0702133333

0702133333

Azərbaycan İngilis Rus Frazeoloji Lügəti
Kateqoria: lüğət
Dil: Azərbaycan
Müəllif: Kamilə Məmmədzadə
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2008
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Hər bir dilin zənginliyi onun tərkibindəki söz vahidləri, onların yaranma formaları, mənaları, sözbirləşmələri və onlarin tipləi, nəhayət frazeoloji bifləşmələr adlanan bölməsidir. Sözlə cümlə arasında bir körpü rolunu oynayan frazeoloji birləşmələr sərbəst və sabit durumu ilə fərqlənir. Qapını açmaq, dərsi oxumaq sərbəst sözbirləşməsidirsə, yolunu azmaq, göz atmaq kimi birləşmələr isə sabitdir. Sözbirləşmələrində həm frazeologiya və onun mənası, həm də aparıcı komponent və onun mənasına fikir vermək lazımdır. Məsələn, a skeleton in the cupboard - Möhkəmcə qorunan ailə sirri- bu onun frazeoloji açımıdır. Birləşmədə əsas aparıcı komponent Skeletonskelet sözüdür.

Frazeoloji birləşmələr və onların təsnifatı haqqında çox danışmaq olar. Onların ədəbi üslublarda istifadə və tərcümə yollarından söz açmaq maraqlı olardı.Bu birləşmələr bütün ədəbi üslublarda geniş istifadə olunur. Bəzən bədii əsərin elə hissəsi olur ki, frazeologiyanı bilmədən onun məna kəsərinin itiliyini,ciddiliyini və ya zarafatyanalıgını başa düşmək olmur. Onlar təkcə nominativ söz vahidləri kimi deyil, həm də əlavə hiss və həyəcan da bildirmək üçün işlənir. Tərcüməçi əsas nəyi bilməlidir. Ən əvvəl o sözbirləşməsinin sərbəst və sabit olmasını müəyyən etməlidir. Bundan ötəri böyük, hərtərəfli frazeoloji söz birləşmələrinin ehtiyatı olmalıdır. Sadə bir misal demək olar ki, sərbəst ifadələr artikllə işlənməsi ilə sabit söz birləşmələrindən fərqlənir: go to the sea - dəniz istiqamətində getmək.