bağlı olan proseslər haqqında olan elmdir. Bu elm sahəsi elektrik və maqnit hadisələrinin qanunauyğunluqlarını, elektrik enerjisinin hasilatı, ötürülməsi, paylanması və tətbiqini tədqiq edir. Bu texnika sahəsi elektrik enerjisinin iqtisadiyyatın bütün sahələrində, hərbi işdə və məişətdə tətbiqi ilə əlaqədardır.

1758- çi ildə rus alimi F.Epunus ilk dəfə olaraq «elektrik qüvvəsi» ilə maqnetizm arasında sıx əlaqə olduğunu söyləmişdir. 1785- çi ildə Ş.Kulon elektrikləşmiş çisimlər arasındakı qarşılıqlı təsir qanununu və maqnit qütbləri arasında qarşılıqlı təsir qanunlarını müəyyən etmişdir.

1820- çi ildə H.K.Ersted elektrik çərəyanının maqnit əqrəbinə mexaniki təsirini müşahidə etmiş, A.Amper isə çərəyanlı solenoidin maqnit xassəsinə malik olduğunu kəşf etmişdir. Bu tədqiqatlar elektrik və maqnit hadisələri arasında sıx əlaqə olduğunu müəyyən etmişdir.