0702133333

0702133333

Ətraf mühit problemli onun qorunub saxlanması strategiyası
Kateqoria: biologiya
Dil: Azərbaycan
Müəllif: kitabyurdu.org
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2021
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Elm gününə” həsr olunan tələbə, magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda Elmi-Praktiki Konfransın Materialları

Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir. İnsan, bütün canlılar təbiətlə, ətraf mühitlə qarşılıqlı əlaqədədir. İnsan özü üçün nə lazımsa - hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni təbiətdən alır. Bu sərvətlərdən yüz illərdən bəri kor-təbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalmışdır. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir. İnsanlar təbiətə münasibətlərini dəyişdirməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Ətraf mühitin mühafizəsi, bunun üçün tədbirlərin görülməsi qlobal bir problemə çevrilmişdir. Nəhayət, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. Dünya Sağlamlıq Assambleyası atmosfer havasının çirklənməsinin mənfi ekoloji təsirlərinin azaldılması istiqamətində yol xəritəsini təsdiq etmişdir. Həmin yol xəritəsinə atmosfer havasının çirklənməsinin sağlamlığa təsirləri haqqında məlumat bazasının genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin havanın çirklənməsinə dair hədəflərinə istiqamətlənən monitorinqlərin aparılması və hesabatların hazırlanması, bütün səviyyələrdə - yerli, milli, regional və qlobal səviyyədə əməkdaşlıq imkanlarının artırılması kimi fəaliyyətlər daxildir. Atmosfer havasının çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat vasitələridir. Artıq bir çox inkişaf etmiş ölkələrdə təbii resursların qənaətlə istifadə edilməsi, habelə ətraf mühitin mühafizəsi məqsədilə Avro standartlarına keçilmişdir