0702133333

0702133333

NAXÇIVAN İQTİSADİYYATININ PRİORİTETLƏRİ
Kateqoria: iqtisadiyyat
Dil: Azərbaycan
Müəllif: NAZİM ƏHMƏDOV
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2008
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Monoqrafiya müstəqillik dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf yolunun tədqiqinə həsr olunmuşdur. Bugünkü inkişafın əsasları hələ XX yüzilliyin axırlarında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqillik dövrünə həsr olunan əsərdə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf xüsusiyyətləri təhlil edilir. Ulu öndər Heydər Əliyevin və onun kursunu davam etdirən ölkə prezidenti İlham Əliyevin göstərdiyi qayğı və diqqət, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun fədakarlığı - məhz bu 3 amil birləşməsi muxtar respublikada dinamik inkişafı təmin etmişdir.

Əsərdə Ali Məclisin məşğulluq problemlərinin həlli və quruculuq işləri sahəsində gördüyü işlər qiymətləndirilmişdir. Tədqiqat zamanı müstəqillik illərində muxtar respublikanın dinamik inkişafı statistik materiallar əsasında sübuta yetirilmişdir. Əsərdən elmi işçilər, aspirantlar, magistrlər, tələbələr və ümumiyyətlə iqtisadiyyatla maraqlananlar istifadə edə bilərlər.