0702133333

0702133333

Tarix
Kateqoria: Tarix
Dil: Azərbaycan
Müəllif: Herodot
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: -
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

“İnsanoğlunun etdikləri zaman keçdikcə unudulmasın. Yunanların və yunan olmayanların yaratdığı xaliqələr adsız qalmasın. Məqsədim isə, onların nəyə görə müharibə apardıqlarını sizlərə çatdırmaq idi.“ – Herodot

Halikarnaslı Herodotun qələmə aldığı “Tarix“ əsəri dünyanın ilk səyahət, tarix və coğrafiya kitabıdır.

Herodot, Eramızdan Əvvəl 484—425-ci illərdə yaşamış yunan tarixçi və antik yazıçıdır. Tarixin atası olaraq yaddaşlara həkk oluna Herodot, ilk çağların tarixçisi və səyahətçisi olaraq diqqətləri öz üzərinə çəkmişdi. O, əsərində özündən söz etməmiş, Suidanın qısa tanınma yazısı, Bizanslı Stephanosun gizləndiyi məzar daşı yazısı, Eusebiosun bir yazısı və bir neçə sənədlərdən ibarət olaraq formalaşdırmışdır.

Heredot öz əsərini doqquz kitabda cəmləşdirmişdi. Heredot, yunanlı olmayanların da qaznadırdıqları yeniliklər və ya icadlar hər kəs tərəfindən bilinsin deyə əsərini yazdığını vurğulayırdı.

Heredotun səyahətə çıxması onun doğma vətənindən sürgün edilməsi ilə başlayır. Tiran Lygdamisə qarşı edilən uğursuz üsyanda əmisi Panyasis öldürülmüş, özü isə yurdundan qovalandıqdan sonra Samosa üz tutmuşdur. Böyük səyahətləri Samosdan başlamış, Kyrene-yə getmiş, Qara Dəniz bölgələrini gəzmişdir. Daha sonra Fars imperiyasının bir çox regionlarını, Lydia, Media, İranı və Misiri, Herkal və tacirlər ölkəsi olan Finikiyanı gəzmişdir. Qara Dənizin qərb hissələrini də gəzən Heredot gəzdiyi bütün ölkələrdə gördüklərini öz əsərində əks etdirmişdir.

İlk çağlarda bu qədər ölkənin və xalqların adət-ənənələrini, şəhərləri və insanlarını əsərdə yansıtması əsərin vacibliyini dərk etməmizə köməkçi olur.

“Getdiyi yerlərdəki xalqın dilindən məlumatlar toplayır, irəli gələnlərlə görüşür, rəsmi sənədləri isə analiz edirdi. Kserkses ordusunun birliklərinin sayını, ya da Plataia döyüşlərindəki Yunan ordusunun iştirakını bu sənədlərdən çıxartmışdı. Ölkənin adət-ənənələrini və qayda-qanunlarını araşdırır, bir məlumatın sirrini öyrənmək üçün yolunu dəyişdirir, araşdıran, incələyən və açıq gözlə insanların danışdıqlarını dinləyərək qeyd edir və çox mühüm məlumatlar toplayırdı. O, Yunanıstanda da həyat sürmüş, E.ə. V əsrin Afinasını görmüş və Sofokl ilə də dostluq münasibətləri qurmuşdu. Hətta Plataia döyüşlərindən əvvəlki dastan günlərini yaşamış olan Orxomenoslu Thesandros ilə də ünsiyyət qurmuşdu.

Əsərinin əsas mövzusu Fars və Yunanlar arasında olan Fars müharibələri olmasına baxmayaraq, əsər bizə hələ ilk çağlardan etibarən mövcud olan qədim şəhərlərin adət-ənənələrini, qayda-qanunlarını, həyat tərzini və mədəniyyətini öyrənməyə də imkan yaradır.

Nüfuzlu natiq olan Siseron tərəfindən tarix yazıçılarının atası və ya ilk tarixçi olaraq qeyd edilən Heredot bu gün də Tarixin Atası deyilən kimi gözümüzün önündə canlanan ilk şəxsiyyətdir.

Uzun müddət Afinada yaşayan Heredotun, Misirə gedib Asuana qədər enməsi, Mesopatomiyanı, Fələstini, Şimal Rusiyanı gördüyü, Afrikanın sahillərində  olması təxmin  edilir. Yaşlandığı zaman İtaliyadaki Thurriadlı Yunan koloniyasına getmiş, əsərini də orada tamamlamışdır.

Heredotun yazdığı hadisələrin bir çoxunu oradan-buradan eşidərək qələmə aldığı doğrudur. Lakin Heredot əsərini yazarkən sağlam mənbələrə arxalana bilməməsini başa düşmək olar.

Heredota bir digər ləqəb olaraq “Yalanların Atası“ adı verilmişdir. Nüfuzlu romalı yazıçı Claduis Aelanius və onun kimi bəzi araşdırmaçılar Heredotun əsərində qeyd etdiyi hadisə və icadların çoxunun həqiqətə uyğun olmamasına baxmayaraq, əsərdə onları həqiqətən mövcud olmuş kimi qələmə almaqda günahlandırırdılar.

Lakin bu ittihamların bir az ağır olduğunu deyə bilərik. Heredotun tək qaynağı, Homerdir. Homerdən başqa qaynağı olmayan yazıçının, danışılanları qeyd etməkdən başqa çıxış yolu yox idi. Heredot qeyd etdiklərinin doğruluğuna əmin idisə onları öz ifadələri ilə, əmin olmadıqda isə hansı bir şəkildə eşidirdisə o şəkildə də qələmə alırdı.