0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

248 nömrəli tam orta məktəb 1969-cu ildən istifadəyə verilib. Məktəb Nizami Nərimanovun adını daşıyır. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbimiz gənc nəslin gələcəyə uğurlu addımlar atmasında böyük rol oynamışdır. Məktəbdə 42 sinif otağı, biologiya, fizika, kimya və 2 İnformatika kabineti fəaliyyət göstərir. Məktəb 1050 yerlikdir. Məktəbdə 1 akt zalı, 1 idman zalı,1 bufet,1 kitabxana,1 tibb otağı şagirdlərə xidmət göstərir. Məktəb Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2013-ci ildə əsaslı təmir edilmişdir və cənab Prezidentimiz İlham Əliyev məktəbin açılışında iştirak etmişdir. Hal-hazırda məktəbdə 1247 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 97 nəfər müəllim məşğul olur. Müəllimlərdən 93 nəfər müəllim ali təhsilli,4 nəfər isə orta ixtisas təhsillidir. Tədris iki dildə- Azərbaycan və rus dillərində aparılır.

Haqqında

1972-ci ildə inşa olunan məktəb binası iki korpusdan ibarətdir. Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir.2013-cü ildə məktəbin binası əsaslı şəkildə təmir edilmiş, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

1150 şagird yeri olan əsas korpusda avadanlıqla təchiz olunmuş 3 kompüter zalı, 1 idman zalı, fizika, kimya, biologiya kabinetləri və laboratoriyaları, yeməkxana, kitabxana, 120 yerlik akt zalı, ibtidai sinifllərdə elektron lövhə ilə təchiz olunmuş 39 sinif otağı mövcuddur. Təhsil Azərbaycan və rus dilində 6 günlük və iki növbəli tədris qrafikinə uyğun aparılır. İkinci xarici dil kimi rus dili fənni tədris olunur. Məktəbdə 1845 şagird təhsil alır. Məktəbin pedaqoji kollektivi 118 üzvündən ibarətdir. Onlardan 8 nəfəri magistr dərəcəsinə malikdir.. 2020-2021-ci tədris ilində məktəbimizin 3 nəfər məzunu 600 baldan yüksək nəticə göstərmişdir. 14 nəfər məzun isə 500-600 arasında bal toplayaraq ali məktəbə qəbul olunmuşdur. 2020-2021 ci tədris ilində məktəbimizin ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 10 nəfər IX sinif məzunu ümumi orta təhsil haqqında fərqlənmə attestatı, tam orta təhsili əla qiymətlərlə başa vuran 3 nəfər XI sinif məzunu tam orta təhsil haqqında fərqlənmə attestatı ilə məktəbimizdən məzun oldu

Məktəbimizin pedaqoji kollektivi həmişə fədakarlıqla çalışmış, öz bilik və bacarıqlarını gənc nəslin nümayəndələrinə ötürmək üçün əllərindən gələni etmişlər. Yüksək bal toplamış bir çox məzunlarımız xarici ölkələrdə təhsil alırlar. Məktəbimizin kollektivi öz işinə vicdanla , böyük məsuliyyətlə yanaşır, şagirdlərin daha çox bilik və bacarıq qazanması üçün əlavə üsul və vasitələrdən istifadə edir, təhsillərini artırır, öz üzərlərində müntəzəm olaraq çalışırlar. Ümidvarıq ki, dövlətin təhsil sahəsində qarşımıza qoyduğu bütün vəzifələrin öhdəsindən kollektivimiz bundan sonra da öhdəsindən müvəffəqiyyətlə gələcəkdir.

Haqqında

Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəb 1972-ci ildən fəaliyyət göstərir. Məktəb 2012-ci ildə əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilmişdir. Məktəbdə 2014-cü ildə bir şagirdimiz qızıl medalla təltif olunmuş, 2 şagirdimiz olimpiada qalibi, 12 şagirdimiz yüksək nəticə göstərərək müxtəlif ali məktəblərə qəbul olunmuşlar. Bina 4 mərtəbədən ibarətdir. Məktəbdə təhsil alan 941 şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Məktəbdə 41 sinif otağı, 2 kompüter otağı, idman zalı və kitabxana vardır.

