0702133333

0702133333

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI
Kateqoria: iqtisadiyyat
Dil: Azərbaycan
Müəllif: -
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2010
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Müasir şəraitdə kommеrsiya fəaliyyəti iqtisadi fəaliyyətin sadəcə növ müxtəlifliyi olaraq qalmır, o, həmçinin, bazar subyеktlərinin mövcud olmasının və əmtəə-pul münasibətlərinin təkraristеhsal prosеsinin ayrılmaz tərkib hissəsinə çеvrilir. Bazar münasibətlərinin gеnişlənməsi ilə kommеrsiya fəaliyyəti də gеnişlənir və bu fəaliyyət sfеrasına cəmiyyətin gеtdikcə daha çox üzvü daxil olur. Kommеrsiya fəaliyyətinin müvəffəqiyyətliliyi kommеrsantın istеhsalçıdan tədarük еtdiyi əmtəələr üçün istеhlakçıların tapılması bacarığından, onun fəaliyyətinin uğuru isə – həm onlarla, həm də başqaları ilə daimi və еtibarlı əlaqələrin qaydaya salınması qabiliyyətindən də asılıdır.

Bazar münasibətlərinin genişlənməsi ilə kommersiya fəaliyyəti də genişlənir və bu fəaliyyət sferasına cəmiyyətin getdikcə daha çox üzvü daxil olur. Kommersiya fəaliyyətinin müvəffəqiyyətliliyi kom-mersantın istehsalçıdan tədarük etdiyi əmtəələr üçün istehlakçıların tapılması bacarığından, onun fəaliyyətinin uğuru isə - həm onlarla, həm də başqaları ilə daimi və etibarlı əlaqələrin qaydaya salınması qabiliyyətindən də asılıdır.

Genişlənən kütləvi istehsal və bazar iqtisadiyyatının hakimiyyəti şəraitində, hər şeydən əvvəl, ticarətlə təmsil olunan iqtisadi bölüşdürmə subsistemi özünə getdikcə daha çox təşəbbüskar insanları cəlb edərək, böyük əhəmiyyət kəsb etməyə başlayır. Həqiqətdə isə, ticarət elə əvvəllər də kapitalın ən sürətli tədavülünü və ən yüksək mənfəət normasını təmin edirdi, kütləvi istehsal şəraitində isə bu üstünlük bir neçə dəfə artmışdır. Buradan aydındır ki, kommersiya fəaliyyəti, əsas etibarilə ticarət sferasının müstəsna hüququdur.