0702133333

0702133333

Demokratiya Antidemokratiya antologiyası
Kateqoria: siyasi
Dil: Azərbaycan
Müəllif: Hikmət Hacızadə
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2001
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Qarşımızdakı bu toplu elə vaxtda işıq üzü görür ki, artıq cəmiyyətimiz demokratiya və insan haqları anlayışını 80-ci illərin əvvəllərindəki kimi birmənalı qavrayıb həsrətlə gözləmir. Görünür, biz bu gün onun üstünlüklərinə və özündə daşıdığı problemlərə daha ciddi və tənqidi yanaşırıq. Bu da təbiidir, axı son on ildə ölkədə baş vermiş köklü demokratik dəyişikliklərin ilk çağlarında bu qədər ehtiyac duyduğumuz bir şeyi —tarixi təcrübəni biz indiindi əldə edirik.

Qısa müddətdə bir-birini əvəzləyən və bir-birini qəti inkar edən, eyni zamanda hər biri özünü demokratik sayan üç siyasi rejimin şahidi olduqdan sonra bəzilərimiz bu qənaətə gəlmişik ki, ―bizdə indiyədək demokratiya olmayıb, yaxud ―bizdə olan demokratiya əsl demokratiya deyil, yaxud ―demokratiya, ola bilsin, yaxşı şeydir, digəl ki, bizə yaramır və nəhayət, ən çox eşitdiyimiz: ―Bu, mənlik deyil, mən, sadəcə, yaşamaq istəyirəm.

Qısa vaxt ərzində baş verən sosial sarsıntılardan xoflanmış adamlar azadlıqdan bir qorxu, dəyişikliklərə qərəz, ictimai fəallığın faydasına inamsızlıq duymağa başladılar. Bununla yanaşı, demokratiyanın problemləri indi də ictimai mübahisələrin ən yayılmış mövzusu olaraq qalır. Demokratiyanın nəzəriyyəsi ilə tanış olmaqla biz öyrənib bilirik ki, demokratiya öz mahiyyətinə görə insanların öz-özlərini idarə etməsi deməkdir; öyrənirik ki, demokratiya zamanı hər kəs digərinə öz bərabəri kimi baxmalıdır; öyrənirik ki, demokratik dövlətdə hakimiyyət bölüşdürülməli və ona məhdudiyyət qoyulmalıdır. Bu gün bütün bunlar cəmiyyətə yaxşı bəllidir, nəinki bəllidir, həm də bu müddəalar bizim Konstitusiyada əks olunmuşdur. Və bununla belə, bu gün Azərbaycanda demokratiyanın acınacaqlı halına nəzər saldıqda bizdə belə bir duyğu yaranır ki, demokratiyanın başlıca sirri bizim üçün hələ də açılmamış qalmaqdadır. Britaniyadakı kimi parlament, ABİ-dakı kimi Konstitusiya bizdə də var, lakin demokratiya və insan hüquqları sahəsindəki uğurlarımız adamı məyusedəcək dərəcədə azdır...