0702133333

0702133333

Aqrosenozun torpaq ekoloji problemi onun həlli yolu
Kateqoria: biologiya
Dil: Azərbaycan
Müəllif: Məmmədov
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2021
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Lənkəran vilayətində mövcud unikal bioiqlim şəraitindən (zəngin və çoxçalarlı iqlim, bitki örtüyü, relyef və s.) asılı olaraq burada özünəməxsus torpaq örtüyü formalaşmış, vilayətdə istər ovalıq, istərsə də dağlıq sahələrdə müxtəlif torpaq tipləri və yarımtipləri əmələ gəlmişdir. Bölgənin torpaqlarını R.V.Kovalyev (4), M.E.Salayev (5), S.Z.Məmmədova (3) və başqa alimlər geniş tədqiq etmişlər. R.V.Kovalyev Lənkəran vilayətinin torpaqlarını 4 qrupa ayırmışdır: 1. Sarı torpaqlar; 2. Qəhvəyi torpaqlar; 3. Qonur torpaqlar; 4. Bozqır torpaqlar. R.V.Kovalyev torpaqların relyefdə (oroqrafiyada) tutduğu mövqeyə görə də, bölgədə torpaq əmələgəlmə prosesini 3 sırada düzmüşdür: 1. Avtomorf; 2. Avtomorf-hidromorf; 3. Hidromorf. Lənkəran vilayətində avtomorf (qarışıq) torpaqlara – aşınma məhsulları və ya torpaq əmələgəlmə prosesləri nəticəsində törənmiş maddələrin kənardan daxil olmadığı dağ və dağətəyi ərazilərin torpaqları aid edilir. Hidromorf (rütubətli) torpaqlar Lənkəran ovalığının depressiya ərazilərində yayılmışdır. Onların formalaşmasında kənardan daxil olmuş aşınma məhsulları və dağ torpaq əmələgəlmə proseslərin törəmələri iştirak edir. Avtomorf-hidromorf torpaqlar isə qruplar arasında aralıq mövqedə durur. Lənkəran ovalığında, xüsusilə ovalığın şərq hissəsində çəmən bataqlıqlarda lilli-qleyli və zəif podzollaşmış lilli-bataqlıq torpaqlar inkişaf etmişdir. Bataqlıq torpaqlar əsasən allüvial və prolüvial çöküntülər əsasında əmələ gələrək, mexaniki tərkiblərinə görə birinci yarımmetrdə ağır gillicə və gillicə-qum təbəqələri ilə növbələşən gilli çöküntülərdən ibarətdir. Daha dərin qatlara getdikcə gilli-qumlu çöküntülərlə əvəz olunur. Bataqlıq torpaqlar humus maddəsi və qleyləşmə dərəcəsinin xüsusiyyətlərindən asılı olaraq, çürüntülü qleyli və lilli-qleyli torpaqlara ayrılır. Ovalığın şimal-şərq hissəsində, Viləşçayın sol sahilindən şimala doğru çəmən-boz torpaqlar zolaq şəklində inkişaf etmişdir.