0702133333

0702133333

Genetika (Dərs Vəsaiti)
Kateqoria: biologiya
Dil: Azərbaycan
Müəllif: S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva
Nəşriyyat: KTABYURDU.ORG
Nəşr yeri: KTABYURDU.ORG
Nəşr ili: 2021
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Genetika (latın sözü olub geneo-törədirəm) irsiyyət və dəyişkənlik haqqında elm olub, genetik (irsi) informasiyaların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsindən bəhs edir. İrsiyyət viruslardan, bakteriyalardan, ali bitkilərə, heyvanlara və insana qədər butun canlı orqanizimlərə xas olan ən mühim xüsusiyyət olub, nəsillərdə əcdadların əlamətlərinin təzahürüdür. İrsiyyətin ən vacib xüsusiyyətlərindən biri onun konservativliyidir. Konservativlik irsi xüsusiyyətlərin bir çox nəsillər boyu saxlanılmasıdır. Belə ki, nəsillər arasında oxşarlıq milyon illər saxlanılır. İrsiyyətin digər nəzərə çarpan xüsusiyyəti onun dəyişkənliyidir. Əgər konservativlik nəsillər boyu fərdlərin oxşarlığını təmin edirsə, dəyişkənlik canlı həyatın müxtəlifliyini təmin edən bir faktordur. Dəyişkənlik orqanizmin müxtəlif sahələrini ,orqanlarını, hətta hüceyrələri əhatə edə bilir. İrsiyyətin konservatizmi və dəyişkənliyi bib-biri ilə sıx bağlı olub, təkamül prosesinin gedişini müəyyən edir. Genetika elminin əsas predmeti irsiyyəti və onun dəyişkənliyini öyrənməkdir. Genetikanın inkişaf tarixinə nəzər salsaq hələ 1859-cu ildə Ç.Darvin göstərmişdir ki, təkamülün hərəkətverici qüvvəsi olan təbii seçmə, iki faktora əsaslanır: irsiyyət və dəyişkənlik. İlk dəfə İ.G.Kelreyter (1733-1806) müxtəlif bitki növlərinin nümayəndələrini hibridləşdirərək müəyyən etmişdir ki, hibrid bitkilər öz valideynlərinə nisbətən qüvvətli və davamlı olur. Fransız alimi botanik Şarl Noden (1815-1899) bir-birindən bioloji uzaq növlərin arasında hibridlər almağa çalışmışdır. Onun təcrubələrinin nəticələrindən ibarət əsəri Fransa elmlər akademiyasının qızıl medalına layiq görülmüşdür. Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi çex alimi Greqor Mendeldən (1822-1884) başlayır. O, ilk dəfə olaraq irsiyyətin öyrənilməsində elmə əsaslanan üsul işləyib hazırlamışdır və bitki hibridlərinin üzərində apardığı öz tədqiqatlarında əlamətlərin irsən keçməsinin ən mühüm qanunlarını müəyyən etmişdir.