0702133333

0702133333

Ümumi və Tarixi Geologiya (Dərslik)
Kateqoria: COĞRAFİYA
Dil: Azərbaycan
Müəllif: Telman Həbibov
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2015
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Geologiya çox qədim, dərin məzmunlu, cəmiyyətin faydalı qazıntılarla təmin olunması yollarını göstərən elmdir. Yunanca Yer haqqında elm deməkdir. İlk geoloji məlumatlar qədim Misirdə, Çində, Hindistanda meydana gəlmişdir. Bu elm sahəsi Yerin tərkibini, quruluşunu və tarixini, Yer qabığının formalaşması proseslərini və qanunauyğunluqlarını, onu təşkil edən mineralları, süxurları, onların mənşəyini, müxtəlif faydalı qazıntıları, habelə Yer üzərində həyatın inkişaf tarixini öyrənir.

Geologiya termini ilk dəfə XV əsrdə (1657) Norveç alimi M.Eşolt tərəfindən işlədilmişdir.

Sənayenin inkişafı ilə əlaqədar olaraq VIII əsrdə faydalı qazıntılara təlabat artmışdır. Ona görə də Yerin tərkinin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Geologiya tarixinin bu dövrü adi müşahidə üsullarının faktiki məlumatın və materialların toplanması yollarının öyrənilməsi ilə səciyyəlidir.

Hələ b.e.ə. VI – V əsrdə Pifaqor Yerin simasının daim dəyişməsi, dənizlə qurunun mübarizəsi və vulkanlar haqqında ilk fikir söylənilmişdir. Coğrafiyaşünas Strabon (I) dənizlərdə yaşayan orqanizmlərin qalıqlarının dənizdən uzaqda tapılmasının səbəblərini hələ iki min il əvvəl izah etmişdir.