0702133333

0702133333

Azərbaycanda Xristianlıq: keçmişdən bu günə
Kateqoria: Tarix
Dil: Azərbaycan
Müəllif: Anar Əlizadə
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2016
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Oxucuların diqqətinə təqdim olunan bu kitabda xristian konfessiya və cərəyanların tarixindən bəhs olunur, Azərbaycanda mövcud olan xristian təşkilatların idarəetmə strukturu, inanc əsasları, sayları, etnik və yaş tərkibi, məsihçilərin ölkəmizdə humanitar fəaliyyəti və mətbu orqanları barədə ətrafl ı məlumat verilir. Kitab ərsəyə gətirilərkən Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın müvəkkili və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin arxiv materiallarından istifadə olunmuş, Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan duxoborlardan müsahibə götürülmüşdür.

Xristianların Azərbaycandakı zəngin tarixi irsi və ənənələrini işıq üzünə çıxarmaq, məsihçilərin ölkəmizdəki rəngarəng həyatları ilə oxucuları tanış etmək kitabın əsas məqsədilərindən biridir. Xüsusən kitab dini istiqamətdə fəaliyyət göstərən hökümət və qeyri-hökümət təşkilatların mütəxəssisləri, eləcə də ölkəmizdəki Xristianlığı tədqiq edən dinşünaslar, tarixçilər, sosioloqlar, KİV-nin nümayəndələri üçün böyük maraq kəsb edə bilər.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.