0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Məktəb 1953-cü ildən fəaliyyət göstərir. 235 nömrəli tam orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevin adını daşıyır.Məktəb 480 yerlik olmasına baxmayaraq hal-hazırda məktəbdə 38 sinif komplektləşdirilmiş, məktəbəhazırlıq qrupu ilə birlikdə 943 şagird təhsilə cəlb edilmişdir. Məktəb üzrə 3 məktəbəhazırlıq qrupunda 62 uşaq məktəbəhazırlıq təlimi keçir. Şagirdlərin təlim-tərbiyəsi ilə 58 müəllim məşğul olur. Onların 56 nəfəri ali, 8 nəfəri orta ixtisas təhsillidir. Təlim Azərbaycan və rus dillərində aparılır. Azərbaycan bölməsində 26 sinifdə 599, rus bölməsində 15 sinifdə 344 şagird təhsil alır. Bundan əlavə 2 fərdi sinif mövcuddur. Dərslər 5 günlük iş rejimi ilə aparılır.2017/2018-ci tədris ilindən məktəb sıxlığını nəzərə alaraq növbəarası iş rejiminə keçirilmişdir. Bu tədris ilində II,İİİ,V və Vİ siniflər növbəarası iş rejiminə əsasən fəaliyyət göstərir.Məktəbdə 2012-ci ildən başlayaraq 2-ci sinifdən şahmat fənni tədris edilir. Məktəbin şagirdləri mütəmadi olaraq şahmat üzrə rayon turnirlərinin qalibi kimi şəhər turnirlərində rayonumuzu layiqincə təmsil etmişlər. 2021/2022-ci il tədris ilindən VI siniflərdə STEAM layihəsi keçirilməyə başlayıb. Məktəbimizin idman komandaları müxtəlif vaxtlarda rayon üzrə keçirilən Spartakiadanın idman yarışlarında 1-ci yerə layiq görülmüş, Pirallahı RİH tərəfindən "Fəxri Fərman", "Diplom" və "Kubok"larla təltif edilmişdir. Hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir.

Məktəbin biologiya müəllimi İlahiyyə Allahverdiyeva Prezident İlham Əliyevin 03.10.2013-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Y.Əliyev adına 235 nömrəli tam orta məktəb rəhbərliyinin 28№li əmrinə əsasən, "Kiçik Akademiya" təsis olunmuşdur.Akademiya iki bölmədən ibarətdir. Humanitar bölmə (Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili) və təbiət bölməsi (biologiya, coğrafiya, fizika, kimya). Akademiyanın 9 müəllim və 42 şagird üzvü vardır.

Kiçik Akademiyanın təsis olunmasında məqsəd məktəbin xüsusi fəallığı və istedadı ilə seçilən müəllim və şagirdlərinin əlavə məşğələlərə, araşdırmalara cəlb olunmasını, elmi, ədəbi-bədii tədbirlərdə iştiraklarının təmin olunmasını təşkil etməkdir.

Haqqında

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəaliyyətə başlamışdır. 2007-ci ildə isə 640 şagird yerlik əlavə korpus tikilmişdir. Məktəb 2 növbədə işləyir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 187 nəfər müəllim məşğul olur.

236 nömrəli tam orta məktəb 2010-cu ildə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak etmiş və qalib olmuşdur.

Məktəbin əsas binası 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuşdur. Təmirdən sonra açılışda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva iştirak etmişdir. Məktəbdə hal-hazırda 3 nəfər "Əməkdar müəllim", 1 nəfər "Tərəqqi medalı" və 4 nəfər "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuş müəllim çalışır. Son 5 ildə məktəbin məzunlarından 8 nəfər "Qızıl medal" almışdır.

