0702133333

0702133333

QARABAĞNAMƏ -I
Kateqoria: Tarix
Dil: Azərbaycan
Müəllif: MİRZƏ ADIGÖZƏL BƏY
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2006
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda Qarabağ tarixinə dair böyük əhəmiyyət kəsb edən onlarla əsər və tarixi sənədlər saxlanılır. Təəssüf  ki, Qarabağa göz dikən erməni ekstremistlərinin haqsız tələblərinin cılızlığını və əsassız olduğunu bir daha açıb göstərən və sübuta yetirən bu mənbələrin çoxu  çap olunmamış və lazımınca araşdırılmamışdır.  Bu boşluğu aradan qaldırmaq üçün "Qarabağnamə"lər adlı bu kitabı üç  kitabda çap etməyi nəzərdə tutmuşuq.  Birinci kitaba XVIII-XIX əsrlər Qarabağ tarixini əhatə edən üç mənbə daxil  edilmişdir. Bunlardan Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si, Mirzə Camal  Cavanşir Qarabağinin "Qarabağ tarixi" və Əhməd bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" əsərləri çox az tirajla  1950, 1959, 1961-ci illərdə çapdan çıxmış və indi nadir kitablar sırasına. 

Mirzə Adıgözəl bəy öz əsərini Azərbaycan dilində, Mirzə Camal Cavanşir fars və Əhməd bəy Cavanşir isə rus dillərində yazmışlar. Yuxarıda adı çəkilən müəlliflərin əsərləri Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır. Buraya Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin 1862-1914-cü illərdə üzü köçürülmüş beş əlyazma nüsxəsi 2 , Mirzə Camalın "Qarabağ tarixi"nin 1877-ci ildə katib tərəfindən köçürülmüş M-195 şifrli nüsxələri daxildir.