Kateqoria: | Tarix |
Dil: | Azərbaycan |
Müəllif: | kitabyurdu.org |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2008 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 1 |
Yeni nəşr: | Xeyr |
Azərbaycan ərazisində son 100 ildə aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində zəngin maddi mədəniyyət qalıqları tapılıb tədqiq olunmuşdur. Məhz həmin maddi mədəniyyət qalıqları əsasında xalqımızın ən qədim tarixinin arxeoloji mənbələr əsasında öyrənilməsinə zəmin yaranmışdır.XX əsrin II yarısından başlayaraq respublikamızın ərazisində arxeoloji ekspedisiyaların sayı artmış və əsasən bütün bölgələrdə elmi tədqiqat işləri aparılmağa başlanmışdır. Arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində Paleolit, Mezolit, Neolit, Eneolit, Tunc, Dəmir, Antik və Orta əsrlərə aid çoxtəbəqəli abidələr qeydə alınmış və tədqiq edilməyə başlanmışdır.