Haqqında

Məktəb 1964 -cü ildə tikilib və şagirdlərin istifadəsinə verilmişdir.Məzunlardan Milli məclisin deputatı olmuş Şahəddin Əliyev,Xəzər rayon icra başçısı Gülağa İslamov,Azərbaycan kukla teatrının mərhum rejissoru Rəhman Əlizadə,Bakı şəhəri reklam şirkətinin rəhbəri Həcəmi Atakişiyev,Əməkdar artistlər Nuriyyə Əhmədova və Kəmalə Rəhimli, Azərqazın eks rəhbəri Əlixan Vəlizadə və s. adın çəkmək olar.Məktəbin kollektivi 51 ildir ki,gənc nəslin təlim tərbiyəsi ilə məşğul olur.Məktəbdə 31 sinifdə 709 şagird təhsil alır,onların təlim-tərbiyəsi ilə 63 müəllim məşğul olur.2009-cu ildə Heydər Əliyev fondunun təşəbüsü ilə məktəbimiz yeniləşmiş,daha da gözəlləşmişdir.Məktəb əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir.Bu gözəl təmir olunmuş məktəbin yüksək balla ali məktəblərə qəbul olunmuş şagirdlərindən Prezident aparatı yanında dövlət idarəçiliyi.Hal-hazırda Azərbaycan Respublika Prokurorluğunda işləyir.Məktəb idmançıları ilə Xəzər rayonunda fərqlənir.Futbol,həndbol,dama yarışlarında məktəbin şagirdləri dəfələrlə qalib olaraq məktəbə kuboklarla qayıtmışlar.Məktəbin qocaman idman müəllimi Xəzər rayonunun idman üzrə metodistidir.Digər idman müəllimi qadınlar arasında keçirilən tenis yarışlarında Şəhər turunun qalibi olmuşdur.Məktəbin şagirdləri vətəni sevən,mübariz övlad olduqlarını cəbhələrdə öz qəhrəmanlıqları ilə sübut etmişlər.Onlardan məktəbimizin şagirdi olmuş,milli qəhrəman Hikmət Muradov və hal -hazırda məktəbin adını daşıdığı şəhid İlqar Muradovdur.

Haqqında

Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb 1964–cü ildən fəaliyyət göstərir. Məktəb birnövbəli sistemlə beş gün işləyir. Məktəbdə 1485 şagirdin təlim-tərbiyəsi ilə 137 müəllim məşğul olur. Müəllimlərdən 132 nəfəri ali təhsilli, 5 nəfəri isə orta ixtisas təhsillidir. Məktəbdə rus dilinin intensiv tədrisi layihəsi həyata keçirilir. Məktəbimiz 2010-2011-ci dərs ilində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Altı müəllim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevnin Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan edilmişdir. Məktəbimizdə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüş müəllimlərimiz var. Məktəb üzrə üç müəllim “Tərəqqi medalı” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə 4 müəllimimiz “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür. Məktəbi “Qızıl medal” la bitirən , eləcə də Prezident təqaüdünə layiq görülmüş xeyli sayda məzunlarımız var. 2014 – cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəbdə əsaslı təmir işləri aparılmış, 2016-cı ildə isə 320 şagird yerlik yeni tədris korpusu şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə müasir tələblərə uyğun fənn laboratoriyaları, fənn kabinetləri, linqafon kabinetleri, informatika kabinetləri, akt zalı, idman zalı, yeməkxana, idman meydançası, tibb kabineti və hərbi kabinet şagirdlərin istifadəsindədir. Məktəb lazımi avadanlıqlarla və kompüterlərlə təmin olunmuşdur.

Haqqında

239 nömrəli tam orta məktəb 1960-cı ildən fəaliyyət göstərir.

2007-ci ildə məktəbin həyətində Təhsil Nazirliyi tərəfindən 840 nəfərlik yeni tədris korpusu tikilib. 2008-ci ildə isə məktəbin əsas binası “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təmir edilərək şagirdlərin istifadəsinə verilib.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009 - cu il tarixli Sərəncamı ilə Bakı şəhər 239 nömrəli tam orta məktəb 2008-2009-cu tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Hazırda məktəbdə 87 pedaqoji işçi fəaliyyət göstərir, 1024 şagird təhsil alır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika, beynəlxalq müsabiqə, olimpiada və yarışlarda fəal iştirak edirlər. Məktəbdə fəaliyyət göstərən müəllimlərdən üçü “Əməkdar müəllim” fəxri adına, üçü “Tərəqqi medalı”, 5 nəfəri isə “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb.

Son illərdə məzunlarımızdan 3 nəfəri Prezident təqaüdünə, 1 nəfəri isə qızıl medala layiq görülüb. Şagirdlərimizdən 3 nəfəri Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyəti ilə bağlı keçirilən Respublika inşa yazı müsabiqələrinin qalibi, 10 nəfəri Respublika fənn Olimpiadalarının qalibi, 4 nəfəri idman üzrə keçirilən Beynəlxalq yarışların qalibi, 2 nəfəri İncəsənət sahəsində keçirilən Beynəlxalq müsabiqələrin qalibi, 2 nəfər isə Respublika üzrə qalib olub.

