Kateqoria: | Riyaziyyat |
Dil: | Azərbaycan |
Müəllif: | F.M.Namazov |
Nəşriyyat: | |
Nəşr yeri: | |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Praktik fəaliyyətində riyaziyyat müəllimi müxtəlif ədəbiyyatı təhlil etməli, zəruri tədris materialını seçməli, tədris işini planlaşdırmalı və təşkil etməli, şagirdlərin tədris fəaliyyətini idarə etməli və qiymətdəndirməli olur. Bu o deməkdir ki, riyaziyyat müəlliminin fəaliyyəti çoxsaxəlidir: analitik və sintetik fəaliyyət; tədris materialını planlaşdırmaq və tərtib etmək; tədris məşğələlərinin müxtəlif mərhələlərində şagirdlərin fəaliyyətini təşkil etmək və idarə etmək; şagirdlərin işinin yoxlanılmasını təşkil etmək və düzgün qiymətləndirmək və s. Ona görə gələcək riyaziyyat müəllimini yuxarıda göstərilən fəaliyyətə hazırlamaq lazımdır. Müəllimin professional fəaliyyəti üçün onun professional bacarıqlara yiyələnməsi vacibdir.