Kateqoria: | Tarix |
Dil: | Azərbaycan |
Müəllif: | Şərifli Yusif |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2020 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 1111 |
Yeni nəşr: | Bəli |
Bu Kitab (kitabça ) Şəhid General-Mayor Polad Həşimovun bütün azərbaycanlılar tərəfindən tanınması məqsədi ilə Onu tanıyanların sosial şəbəkələrdə paylaşdıqları xatirələri,kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar və müsahibələr əsasında tərtib edilmişdir. General-mayor Polad Həşimov xatirələrdə başlığı ilə qeyd olunmuş məlumatlar Dəyərli İlahiyyatçı Mahir Şəkərovun Facebook səhifəsindən götürülmüşdür. Digər Məlumatlar götürülən mənbələr istinad olaraq qeyd olunmuşdur. Xatirələr heç bir düzəliş edilmədən olduğu kimi paylaşılıb.
Peyğəmbər bir şəxsin belə dua etdiyini eşitdi: Pərvərdigara! Səndən istəniləsi ən yaxşı şeyi mənə əta et.” Həzrət buyurdu: "Əgər bu dua qəbul olunsa, o, Allah yolunda şəhid olar.”1 Əli (ə) buyururdu: “And olsun Əbu-Talib oğlunun canı əlində olan Allaha, Allah yolunda min qılınc zərbəsinə dözmək yorğan-döşəkdə ölməkdən daha asandır.
Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (BƏQƏRƏ SURƏSİ 154) “Heç vaxt güman etmə ki, Allah yolunda qətlə yetirilənlər ölülərdir. Onlar Rəbləri yanında ruzi verilmiş dirilərdir. (NİSA SURƏSİ 74)