0702133333

0702133333

ELEKTRON BİZNES
Kateqoria: İnformatika Texnologiyaları
Dil: Azərbaycan
Müəllif: İ.K. Musayev, M.N. Əlizadə, A.B. Mahmudov
Nəşriyyat: KTABYURDU.ORG
Nəşr yeri: KTABYURDU.ORG
Nəşr ili: 2022
Səhifə: 0
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

İnformasiya texnologiyalarının (İNTEX-lərin) intensiv inkişafı və verilənlərin emalı və ötürülməsi vasitələrinin icmal dəyərinin əhəmiyyətli dərəcədə azalması informasiya fəzası və ya kiberfəza adlanan yeni iqtisadi fəaliyyət sferasının yaranmasına gətirib çıxarmışdır. Kiberfəza dedikdə, qəbul edilmiş texnologiya şəraitində biznes-partnyorların və müştərilərin müəssisənin informasiya resurslarına müraciət edə bilməsini təmin edən informasiya serverləri toplusu nəzərdə tutulur. İqtisadi fəaliyyət subyektlərinin yeni, əhəmiyyətli dərəcədə genişlənmiş və avtomatlaşdırılmış qarşılıqlı informasion fəaliyyəti formalarının yaranması xüsusi fenomen olan elektron biznes (Biznes- ticarət, saziş, iş, sövdələşmə) meydana gətirmişdir. 

Verilənlərin emalı və ötürülməsi texnologiyalarının aparat və proqram təminatlarının inkişafı ilə bağlı olaraq iqtisadi fəaliyyət subyektlərinin informasion infrastrukturunun dəyişilməsi biznes fəaliyyətinin yeni modellərinin tətbiqinə imkan vermişdir. 

Dərslikdə elektron biznesin B2B (biznes-partnyorlara yönəlik elektron biznes modelidir) və B2C (əmtəə və xidmətlərin son istifadəçilərinə yönəlik elektron biznes modelidir) kimi əsas modelləri ətraflı şərh edilir. Bütövlükdə dünya əmtəə dövrüyyəsinin 70%-dən çoxu biznes-partnyora yönəlik elektron biznes sferasının payına düşür. İqtisadi fəaliyyətin bu sahəsində satınalmaların (bazarlıqların) elektron idarə edilməsi texnologiyası mühüm yer tutur. Biznes-partnyorların birbaşa qarşılıqlı fəaliyyəti ilə yanaşı, satınalmaların elektron idarə edilməsinə elektron birjaların (Birja - ticarət və maliyyə sazişləri bağlamaq üçün vasitəçi idarə) və hərracların (Auksion) modellərində də baxılır. 

Konkret iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün İnternet şəbəkəsindən istifadə məsələləri portallar adlı mövzuda işıqlandırılır. 

Son istifadəçilərə yönəlik elektron biznes modeli (B2C) elektron ticarətin iqtisadi sxemləri və texnologiyalarını özündə əks etdirir. 

Elektron biznesin səmərəli aparılması adekvat ödəmə (tədiyyə) sisteminin mövcudluğunu nəzərdə tutur. Plastik kartlara və mikroprosessorlara əsaslanan ödəmə sistemi və onun təhlükəsizliyinin təmin edilməsi elektron biznesin çox vacib elementləridir. Konkret ödəmə sisteminin tətbiqi dəyər və tranzaksiyaların həcmi baxımından elektron biznesin istifadə edilən modelinin reallaşdırılmasına müvafiq olmalıdır. 

“Elektron biznes” fənninin məqsədi müasir şəraitdə iqtisadi fəaliyyətin mühüm sferasına çevrilən biznes modellərinin təhlili və tətbiqi ilə bağlı problemlərin sistemli şərhindən ibarətdir. 

“Elektron biznes” fənninin məzmununa: elektron biznesin əsas anlayışları, elektron biznesin əsas modelləri, elektron biznes üçün texnoloji həllər və elektron biznesin ödəmə (tədiyyə) sistemləri kimi iri bölmələr daxildir.