0702133333

0702133333

LOGİSTİKANIN ƏSASLARI (II HİSSƏ)
Kateqoria: iqtisadiyyat
Dil: Azərbaycan
Müəllif: T.İ. İmanov
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2005
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Dərsliyin müəllifi respublikamızda logistika sahəsində heç bir iqtisadi ədəbiyyatm olmamasım nəzərə alaraq ana dilində təhsil alan tələbələrə kömək etmək üçün ilk dəfə belə bir kitabın hazırlanmasına cəhd göstərmişdir. Dərslikdə «Logistika» fənninin bütün aspektləri olmasa da, onun arı-ayrı funksional istiqamətləri nəzərdən keçirilmiş və elmi-praktiki ümumiləşdirmələr verilmişdir. Təhlil edilən funksional istiqamətlərin öyrənilməsi, istehsal-iqtisadi münasibətlərin təbiətini, istehsal və mübadilə sferasında logistik idarəetmənin konseptual cəhətiərini başa düşməyə kömək edir. 

Dərslik iki hissədən ibaratdir. Birinci hissə - «Logistikanın terminoloji aparatı, konsepsiyası və metodoloji əsasları», ikinci hissə isə - «İstehsal və mübadilə sferasında material axınlarının logistik idarə edilməsi» bölmələrini əhata edir. 

Kitab, şübhəsiz ki, nöqsansız olmayacaqdır. Müəllifə tənqidi mülahizələrini söyləyən və təkliflər verən (ünvan: Bakı şəhəri, H.Əliyev küçəsi 135, AzDİU, «Marketinq» kafedrası) hər bir oxucuya o, öz minnətdarlığını bildirir.