Kateqoria: | Tarix |
Dil: | |
Müəllif: | İslam Bayramov |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | - |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
1988-ci ilin fevralın 21-də Xanlara xəbər yayıldı ki , gecə Gəncə, Xanlar və ətraf rayonların milis işçilərini Stepanakertə ezam etmişlər. Səbəb isə indiyədək Sovet hökumətində millətlərarası münasibətlər praktikasında görünməmiş bir məsələnin baş verməsidir. Stepanakertdə mitinqlər keçirilmiş , fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin deputatları müracıət qəbul edib, Azərbaycan SSR-in və Ermənistan SSR-in Ali Sovetlərindən DQMV-ni Azərbaycanın tərkibindən Ermənistanın tərkibinə verməyi, SSRİ Ali Sovetindən bu məsələyə baxmağı xahiş etmişlər. 22 -23 fevralda respublika qəzetləri fevralın 22-də Stepanakertdə vilayət partiya fəallarının yığıncağının olması və yığıncağın qətnaməsi barədə rəsmi məlumat çap etdilər.Sonrakı günlər - fevralın 23-də DQMV Partiya Komitəsinin Plenumu , Plenumun Boris Gevorkovu birinci katib vəzifəsindən azad etməsi , Henrix Poğosyanın birinci katib seçilməsı haqqında rəsmi materiallar ,27 fevralda Sov.İKP- nin baş katibi M.S.Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciəti çap edildi . Ancaq o dövrdə sovet qayda-qanunlarına uyğun olaraq rəsmi materiallardan başqa heç bir məlumat , hadisələrin geniş izahı, işıqlandırılması olmadı. Deyəsən, bütün səviyyələrdəki rəhbərliklər üçün də uzun muddət amirənəlik şəraitində işlyib , belə bir şeylə rastlamadıqları onları çıxılmaz vəziyyətdə qoymuşdu. Elə bu günlərdə xəbər yayıldı ki, Ermənistanın Qafan rayonunda (əslində Qafan da Zəngəzurun bir hissəsi olmaqla Ermənistana 1920-ci illərdə verilmişdi) Azərbaycanlılara hücumlar edilmiş, adamlar öz evlərini tərk edərək Azərbaycana üz tutmuş, əsasən də Sumqayıt şəhərində qohumlarının yanına gəlmişdilər. Ermənistanda hər yerdə güclü mitinqlər başlamışdı. Lakin Ermənistandan fərqli olaraq Azərbaycanda mətbuat və televiziya susur ,heç bir informasiya verilmir ,geniş əhali kutləsi məlumatlandırılmırdı. Nəhayət , bu xəbərlərdən 2-3 gün sonra gecə saat 10-da Az.TV Qafandan olan, Bakıda təhsil alan bir neçə tələbəni efirə çıxardı.Onlar da ənənəyə sadiq qalaraq Qafanda heç bir şey baş vermədiyini , hər şeyin şaiyə və yalan olduğunu təkrarlayib ,beynəlmililəlçilikdən danışdılar. Lakin artıq gərgınlik yaranmış , Azərbaycanın da şəhər və rayonlarında da mitinqlər olmağa başlamışdi. 28-29 fevralda Sumqayıt şəhərində də mitinqlər olmuş , sonra isə faciələr baş vermişdi. Lakin o dövrdə nə respublikanın partiya orqanları , nə də mətbuatı bu hadisələrin nə hadisələr olduğunu təhlil edib, nə əhaliyə nə də özündən yuxarı orqanlara çatdıra bilmədilər.Ənənəvi beynəlmiləlçilikdən , ermənilərlə ömür-gün qonşusu olmaqdan, onların kirvə və doğma olmalarından, Sumqayıtda nümayişə çıxanların isə əsl fəhlələr deyil, yalan şaiyələrə aldanmış hələ yetkinləşməmış yeniyetmələrin olması fikirlərini təkrarlamaqdan irəli gedə bilmədilər. Sumqayıt hadisələrinin ilk tutarlı və təhlili cavabını akademik Ziya Bunyadov “Nə üçün Sumqayıt?” təhlili məqaləsi ilə verdi . Məqalə “ELM” qəzetinin 13 may 1989-cu il 19-cu Ndə çap edildi. Bu məqalə cox adamın gözünü açdı , o vaxtadək gizli saxlanılan mətləblərdən xəbər verdi .Demə, tarix təkrarlanırmış. Həmin günlərdə Azərbaycanın bir çox yerlərində olduğu kimi indiki Göygöl (keçmiş Xanlar )şəhərində də mitinqlər oldu. 27 -28- 29 fevral tarixlərində Kirov küşəsi ( indiki Heydər Əliyev prospekti) cavan uşaqlarla dolu idi. Onlar haradansa toplanır, izdiham getdikcə böyüyürdü .İzdiham o vaxtkı icraiyyə komitəsinin binası qarşısına doğru irəliləyirdi.