Kateqoria: | Riyaziyyat |
Dil: | Azərbaycan |
Müəllif: | Rafiq Quliyev |
Nəşriyyat: | |
Nəşr yeri: | |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Yeni məktəb islahatının ən vacib məsələlərindən biri də riyaziyyatın tədris vəziyyətini yaxşılaşdırmaq və bu elmə şagirdlərdə dərin maraq oyatmaqdır.Təcrübə göstərir ki, çətinliyi artırılmış çalışmalar şagirdlərin riyaziyyata marağını artırır və onların riyazi qabiliyyətlərinin inkişafında böyük rol oynayır.Biz şagirdlərin tədris prosesində öyrəndikləri bilikləri möhkəmləndirmək və daha da zənginləşdirmək üçün sinifdənxaric məşğələlərdə bu növ çalışmalara geniş yer veririk.Aydındır ki, çətinliyi artırılmış çalışmalar standart üsulla həll olunmur, bu isə şagirdləri daha dərindən düşünməyə və müxtəlif həll üsulları fikirləşməyə “məcbur” edir.Bu isə şagirdlərə riyaziyyat elminin zənginliyini bir daha xatırladır və onlarda bu elmə dərin maraq oyadır