Kateqoria: | Qanun |
Dil: | Azərbaycan |
Müəllif: | e.gov.az |
Nəşriyyat: | e.gov.az |
Nəşr yeri: | e.gov.az |
Nəşr ili: | 2022 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, № 17, maddə 152) ilə təsdiq edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə qüvvədən düşmüş sayılsın.
3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.
Əbülfəz ELÇİBƏY
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 1993-cü il
№ 525
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 11 (888), maddə 328).
7 mart 2000-ci il tarixli, 818-IQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə.