Kateqoria: | Tarix |
Dil: | Azərbaycan |
Müəllif: | Məhəmməd Əmin Rəsulzadə |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 1990 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 1111 |
Yeni nəşr: | Xeyr |
Oxuculara təqdim olunan bu kitabda tariximizin ağ səhifələri—1918-20-ci illər—dövrün ictimai-siyasi hadisələri fonunda işıqlandırılmış, Azərbaycan xalqının ADR-dən əvvəlki nə sonrakı taleyi, güzəranı yığcam şəkildə əks etdirilmişdir. Təsadüfi deyildir ki, 1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən «Kitab bayramı»nda yenicə nəşr olunmuş «Azərbaycan Cümhuriyyəti» Atatürk mükafatına layiq görülmüşdür.
Kitabın ayrı-ayrı fəsilləri və ya konkret məsələlərə münasibət bəzi oxucular üçün mübahisəli görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, 70 il ərzində ünvanına bircə kərə də xoş söz söylənməyən bu kitabın müəllifini indiki fikir plüralizmi şəraitində kənar təsirlərə qapılmadan dinləməliyik. Kitabda qeydlər və çətin anlaşılan sözlərin lüğəti verilmişdir. Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.
(M. Ə. Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında).
Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.
* * *
İnsanlara hürriyyət, millətlərə istiqlal!
* * *
Ah, Azərbaycan! Biz sənin həqqini tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti deyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istəyoruq: bizə Moskvada yanacaq «məşəli» nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyoruq: bizə Ərəbistanı göstəriyorlardı.
* * *
Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət!
* * *
Səfir bulundurmaya həqqi olmayan bir istiqlalı istəməyiz!
* * *
Bakı, Azərbaycan atəşgədəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də mənbəyi idi.
* * *
Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır.
* * *
Gələcək—millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır.
* * *
Azərbaycan dövri-istiqlalına bolşeviklər «MÜSAVAT DÖVRÜ» deyirlər. Fəqət, xalq bu dövrə AZƏRBAYCAN DÖVRÜ deyir. ...Xalqın düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.