Kateqoria: | Kurikulum |
Dil: | Azərbaycan |
Müəllif: | Zülfiyyə Veysova |
Nəşriyyat: | Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) |
Nəşr yeri: | Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Dünyatəcrübəsi göstərir ki, fəal(interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclüvasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Azərbaycanda müasir təlim metodlarının tətbiqi layihəsi artıq 5 ildən çoxdur ki həyata keçirilir. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində fəal(interaktiv) təlimin tətbiq edilməsi təhsil islahatının əsas məqsədlərindən biridir. Fəal(interaktiv) təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradaraq Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramında göstərilən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırma prinsiplərini həyata keçirməyə imkan verir.