0702133333

0702133333

Kurikulumlar
Kateqoria: Kurikulum
Dil: Azərbaycan
Müəllif: Facebook
Nəşriyyat: Facebook
Nəşr yeri: Facebook
Nəşr ili: 2015
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

“Kurikulum” latın sözü olub, lügəvi mənası “kurs”, “elm” deməkdir. Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.

 

Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində bu məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin bir-birilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması vacib tələb kimi gözlənilir.