Haqqında

251 nömrəli tam orta məktəb 1 sentyabr 1974-cü ildə rus bölməsi ilə fəaliyyətə başlamışdır. 1991-ci ildən başlayaraq məktəbdə rus bölməsi ilə yanaşı, azərbaycan bölməsi də fəaliyyət göstərir. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil Qanununu, müvafiq qanunvericilik aktlarını, ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsini, bu Nizamnaməni və digər aidiyyatı normativ sənədləri rəhbər tutur. Məktəbimizdə 2051 şagirdin təlim – tərbiyəsi ilə 89-i qadın, 10-i kişi olmaqla 99 müəllim məşğul olur. Məktəbimizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 1 Əməkdar müəllim və 2 "Tərəqqi" medalı ilə təltif olunmuş müəllimimiz var. Məktəb daxilində keçirilən tədbirdə fərqləndiyinə görə 3 müəllimimiz "Fəxri Fərman" ilə təltif olunmuşdur. Mütəmadi olaraq məktəbin fəaliyyətini təmin edən inkişafetdirici rejimdə işləməsinə zəmin yaradan, keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edən təşkilati – pedaqoji kompleks tədbirlər həyata keçirilir. Məktəbin pedaqoji kollektivinin hər bir üzvü ölkədə gedən quruculuq işlərində, eləcə də dövlət rəhbərinin məktəblərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün yerli və Beynəlxalq təlimlərdə, konfranslarda, sərgilərdə, kurikulum islahatının uğurla həyata keçməsində yaxından iştirak edir. Metodiki işin müasir tələblər səviyyəsində qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və işdə tətbiq edilməsi il ərzində həyata keçirilir. Bu baxımdan fənn aylıqları, açıq dərslər, nümunəvi elektron dərslərin hazırlanması və respublika səviyyəsində yayılması diqqət mərkəzində olur. Məktəbin fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhəri üzrə yüksək bal toplayan məzunlarımız olmuşdur. Onlardan 1 nəfər qızıl medala, 3 nəfər gümüş medala layiq görülmüşlər.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəbdə əsaslı təmir işləri aparılmışdır. Məktəbdə müasir tələblərə uyğun fənn laboratoriyaları, fənn kabinetləri, linqafon kabinetleri, informatika kabinetləri, akt zalı, idman zalı, yeməkxana, idman meydançası, tibb kabineti və hərbi kabinet şagirdlərin istifadəsinə verilmişdir. Məktəb lazımi avadanlıqlarla və kompüterlərlə təmin olunmuşdur.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin yeni korpusunun açılışında iştirak etmişdir. Məktəbin yeni korpusu 840 şagirdlikdir. Burada 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Bundan əlavə kimya, fizika, biologiya labaratoriyaları mövcuddur.

Haqqında

Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Elxan İsmayılov adına 253 nömrəli tam orta məktəb Tikildiyi il: 1972 Layihə tutumu: 1176 Məktəbdə hal-hazırda 1037 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 76 müəllim və inzibati heyət məşğul olur. Məktəb 2013-cü ildə əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təmin edilmişdir. 2012-ci ildə ilk dəfə Qaradağ rayonu üzrə Respublika Prezidenti İ.Əliyev cənablarının sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüşdür. 2012-2016-cı illərdə 600-dən yuxarı bal toplamış 15 nəfər məzunumuz olmuşdur.

Haqqında

Məktəb 1973-cü ildən fəaliyyət göstərir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2011-ci ildə əsaslı təmir olunmuşdur. Müasir avadanlıqlarla təchiz olunmuş fizika və kimya kabinetləri, 2 ədəd informatika kabineti, 5 ədəd elektron lövhə, geniş, işıqlı idman zalında voleybol, basketbol, həndbol meydançaları, 180 nəfərlik akt zalı şagirdlərin ixtiyarındadır. Hal-hazırda məktəbdə 62 pedaqoji işçi fəaliyyət göstərir ki, onlar da 1000-dən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğuldur. Ötən tədris ilində məktəbin 9-cu sinfini bitirən 80 şagirddən 3 nəfəri, 11-ci sinfi bitirən 48 məzundan 6 nəfəri fərqlənmə attestatı almışdır. 11-ci sinfi bitirənlərdən 24 nəfəri Respublikanın, 3 nəfəri Türkiyənin ali məktəblərinə qəbul olunmuşlar. Qəbul faizi 60.7, orta bal göstəricisi 278.788 olmuşdur.