Hər il neçə-neçə məzunumuz fərqlənmə attestatı və fərqlənmə şəhadətnaməsinə layiq görülürlər.

Məktəbin 7 məzunu Qarabağ döyüşlərində şəhid olub. Hazırda məktəbimiz həmin məzunlardan biri, Tofiq Əbülfət oğlu Məmmədovun adını daşıyır.

Məktəbimiz bir neçə beynəlxalq layihələrin iştirakçısıdır. 2016-2017-ci tədris ilində məktəbin hər iki korpusu Dövlət proqramı çərçivəsində əsaslı surətdə təmir edilib. Ölkə Prezidenti Cənab İlham Əliyev məktəbimizdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Məktəbdə kimya, fizika, biologiya kobinetləri , 4 komputer otağı fəaliyyət göstərir, geniş akt zalı müasir standartlara uyğun idman zalı, idman meydançası vardır.

Məktəbdə öz fəaliyyəti ilə seçilən “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyası Ulu Öndər Heydər Əliyevin irsinin dərindən öyrənilməsində, XX və XXI əsr Azərbaycan tarixinin öyrənilməsində, şagirdlərin dünya görüşünün genişlənməsində, onların bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Haqqında

Bakı şəhəri Nəsimi rayon 240 nömrəli tam orta məktəb 1967-ci ildə inşa edilib istifadəyə verilmişdir. 2006-cı ildə isə məktəb üçün 3 mərtəbəli, 25 sinif otağından ibarət müasir tələblərə cavab verən əlavə tədris korpusu tikilib istifadəyə verilmiş, lazımi avadanlıqlarla tam təmin edilmişdir.

Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir edilmiş, əsaslı təmir işlərinin aparılması ilə əlaqədar Respublika Prezidenti Cənab İlham Əliyev məktəbdə olmuşdur.

Məktəb 2 dəfə - 2008 və 2013-cü illərdə Respublika üzrə ümumtəhsil məktəbləri arasında keçirilən “Ən yaxşı məktəb ” müsabiqəsinin qalibi olmuşdur.

Məktəb ikinövbəli, beşgünlük iş rejimi ilə fəaliyyət göstərir. Hazırda məktəbdə Azərbaycan və rus bölmələri üzrə I-XI siniflərdə 2003 şagird təhsil alır.Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Məktəbdə vəzifəsinin məsuliyyətini dərk edən, təcrübəli, peşəkar pedaqoji kollektiv çalışır. Onlardan 4 nəfəri “Əməkdar müəllim”, 4 nəfəri “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, 4 nəfər müəllim Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “İlin ən yaxşı müəllimi ”, 2 nəfər müəllim V Qrant müsabiqəsinin qalibi olmuşdur.

Məktəbin şagirdləri Respublika fənn olimpiadalarında, beynəlxalq idman yarışlarında , rəsm üzrə keçirilən sərgilərdə fəal iştirak edir və uğur qazanırlar. 2022-ci ildə 1 şagirdimiz Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə Respublika mərhələsinin final turunda qalib gələrək bürünc medal qazanıb. Son illərdə məktəbdə ümumi orta təhsil pilləsini bitirmiş şagirdlərdən 36 nəfəri, tam orta təhsil pilləsini bitirmiş şagirdlərdən 26 nəfəri fərqlənmə attestatı almış, 3 nəfər məzun qızıl medala layiq görülmüşdür.

Davamlı olaraq orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının nəticələrinə görə məktəb Bakı şəhər məktəbləri arasında ön sıralarda yer alır, məzunların böyük əksəriyyəti yüksək ballarla ali məktəblərə qəbul olunur.

Məktəbdə “Sağlam təhsil sağlam millət”, “Rəqəmsal bacarıqlar”, “Elektron sınaq qiymətləndirmə”, "Ehtiyat dərsliklərin sınaq prosesi" pilot layihələr, “Hərbi STEAM mühəndisləri”, “Robototexnika və 3D dizayn bacarıqlarının artırılması üçün dərnəyin təşkili“, "STEAM" və s. layihələr fəaliyyət göstərir.